“Gürcüstanda
ermənilərdən üstün durumdayıq”
Orxan Həsənli: “Ölkəmizdə gənclərə yaradılan şəraiti müsbət qiymətləndirirəm. Dünyanın heç bir ölkəsində
gənclər
üçün bu cür şərait
yaradılmayıb”
Xarici ölkələrdə təhsil alan tələbələrimizlə bağlı rubrikamızın budəfəki qonağı Orxan Həsənlidir. Orxan təhsilini davam etdirmək üçün digər gənclərimizdən fərqli olaraq uzaq ölkələri deyil Azərbaycanla qonşu olan Gürcüstanı seçib. Orxanla olan müsahibəni təqdim edirik:
- İlk
olaraq özün
haqqında məlumat verərdin…
- Mən Həsənli Orxan Etibar oğlu Sabirabad rayonunda doğulmuşam və 2010-cu ildə Sabirabadın E.Nadirov adına 8 saylı orta məktəbini bitirmişəm. Elə həmin ildə Gürcüstanın Regional İdarəetmə Akademiyasının Muhasibat uçotu audit fakültəsinə daxil olmuşam. Hazırda 4-cü kursda oxuyuram
- Gürcüstan
təhsil
sistemi Azərbaycan təhsil
sistemindən nə ilə
fərqlənir?
- Fərqlər çoxdur. Həm metodika, həm tədris olunan fənlərlə bağlı, həm tələbələr, şagirdlər, pedaqoqlar və ümumilikdə təhsil adamları ilə bağlı müqayisələr aparsaq aşkar fərqin ortada olduğunu görmüş olarıq. Üstünlüklərimiz də var, bu ölkədən öyrənməli məqamlar da. Bir maraqlı məqamı da deyim ki, Gürcüstan təhsil sistemində tələbələrlə bağlı böyük addımlar atılır. Məsələn, Azərbaycandan fərqli olaraq xarici tələbələrin qəbuluna üstünlük verildiyi üçün bunu fərqləndirici amil saya bilərik. Amma sırf təhsilə qaldıqda mübaliğəsiz deyə bilərəm ki, bu ölkə hələlik Azərbaycandan geri qalır.
- Necə oldu ki, orada təhsil almaq qərarı
verdin?
- Gürcüstan bizə ən yaxın qonşulardan biri sayılır. Bizi təkcə sərhədlər deyil, qədim
tarixi ənənələr və digər
bir sıra məqamlar
birləşdirir.
Gürcüstanda təhsil
almaqla bağlı məsləhəti ilk olaraq
“Araz” kurslarındakı
bir müəllimimdən
aldım. Təbii ki, mən də
bununla maraqlandım və
ilk olaraq bu barədə internetdə
araşdırma apardım.
Orada yaşamağın baha başa gəlmədiyi,
təhsillə bağlı qiymətlərin münasib
olması, eləcə də son illərdə xarici vətəndaşların
təhsil
üçün bu ölkəni
daha çox seçməsini
öyrəndikdən sonra seçimimdə yanılmayacağım düşündüm.
- Gürcüstanda
təhsilinlə bağlı rast gəldiyin
maraqlı və ya sənin
üçün qəribə görünəcək nə
hadisə
olub?
- Xarici ölkəyə
üz tutursansa təbii
ki, qəribəliklərlə çox
rastlaşacaqsan. Mənim üçün isə
maraqlı və qəribə gələn çox məqamlar olub.
Akademiyaya daxil olduqdan
sonra məni ilk təəccübləndirən bir hadisəni
deyim. Gürcüstanın keçmiş prezidenti
Mixeil Saakaşvilinin anası Giuli Glasanianın mənə gürcü
tarixindən
dərs
deyəcəyini öyrənəndə bu ölkəyə daha da bağlandım.
İmtahanlar burada demək olar ki, şifahi
şəkildə aparılır. Amma xarici
tələbələrə çətinlik
yaratmırlar. Xüsusilə də
azərbaycanlı
tələbələrə diqqət
göstərirlər.
- Orada tələbələrimizin
sayı çoxdurmu? Ümumiyyətlə, onların fəaliyyəti,
təşkilatlanma
işləri
nə
yerdədir?
