“Builki seçkiyə maraq olduqca böyükdür”
Tural Şirinov: “Son illər
belə bir ölkə yoxdur ki,
iqtisadi cəhətdən Azərbaycan kimi inkişaf etsin”
Bu gün
ölkə daxilindəki gənclərlə yanaşı,
xaricdəki gənclərimiz də qarşıdan gələn
prezident seçkisi ilə
bağlı təbliğat-təşviqat kampaniyasında aktivlik göstərirlər. Belə gənclərimizdən
biri də 25 ildir ki, Estoniyada yaşayan və diaspor sahəsində
fəal olan Tural Şirinovdur.
-Xaricdəki gənclərin
seçki fəallığının
artırılması üçün
hansı tədbirlər keçirirsiniz?
-Mən diaspor işləri ilə məşğul olmağa başladıqda, o zaman yalnız Estoniya daxilində iş kimi başa düşülürdü, lakin təcrübə artdıqca mən beynəlxalq səviyyədə işləməyə başladım. Çünki bu gün tək bir ölkə ilə məhdudlaşmaq lazım deyil. İnternetin inkişafı ilə bizim gəncliyin nümayəndələri və yaşlı nəsil ilə tanışlıq daha da asanlaşıb. Uzun illər boyu, hətta demək olar ki, uşaqlıqdan bizim ailə, daha doğrusu mərhum atam mənə Heydər Əliyevin hakimiyyətindən, onun Azərbaycan xalqı, Vətəni üçün etdiyi işlər haqqında danışırdı. Lap uşaqlıqdan mən Əliyevlər ailəsi ilə maraqlanmağa başladım və demək olar ki, 17 yaşımdan müxtəlif konfranslarda iştirak etməyə, Azərbaycan ədəbiyyatını oxumağa, dərindən bizim tarixi keçmişimizi öyrənməyə başladım. Bu, mənim çox xoşuma gəlirdi və mən həmişə fəxr edirdim və edəcəyəm ki, mən azərbaycanlıyam.
Bir neçə il bundan qabaq mən “Facebook”da dövlətçiliyə həsr edilən üç səhifə yaratmışam. Bu səhifədə Azərbaycan diasporunun bir çox nümayəndələri, siyasətçilər, tarixçilər, tanınmış simalar yer alıblar.
Artıq o vaxtdan mən Prezident İlham Əliyevin dəstəklənməsi üçün təbliğat aparıram. İldə bir dəfə müxtəlif tədbirlərdə iştirak etmək lazım deyil. Həqiqətən ölkəsini və Prezidentini sevən hər kəs bunu hər gün etməlidir. Bu yaxınlarda mən “Facebook”da Prezident İlham Əliyevə dəstək olaraq bir “event” yaratmışam və demək olar ki, 1 həftə ərzində biz 1000 nəfər üzv yığdıq. Lakin bu, İlham Əliyevə hörmət edən və ona dəstək verən insanların çox cüzi hissəsidir, onların sayı milyonlarladır.
Mənim məqsədim yolunu azmış və müxalifətə inanan gənclərin gözünü açmaqdır. Həmin gənclərə söz verməkdən başqa heç nə edə bilmirlər. İndi internet zamanıdır və buna ciddi yanaşmaq lazımdır.
- Gənclərdə
seçkiyə maraq necədir?
- Builki seçkiyə maraq olduqca böyükdür, bunu internetdə də hiss etmək olar. Prezidentə dəstək olaraq çoxlu sayda qruplar yaradılıb, insanlar sosial şəbəkələrdə müxtəlif debatlar aparır və bu, məni, öz ölkəsinin vətənpərvərləri və Prezidentin tərəfdarlarını çox sevindirir. Gənclər daha fəal olub və öz fikirlərini daha fəal olaraq bildirməyə başlayıb. Onların hamısı ilə işləmək, hətta yolunu azaraq müxalifətə inanan şəxslərlə birgə işləmək lazımdır, çünki onların bəziləri yaxşı insanlardır və onların gözünü açmaq və doğru yola istiqamətləndirmək lazımdır- bu bizim borcumuzdur. “Facebook”da yaradılan və Prezidentin təşviqatı ilə fəal şəkildə məşğul olan “Prezidentə Dəstək 2013” qrupudur. Mən belə vətənpərvərlərlə fəxr edirəm ki, onlar sözdən işə keçir, onlar başqalarının gördüyü işləri də görür. Lakin bu son deyil və bizim gənclər, bəziləri ciddi işlər görməli və vətənin maraqlarını hər yerdə qorumalıdır.
- Gənclərimiz
Prezidentə dəstək kampaniyalarında fəal iştirak edirlərmi?
