Yəhya Babanlı: “Gənclərin yüksək intellektli aparıcı qüvvəyə çevrilməsinə töhfə verməyə çalışırıq”

 

Müsahibimiz “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlıdır.

-Azərbaycanda həyata keçirilən gənclər siyasətini necə qiymətləndirirsiniz?

-Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra hər bir sahədə olduğu kimi gənclər sahəsinədə yeni mərhələ başladı. Xüsusən də, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, onun cəmiyyət və dövlət quruculuğu prosesində gənclərə xüsusi diqqət və qayğı göstərməsi Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanması, səfərbər edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Ümummilli lider bu sahədə “Azərbaycanın gələcəyi Azərbaycanın gənclərinə aiddirprinsipifikri ilə çıxış edib. Beləliklə, Heydər Əliyevin Azərbaycanı bütün sahələrdə inkişaf etdirməyə yönəlmiş və ölkəmizi təkmil cəmiyyətə çevirməyi planlaşdıran dahiyanə siyasi kursunun layiqli davamçıya, xalqın, xüsusən də gənc nəslin rəğbətini qazanmış İlham Əliyevə ötürülməsi bu sahədə yürüdülən siyasətin yeni enerji ilə yeni mərhələdə davam etdirilməsini şərtləndirdi. Azərbaycan gənclərinə dövlət qayğısı və dövlət dəstəyi gücləndirildi, bu sahəni inkişaf etdirmək üçün konkret addımlar atıldı.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl şəkildə həyata keçirdiyi gənclər siyasəti daha geniş miqyasda inkişaf etdirilməklə Azərbaycan gənclərinin: qloballaşmanın gücləndiyi şəraitdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında, hərbi-vətənpərvərlik işinin güclənməsində, dövlət quruculuğundaxarici siyasətdə, beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyünün tanınması və bərpa edilməsi sahəsində - Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, ölkənin iqtisadi inkişafında və sahibkarlıq fəaliyyətinin təşkil edilməsində, diaspor siyasətinin və lobbi fəaliyyətinin inkişafında (xüsusən, xaricdə yaşayan və təhsil alanların timsalında) iştirakını təmin edir.

Müasir dövrdə bu sahədə ən əlamətdar hadisələrdən biri 06 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılan işlərə dövlət tərəfindən nəzarətin gücləndirilməsi və diqqətdə saxlanılması məqsədilə Prezidentimiz tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamın imzalanmasıdır. Bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini İlham Əliyevin qəbul edərək dinləməsi qeyd olunanları bir daha təsdiqləyir.

-Siz bu proqramın əhəmiyyətini nədə görürsünüz?

-Qeyd etmək lazımdır ki, məhz Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə Prezident bu proqramı ərsəyə gətirib. Həmçinin proqramın ən mühüm məqamlarından biri odur ki, Prezidentin fərmanı ilə müvafiq proqramın 6.1.4. bəndində öz əksini tapmış “Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi” üçün Prezident yanında Gənclər Fondu yaradılıb. Bütün sadalanan faktlar bu istiqamətdə son illər görülmüş təşkilati və institusional işlərin bariz nümunəsidir. Hazırda gənclərin qarşısına böyük məsuliyyət qoyulub. Bu vəzifənin öhdəsindən əzmlə və layiqincə gəlmək üçün qeyd olunan dövlət proqramının mükəmməl formada reallaşdırılmasında öz təkliflərimizi verməli və ictimaiyyətlə, gənclərlə sıx ünsiyyətdə olmalıyıq.

-Təşkilatınızın yaranma məqsədləri və fəaliyyəti barədə bildirərdiniz.

- Biz də müstəqillik illərində uğurlu gənclər siyasətindən, gənclərə yaradılan şəraitdən bəhrələnərək “Həmrəy” adlı təşkilatın yaradılmasına qərar verdik. Belə bir qənaətə gəldik ki, bu gün milli dövlətçiliyimiz, milli maraqlarımız və milli məfkurəmizin qorunması üçün yalnız həmrəy olmalıyıq. Həmrəy olmaqla dünənimizi yaşadıb gələcək nəslə ötürə bilərik. Bu, bizim gələcəyimizin uğurudur. Məhz bu məqsədlə, Azərbaycan Respublikasında yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək, onların bilik və bacarıqlarının artırılmasına yardım etmək və gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə “Həmrəy” adlı ictimai birlik təsis etdikqeydiyyata alınması üçün sənədləri müvafiq dövlət orqanına təqdim etdik. Bu ilin 15 mart tarixində təsis edilən «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1113-Q44-3159 nömrəli qərarı ilə 22 aprel 2013-cü ildə qeydiyyatdan keçdi.

