Kölndə «Azərbaycan gecəsi»
Kölndə Heydər
Əliyev Fondunun təşkil
etdiyi “Azərbaycan gecəsi” keçirilib.
Heydər Əliyev Mərkəzindən APA-ya verilən
məlumata
görə,
3 saatdan artıq davam edən
tədbir
Kölnün tarixi Gürsenix mədəniyyət zalında baş tutub.
Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə
təşkil
olunan gecədə
çıxış edən səfir
Pərviz
Şahbazov “Azərbaycan gecəsi”nə gələnlərə
təşəkkürünü
çatdırıb. Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə
Qafqazda lider dövlət
olduğunu deyən səfir
bu ölkənin zəngin mədəniyyətə sahib olduğunu
vurğulayıb. O, Azərbaycanın bu mədəni və
tarixi zənginliklərinin
dünyada tanıdılması
istiqamətində həyata
keçirdiyi layihələrə
görə
Heydər
Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
“Şərqlə Qərb,
Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın
muğam sənəti bu gün YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda
milli, Şərq musiqisi ilə yanaşı
bu gün klassik, Avropa musiqisi də
inkişaf edib və
Kölndə
təqdim
olunan konsert proqramı bunun bariz nümunəsidir” deyən səfir
Pərviz
Şahbazov Azərbaycanın musiqi vətəni olan Dağlıq Qarabağın 20 ildən artıq müddətdir ki, Ermənistan
silahlı qüvvələri tərəfindən
işğal olunduğunu
və
bu işğal nəticəsində 1 milyondan artıq insanın doğma yurdundan qaçqın və
məcburi
köçkün düşdüyünü
bildirib.
Tədbirin aparıcısı,
Almaniyanın tanınmış teleaparısıcı
Co Fexner konsert proqramından öncə ölkə
barəsində məlumat
verərək 1918-ci ildə
Şərqdə ilk parlament respublikasının
məhz
Azərbaycanda
yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz
Azərbaycanda
qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini deyib. Heydər Əliyev Fondunun
digər ölkələrdə
həyata
keçirdiyi layihələrdən
danışan Fexner, Fondun Strasburq və
Parisdə
tarixi kilsələrin,
Roma katakombalarının, o cümlədən İkinci Dünya Müharibəsi
illərində dağıdılan Berlin qəsrinin bərpasında
iştirak etdiyini bildirib.
Bu gün müasir Azərbaycanda muğam,
caz, klassik musiqi ənənələrinin inkişaf etdiyi qeyd olunub,
həmçinin
2012-ci ildə
Bakının ilk dəfə olaraq
“Eurovision” Mahnı Müsabiqəsinə uğurla ev
sahibliyi etdiyi və
bu müsabiqənin Təşkilat
Komitəsinə Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın rəhbərlik etdiyi bildirilib.
“Azərbaycan gecəsi” daha sonra Qara
Qarayev adına
Azərbaycan
Dövlət
Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad
İbrahimovun rəhbərliyi altında
tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunub. Fikrət Əmirovun “Şənlik rəqsi”,
Niyazinin “Rast” simfonik muğamı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Vasif Adığözəlovun
“Elegiya”sı, xalq mahnısı “Sarı gəlin”
və
s. tamaşaçılarda Azərbaycanın musiqi xəzinəsi barədə dərin
təəssürat
yaradıb.
Gecədə Azərbaycanın tarixi və mədəni irsinin təəssüratında olan tamaşaçıların “Almanlar Azərbaycanda” foto sərgisi ilə tanışlıq imkanı da var idi. Çoxmillətli və tolerantlıq diyarı olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin “Almaniya gənc rəssamların gözündə” sərgisi də nümayiş olunub. Bu sərgi çərçivəsində Almaniyada heç bir vaxt olmayan gənc azərbaycanlı rəssamların gözündə Almaniya həyatı təqdim edilir.
“Azərbaycan gecəsi”ndə qonaqlara, Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib.
Qeyd
edək ki, Heydər
Əliyev Fondunun Almaniyada
növbəti
tədbiri
dekabrın 5-də Hamburqda keçiriləcək.
Palitra.-2013.-22 noyabr.-S.4.