“Xaricdəki gənclərimizin şəbəkəsini
qurmaq niyyətindəyik”
Azad Hüseynov:
“Gənclərimizin xaricdə təhsil alması Azərbaycanda
bütün sahələrin
inkişafına yol açır”
Müsahibimiz Azad Hüseynov 1990-cı ildə keçmiş Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. 1998-ci ildə 273 nömrəli məktəbdə orta təhsilə başlayıb. 2004-cü ildən təhsilini Mingəçevir Özəl Türk liseyində davam etdirib. Buradan məzun olduqdan sonra İstanbul Beykent Universitetinə qəbul olub. Daha sonra Tbilisi şəhərində yerləşən Beynəlxalq Qaradəniz Universitetinə kecib. Hal-hazırda bu universitetdə təhsilini davam etdirir.
-Gənclərin xaricdə təhsil almasının Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
-Gənclərimizin xaricdə təhsil alması Azərbaycanda bütün sahələrin inkişafına yol açır. Çünki xaricə gedən hər bir azərbaycanlı gənc aldığı təhsili ilə Azərbaycana nə kimi faydalı olacağını düşünür. Fərqli mədəniyyət və düşüncələri öyrənir. Bu düşüncələri burada tətbiq edir. Yenilikçilik hər zaman inkişafı özü ilə gətirir. Təbii ki, bu yenilikçiliyin yanında sənin tarixin də olmalıdır. Xaricdə təhsil alan azərbaycanlı gənclərin böyük hissəsi orada öyrəndiklərini burada müvəffəqiyyətlə həyata keçirirlər.
- Gürcüstan
vətəndaşı olan azərbaycanlıların
təhsilə marağı necədir?
- Gürcüstanda imkanlılar, təhsil almaq qabiliyyətinə malik olanlar təhsil alırlar. Düzdür, kəndlərdə yaşayan azərbaycanlılarda təhsilə maraq o qədər də böyük deyil. Amma ümumi götürsək, pis sayılmaz.
-
Gürcüstandakı azərbaycanlı gənclərin həmrəyliyi
nəcədir?
- Gürcüstandakı azərbaycanlı gənclərin həmrəyliyi çox inkişaf etməsə də qənaətbəxş sayıla bilər. Düzdür, bəzi gənclər təşkilatları bu baxımdan müəyyən işlər görürlər, amma bunun yetərli olmadığı görünür. Bildiyiniz kimi Gürcüstanda 250 minə qədər azərbaycanlı yaşayır. Amma hələ də bu azərbaycanlıların içərisində barmaqla sayıla biləcək qədər gənclər özlərini sübut edə biliblər. Bundan əvvəlki sualda yenilikçilikdən bəhs etdim. Heyif ki, buradakı azərbaycanlı gənclər yenilikçilyə açıq deyillər. Bəzi təşkilatlar var. Məsələn, Marneuli Gənclər təşkilatı. Onların fəaliyyətləri qənaətbəxş sayıla bilər. Bu təşkilatdan başqa azərbaycanlıların demək olar ki, burada heç bir qeyri-hökumət təşkilatı, gənclər hərəkatı yoxdur.
-Gürcüstandakı
gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
-Gürcüstandakı gənclərimizdən diaspor sahəsində aktivlik göstərənlər var. Belə bir neçə ad çəkə bilərəm. Özünü tanımasam da Ramilya Əliyeva adlı burada bir xanım var. Azərbaycanı həddindən çox sevir. “Twitter” adresindən oxumuşdum ki, Tbilisidəki Azərbaycan kitabxanası üçün kitablar toplayırdı.
Marneuli Gənclər təşkilatı diaspor fəaliyyəti ilə fəal məşğul olur. Onların da çoxlu təbliğati işləri var. Ümid edirəm ki, 2-3 il sonra bu sual mənə veriləndə təkcə bu təşkilatın yox, bir neçə təşkilat və hərəkatın adını sadalaya biləcəm.
- Xaricdəki gənclərin
daha da həmrəy
olması üçün hansı
addımları atırsınız?
- Biz, xaricdəki gənclərin daha həmrəy, Vətəninə daha bağlı olması üçün Gənclər Şəbəkəsini qurmaq niyyətindəyik. Bu şəbəkə gənclərin təkcə həmrəyliyini yox, həm də onların Azərbaycan üçün ayrı-ayrılıqda nələr edə biləcəyini göstərməkdir.
-Gənclərlə
bağlı hansısa tədbir keçirirsiniz?
- Gənclərlə bağlı tədbirlərimiz
olub. Burada biz Marneuli Gənclər Təşkilatı
ilə birgə bir sıra tədbirlər
keçiririk. Bunlara bayramlar, respublika əhəmiyyətli
ildönümləri, idman
yarışları, mahnı müsabiqələri aiddir. Bu il
quracağımız şəbəkə vasitəsi ilə
bunları sizlərlə paylaşacağıq.
Fuad Hüseynzadə
Palitra.-2013.-5 oktyabr.-S.10.