Yeni yaradılmasına baxmayaraq, ictimai birlik bir sıra uğurlara müvəffəq olub. Gənclərin inkişafı ilə bağlı həyata keçirilən bir sra tədbirlərdə fəal iştirak etmiş, belə tədbirlərə dəstək vermiş, buna görə diplom, fəxri fərmanlarla mükafatlandırılmış, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresində yaxından iştirak etmiş və şəhadətnaməsini alıb.

Bu yaxınlarda isə “Həmrəy” respublikamızın şimal-qərb bölgəsində silsilə tədbirlər həyata keçirdi. Belə ki, Prezident yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsində qaliblərdən biri olmuşduq. Bu çərçivədə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı layihənin icrasını reallaşdırdıq. İcra planına uyğun olaraq Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ, Oğuz və Şəkidən olan gənclərə seminar-təlimlər keçirildi.

Öncə onu qeyd edim ki, bu regionun seçilməsi təsadüfi deyil, bura Azərbaycanımızın qədim dövlətçiliyini, tarixi ənənənələrini və füsunkar təbiətini özündə əks etdirməklə son illər ən çox turist cəlb edən bölgədir.

Əvvəla qeyd edim ki, bu tədbirlərdə 500-dən çox gənc aktiv iştirak etdi. Bu kimi tədbirlərin reallaşdırılması region gənclərinin icimai fəallığının artırılmasına, onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intelektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrində mühüm təsir göstərir.

Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, layihə gənclərin ictimai fəallığının artırılmasına, onların liderlik keyfiyyətlərinə yiyələnməsinə, onlarda stress, qərarsızlıq, ümidsizlikruh düşkünlüyünün aradan qaldırılmasına, çalışqanlıq və prinsipiallığın, idarəetmə məharətinin formalaşmasına, düzgün, vaxtında və etibarlı qərarlar qəbul etmə bacarığının yaranmasına, diqqət və konsentrasiyanın yüksək səviyyəyə qaldırılmasına və uğurlu strategiyanın müəyyən edilməsinə kömək etmək məqsədi daşıyır.

Layihə çərçivəsində ictimai fəallıq nədir, ictimai fəallığa nəzəri və praktiki yanaşma, ictimai fəal olmağın yolları və faydalılığı, ictimai fəallığın cəmiyyətin inkişafına təsiri, ictimai fəallıq: uğura gedən yolsosial şəbəkələr: onların ictimai fəallıqda oynadığı rol mövzusunda gənclərə seminar-təlimlər keçirilib. İştirakçılara sertifikatlar və hədiyyələr verilib, xatirə şəkli çəkdirilib və sair tədbirlər həyata keçirilib.

Bildirmək istərdim ki, birliyin vəzifəsi - gənclərin savadlı, dünyagörüşlü, müasir düşüncəli və yüksək intellektli aparıcı qüvvəyə çevrilməsinə, onların vətənpərvər ruhda inkişafına, onlarda humanizm və tolerantlıq, ləyaqətlilik və mübarizlik kimi vicdani və əxlaqi keyfiyyətlərin formalaşmasına töhfə verməkdir.

Biz məqsədimizə çatmaq üçün gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək verirməklə, gənclərin bilik və bacarıqlarının artırılmasına yardım edir, gənclərə milli-mənəvi dəyərləri aşılayır və gənclərə sağlam həyat tərzinin təbliği kimi tədbirləri davam etdiririk. Birliyin gənclərin maarifləndirilməsi ilə bağlı artıq xüsusi bir layihəsi reallaşıb. Abşeron rayonunun Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərçiyində Həmrəy Təhsil Mərkəzi açılıb. Burada aztəminatlı ailələrin uşaqlarına müxtəlif fənlər və sahələr üzrə pulsuz kurslar təşkil olunur. Gənclərin inkişafına kömək etmək üçün bu kimi digər layihələri də həyata keçirməyi nəzərdə tuturuq.

Azərbaycan gənci bu gün çox optimist, çox realistçox inamlı, çox iddialıdır. Yeni dövrdə nə istədiyini, nə etmək lazım gəldiyini, Vətən naminə hansı məsələlərə diqqət yetirilməli olduğunu çox aydın dərk edir. Çünki ona bu bacarıq və qabiliyyət məhz ümummilli lider Heydər Əliyevin milli ideyalarının reallaşaraq təsdiqini tapması və dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inamlauğurla davam etdirilməsi nəticəsində nəsib olub.

Sonda gənclərə səslənirəm: Təşkilatımız - sosial statusundan, ictimai mənşəyindən, milli mənsubiyyətindən, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər bir gənclə həmrəydir. Gəlin ki, həmrəy olaq! Həmrəyliyimiz gələcəyimizin uğurudur!

 

 

İlkin AĞAYEV

Palitra.-2013.-10 oktyabr.-S.12.