- Azərbaycanlı
tələbələrin
sayı kifayət qədər çoxdur. Bu da
yəqin
ki, Gürcüstanın
bizə
yaxın ölkə olması ilə bağlıdır.
Konkret olaraq mənim
təhsil
aldığım akademiyaya
gəldikdə isə
demək
olar ki, hər
qrupda 4-5 azərbaycanlı təhsil
alır. Zənnimcə, bu da kifayət
qədər çoxdur. Mən belə
çoxluğun əsas səbəbini azərbaycanlılara
qarşı Gürcüstanda
güzəştlərin olmasında görürəm. Fəaliyyətimiz də
çox vaxt uğurlu alınır.
Təşkil olunan tədbirlərdə, təbliğat-təşviqat kampaniyalarında aktiv iştirak edirik. Bu, zərurətdən də yaranır. Çünki
bu ölkədə
ermənilər də
az deyil.
Əgər biz aktiv
olmasaq, bir sıra məsələlərdə
uduzmuş olarıq.
- Ermənilərin
çoxluğundan söz
açdın. Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Bəs, oranın vətəndaşı
olan azərbaycanlılarla necə,
əlaqələr qurursunuzmu?
Onların fəaliyyət siz tələbələri
qane edirmi?
- Doğrudan da çox maraqlı və
əsas gündəmdə olan məsələyə
toxundunuz. Gürcüstan nadir ölkələrdəndir ki, burada çoxlu azərbaycanlı
yaşayır və bu ərazilər də
soydaşlarımızın yaşadıqları tarixi
dədə-baba əraziləridir. Orada yaşayan azərbaycanlılarla sıx əlaqədə oluruq.
Konkret olaraq onların təşkilatlanma
işlərinə gəldikdə isə
ümumiyyətlə bizə
Marneuli şəhərindəki
Azərbaycan
Mədəniyyət Mərkəzi, səfirlyimiz
və
SOCAR tərəfindən tez-tez dəstək olurlar. Bu qurumlarla
gürcülərə Azərbaycan
haqqında lazımi məlumatların
çatdırılmasında birgə
fəaliyyət göstəririk.
Xüsusilə də
Qarabağ mövzusuna
həssas
yanaşırıq, bu
mövzu ilə bağlı tədbir olanda
hər
kəs
aktiv olur.
- Bəs hansısa
çətinlikləriniz var?
- Düzünü desəm hələ ki, ciddi çətinliyimiz olmayıb. Amma hər
zaman səfirliyimiz və SOCAR bizə
dəstək olduğu üçün
düşünürəm
ki, istənilən
çətinliyin
yaranarsa elə ilk kömək
də
onlardan gələcək. Maraq üçün qeyd edə
bilərəm ki, hətta
SOCAR maddi durumu aşağı olan azərbaycanlı
tələbələrin
təhsil
haqqını da ödəyir.
Burada hansısa çətinlikdən danışmaq olmaz. Nə qədər qəribə səslənsə də deyim ki, Gürcüstanda
yaşayan ermənilər də
artıq bizə isti münasibət bəsləməyə başlayıblar. Bu, çox güman ki, regionun aparıcı
ölkəsinə çevrilməyimizdən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağımızdan, dünyada
nüfuzlu dövlətə çevrilməyimizdən irəli
gəlir.
Düşmənin
sənə hörmət
edirsə,
demək
qorxur! Ermənilər dünyanın bir
çox ölkəsində aktivdir və
Gürcüstanda xeyli
sayda erməni var. Amma
bizim təşkilatlanmağımız və
digər
məqamların
sayəsində onlar hələ ki bizdən
üstün durumda deyillər
və
hər
sahədə onları üstələyirik. .
- Bəs tələbələrimiz onları hansı cəhətlərinə
görə
üstələyə bilirlər?
- Bayaq qeyd etdiyim
kimi burada azərbaycanlı
tələbələrə xüsusi hörmət olunur. Bu da bizim üstünlüyümüz
sayıla bilər. Ermənilərə gəldikdə isə
onların gəncləri bir çox hallarda savadlı olmurlar. Doğrusu Gürcüstanda həddindən artıq erməni var. Amma
təşkilatlanma
məsələlərinə görə
bizdən
geri qalırlar. İstər təhsil,
istərsə də
idman sahəsində
onlar bizdən geri qalırlar.
