Xalça muzeyi xalq sənətkarlığını beynəlxalq yarmarkada təbliğ edib

 

Muzeyin kitab sərgi-yarmarkada iştirakının əsas məqsədi gənclərə kitabı sevdirməklə yanaşı onlarda dekorativ-tətbiqi sənətə, xalq sənətkarlığına maraq artırmaq olub

 

Məlum olduğu kimi bu yaxınlarda III Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçirildi. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda kitab sərgi-yarmarkasının əhəmiyyətinə, belə tədbirlərin mədəni dəyərlərin təbliğindəki roluna, orada təqdim edilən dəyərli kitablara toxunacağıq. Əvvəla qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə təşkil edilən sərgi-yarmarkada 100 yerli, 40 xarici olmaqla, ümumilikdə, 25 ölkəni təmsil edən çappoliqrafiya müəssisələri, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak ediblər. Bu il təşkil edilən sərgi-yarmarka ölkəmizin mədəniyyəti, tarixi üçün böyük hadisə olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə üst-üstə düşüb. Sərginin davam edəcəyi müddətdə paralel olaraq həm Milli Kitabxananın yubileyi ilə əlaqədar tədbirlər, həm də 2 böyük nüfuzlu iclas keçirilib. Belə ki, Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası da keçirilib. Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alıb.

Sərgiyə göstərilən maraq nəzərə alınaraq hər iki ildən bir belə bir tədbirin keçirilməsi qərara alınıb. Nəşriyyatlar, kitab evləri, müxtəlif qurumlar böyük həvəslə bu sərgi-yarmarkaya qoşulurlar. Sərgi-yarmarka ənənə halını almaqla yanaşı, əhəmiyyətini, coğrafiyasını, oxucu auditoriyasını da genişləndirir. Burada əsas məqsəd dövlətin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, gənc nəslin kitaba maraqsevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir. Tədbir çərçivəsində bir sıra maraqlı görüşlər keçirilib. Bulardan biriuşaq ədəbiyyatının nümayəndələri ilə “Uşaqlar, kitab oxuyunmövzusunda görüş olub..

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu “Sevimli nağıllar”, ”Yaxşılıq çələngi”, “Elin söz yaddaşı” və digər körpə təxəyyülünün inkişafına köməklik göstərən kitablar haqqında öz fikirlərini söyləyib, uşaq ədəbiyyatının gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli uşaq ədəbiyyatı nümunələrini yaradan tanınmış yazıçı və şairlər, onların yaradıcılıq uğurları barədə məlumat verib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının tərtib etdiyi uşaq ədəbiyyatı nümunələrindən ibarət sərgi nümayiş olunub, kitabxananın fəal üzvləri nağıl qəhrəmanlarımız olan Çırtdan, Göyçək Fatimə və digər personajları canlandırıblar.

Səbail rayonunun 7, 8 və 190 nömrəli məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda tanınmış müasir uşaq ədəbiyyatının nümayəndələri Zahid Xəlil, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Rafiq Yusifoğlu və başqaları şeirlərini oxuyub, kitablarını öz imzaları ilə oxuculara təqdim ediblər. Kitab sərgi-yarmarkası çərçivəsində gənc yazarlarla görüşkeçirilib. Ən maraqlı məqamlardan biri sərgidə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Rusiya Federasiyası Federal mətbuat və kütləvi kommunikasiyalar agentliyi, Sosial-iqtisadiintellektual proqramlar fondu, habelə Rusiya Kitab Naşirləri Assosiasiyası ilə təmsil edilən RF pavilyonunun təqdimatı olub.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov pavilyonun açılışında iştirak ediblər. Bakıya gəlmiş Rusiya nümayəndə heyətinə ədəbiyyat tənqidçisi, publisist Lev Anniski, nasir, uşaq yazıçısı Valeri Voskoboynikov, şair Mariya Vatutina, şairnasir Yevgeni Reyn, sənətşünas və naşir Nadejda Reyn daxil idi.

Rusiya nəşriyyatları yarmarkada uşaqlar üçün kitablardan başlamış xüsusi texnikidini ədəbiyyata qədər çox müxtəlif kitab məhsulları təqdim edirlər. “Russkiy reportyorstendi isə sərgiyə gələnləri Rusiyanın ən yaxşı fotoqraflarının işləri ilə tanış edib.

Puşkinin nağılları, “Muzey-qoruqlar”, “Moskvanın və Kremlin tarixi”, Quran, XX əsr rus yazıçılarının əsərləri, uşaq ədəbiyyatı və xarici ədəbiyyat nümunələri qısa müddətdə satılıb. Artıq 3 ildir ki, keçirilən beynəlxalq kitab sərgi-yarmarkasına L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi də qatılır. Sərgi-yarmarkada Xalça muzeyinin təqdim etdiyi yeni nəşrləri ilə yanaşı həmçinin, kiçik ölçüdə toxunmuş, müxtəlif toxuculuq məktəblərini əks etdirən suvenir xalçalar, xalq sənətkarları tərəfindən Şəkidə istehsal olunmuş kəlağayılar ziyarətçilərin xüsusi maraq dairəsinə səbəb olub. Təşkil olunmuş sərgi-yarmarkada muzeyin iştirakının əsas amalı insanlarda, xüsusi ilə də gənc nəsildə kitaba maraqsevginin aşılanması ilə bərabər dekorativ-tətbiqi sənətə, xalq sənətkarlığına da maraqlarını artırmaq məqsədi olub. Çap olunmuş muzey nəşrləri içərisində muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyevanın müəllifi olduğu azərbaycan, ərəb və macar dillərində “Azərbaycan Xalçaları” kitabları, “Lətif Kərimov fenomeni” kitabı, 2012-ci ilin dekabr ayında Çexiyanın Ostrava şəhərində təşkil olunmuşXalça muzeyinin eksponatları əsasında hazırlanmış sərginin materiallarından ibarət çex dilində çap olunmuşZeme Vecneho Ohne II”(“Azərbaycan Xalçalarının Ənənələri”) kataloqu və “Nizami obrazları xalçalardaminiatür kitabı sərgini ziyarət edən qonaqların diqqətini xüsusilə cəlb edib. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkil etdiyi sərgini ziyarət edənlərin sırasında “Regionların İnkişafı” ictimai birliyi, “Xalq BankASC-nin idarə heyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiyaanalitik təhlil şöbəsinin nümayəndələri, Turizm İnstitutu, Dövlət Neft Akademiyasının müəllim və tələbə heyəti, Mədəniyyət və İncəsənət Universitetinin doktorantları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, “Mavi Dalğa” şirkətinin, Bakı Ekspo Mərkəzin təmsilçiləri, BDU, Qafqaz Universiteti, Dövlət İqtisad Universitetinin, Dövlət Dənizçilik Akademiyasının tələbə və müəllim heyəti, AMEA-nın nümayəndələri, Bakı şəhər 8 saylı orta məktəbin şagirdləri, həmçinin digər xarici qonaqlar da L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin nəşrləri ilə maraqlanaraq, yaxından tanış oldular və xalçalarımız haqqında məlumatlar əldə ediblər. Sərginin sonuncu günü mükafatlandırma və təntənəli bağlanış mərasimində L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştirakına görə diplomla təltif olunub.

 

Anar Miriyev

Palitra.-2013.-5 oktyabr.-S.11.