-Bəli, gənclər bununla fəal məşğuldurlar və bu gün mən fəxrlə müşahidə edirəm ki, bizim gənclər necə də Vətənin nüfuzunu qaldırmaq və Prezident İlham Əliyevə qarşıdan gələn seçkilərdə dəstək vermək üçün səylərini əsirgəmirlər. Bu gün bizim gənclər, diaspor və xaricdə təhsil alan tələbələr Azərbaycanda gedən bütün prosesləri və xəbərləri izləyirlər. Onlar üçün Azərbaycanda baş verən bütün hadisələr vacibdir. Biz Estoniyadakı azərbaycanlı gənclər və ümumilikdə bütün diaspor boş dayanmırıq. Artıq “Facebook”da təşviqata başlamışıq. Bu gün onlarla, yüzlərlə, hətta minlərlə insan “online” videoları paylaşırlar və sosial şəbəkələrdə olurlar. Mən əminliklə deyə bilərəm ki, bu gün bizim vətənpərvər gənclər internetdə müxtəlif qruplar, Prezidentə dəstək səhifələri yaradır, bu da mənim kimi vətənpərvər birini çox sevindirir. Mən də heç vaxt Azərbaycanda baş verən proseslərdən kənar qalmıram, Prezident İlham Əliyevi dəstəkləyirəm. Çünki bugünkü Azərbaycan ilk növbədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərinin bəhrəsidir və İlham Əliyev bu kursun davamçısıdır. Prezidentə dəstək kampaniyasında ilk il deyiləm və son günə qədər sosial şəbəkələrdə Prezidenti dəstəkləyən informasiyalar yaymaqla məşğul olacağam. Bu gün Azərbaycanın uğurlu inkişafı artıq bir reallıqdır. Əlbəttə ki, bunu həm ölkə əhalisi, həm də beynəlxalq ictimaiyyət də görür. Son illər belə bir ölkə yoxdur ki, iqtisadi cəhətdən Azərbaycan kimi inkişaf etsin. Bildiyiniz kimi hazırda Azərbaycanda müntəzəm olaraq böyük beynəlxalq tədbirlər keçirilir. Humanitar forumlar, sivilizasiyalararası forumlar, sammitlər, dünya dinlərinin rəhbərlərinin sammitləri. Hamı necə deyərlər, bir rəydədir ki, Azərbaycanda bu sahədə işlər ən yüksək səviyyədədir və bizim gənclər bunda fəal iştirak edirlər. İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. İlham Əliyev Heydər Əliyevdən bir çox cəhətləri götürüb, ilk növbədə müdriklik və səbir, buna görə də biz həmişə İlham Əliyevə dəstək vermiş və verəcəyik.
- Gənclərimiz
nə dərəcədə cənab Prezidentin
ətrafında toplaşıblar?
- Öz fikrini və ideyalarını hörmətli Prezidentə çatdırmağın bir çox üsulu var, ilk növbədə internet vasitəsilə. Bu təkcə məni deyil, bütün gəncləri sevindirir. İndi bizə bir yerə toplaşmaq və öz fikirlərimizi ifadə etmək, Prezidentə dəstək üçün konfranslar keçirmək, ünsiyyət qurmaq və bu mövzuları sosial şəbəkələrdə müzakirə etmək asan olub. Prezident Azərbaycanın hər bir vətəndaşı və qeyri-vətəndaşı haqqında düşünür və mən inanıram ki, biz seçkidən əvvəl və sonra Prezidentə dəstək olaraq təbliğat aparacaq böyük bir tərəfdaş ordusuyuq. Ədalətli olmaq lazımdır. Bütün sahələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər göz qabağındadır. Bunu bütün obyektiv müşahidəçilər də qeyd edir. Bunu biz də, yəni Azərbaycandan kənarda yaşayan gənclər də dəyərləndiririk. Mən həmişə deyirəm və yenə də təkrarlayıram ki, vətəndaşlıq heç bir rol oynamır, çünki biz hamımız azərbaycanlıyıq və İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir.
- Azəbaycan
müxalifətinin seçkiöncəsi atdığı
addımlar xaricdən necə görünür?
- Müxalifət hələ mən kiçik olanda mənim üçün öz əhəmiyyətini
itirmişdi. Hələ o
vaxtdan mən başa düşürdüm ki,
Heydər Əliyev necə də güclüdür
və onun hakimiyyətə gəlişi bizim vətən üçün
Allah tərəfindən göndərilən
bir xilaskar idi. Təkcə mən deyil,
Estoniyada bir çox dostlarım və tanışlarım
Azərbaycanı inkişaf etmiş və güclü
və stabil iqtisadiyyatı olan
bir dövlət kimi
tanıyırlar. Müxalifət haqqında heç söhbət belə olmur,
çünki hamı bizdəki müxalifətin
necə də yalan olduğunu,
onların öz aralarında hətta
razılığa və barışığa gələ
bilmədiklərini görür. Öz mitinqlərinə 200 nəfər belə
toplaya bilməyən müxalifət bizə
parlaq gələcək vəd edir. Lakin hansı gələcəkdən söhbət gedir ki, onların 90-cı
illərdə hakimiyyəti dövründə ölkə
sürətlə dağılırdı və bundan sonra müdrik
Heydər Əliyevə onların səhvlərini düzəltmək
və ölkəni yüksəltmək lazım oldu. Xaricdə bilirlər ki,
ölkə əhalisi müxalifəti dəstəkləmir. Azərbaycan
vətəndaşları siyasi cəhətdən
kifayət qədər təcrübəyə malikdir
və onların etimadını sadə vədlərlə qazanmaq mümkün deyil. Buna görə də mənim məqsədim hələ
də çaşbaş qalan
və kimin tərəfini saxlamağı
müəyyən etməyən bəzi gənclərin
gözlərini açmaq və onları düzgün səmtə yönəltmək olub və olacaq. Biz Prezident İlham
Əliyevləyik və hamını seçkilərdə İlham Əliyevə dəstək verməyə
çağırırıq.
Fuad Hüseynzadə
Palitra.-2013.-2 oktyabr.-S.10.