-Yaxın keçmişdə
Gürcüstanda siyasi
dəyişikliklər də
oldu. Bu dəyişikliklərdən sonra azərbaycanlılara
münasibət
necədir?
-Bir ölkədə
olan siyasi dəyişiklik
ilk olaraq həmin ölkənin
iqtisadiyyatına, daha sonra sosial məsələlərə, millətlərin həyat tərzinə təsir
edir. Amma bu siyasi dəyişikliklərin azərbaycanlılara
təsiri
olmadı, ola
da bilməzdi. Çünki Gürcüstan hərtərəfli
olaraq Azərbaycandan asılı
bir ölkəyə çevrilməkdədir. Bəlkə də
bəzilərinə adi gələ bilər,
amma həqiqətən də
Azərbaycan
Gürcüstan iqtisadiyyatında
və
nəqliyyat
sistemində
söz sahibidir. Bu nəzarət gürcü xalqının
həyat
tərzinə müsbət
istiqamətdə çox təsir edib.
Təsəvvür edin ki, tikinti, sənaye,
qida məhsullarının böyük qismini artıq Azərbaycandan gələn məhsullar təşkil
edir. Əgər hansısa siyasi gərginlik
olsa o zaman Gürcüstan bu işdə
uduzan tərəf
olar.
- Azərbaycan
bu ölkədən daha çox nəyi
öyrənə bilər?
- Azərbaycanın Gürcüstandan öyrənə biləcəyi yalnız bir şey var, o da universitetlərlə bağlı məsələ. Ən əsas da xarici tələbələrin qəbul sayının artması yaxşı olardı. Bu, bir sıra məqamlarda xarici siyasət üçün uğurlu yol sayılır. Gürcüstan artıq bunun nəticələrini görməkdədir. Bu şəkildə daha çox xarici ölkədə tanınmaq olur. Gürcüstanın isə Azərbaycandan öyrənəcəyi çox şey var. İstər sənaye, tikinti sektoru, istərsə də təhsillə bağlı bu iki ölkəni müqayisə etmək mənasız olardı. Çünki Gürcüstanın Azərbaycana çatması üçün illər lazımdır.
- Artıq xaricdə
təhsil
almaq gənclərimiz
üçün xəyal deyil. Dövlət bunun
üçün lazımi şərait
yaradıb. Ölkəmizdə
gənclərə
yaradılan şəraiti necə
dəyərləndirirsən?
- Haqlısınız. Ölkəmizdə gənclərə yaradılan şəraiti müsbət qiymətləndirirəm. Dünyanın heç bir ölkəsində gənclər üçün bu cür şərait yaradılmayıb. Bəli, 5 il bundan əvvəl xaricdə təhsil bir çox gənclərimiz üçün xəyal idi. Amma indi çox sadə yolla xaricdə istədiyin universitetdə təhsil almaq şansı var. Məncə, gənclər bu şəraitdən hələlik tam şəkildə, daha yaxşı istifadə etmirlər.
- Gələcək
planların nədir?
- Təhsilimi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərməyi düşünürəm. Gələcək planım Azərbaycan üçün layiqli auditor olmaq və hər zaman gənclərlə işləməkdir.
- Gürcüstanda
təhsil
almaq istəyən həmyaşıdlarına
məsləhətlərin
varmı?
- Gürcüstanda təhsil almaq istəyən gənclərə məsləhətim o ola bilər ki, bu ölkəyə üz tutanda buranın dili, adət və ənənələrini də yaxşı bilsinlər. Doğru seçim etsinlər və yaxşı araşdırdıqdan sonra ali təhsil ocağı ilə bağlı qərar versinlər. Bu ölkədə qeyri-qanuni fəaliyyət göstərən kifayət qədər təhsil ocağı var. Əsasən dövlət universitetlərinə üstünlük versinlər və ölkəmizi layiqincə təmsil etməyi bacarsınlar.
Tural Tağıyev
Palitra.-2013.-26 noyabr.-S.6