Braziliyada Azərbaycan filmləri nümayiş olunub
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə ölkəmizin Braziliyadakı səfirliyi və
Braziliya Bankının Mədəniyyət Mərkəzi
(Centro Cultural Baco do Brasil) bu ölkədə milli filmlərimizin
nümayişini təşkil edib.
Azərbaycan
bədii filmləri paytaxt Braziliyada (6-11 avqust), Rio de Janeyro
(14-19 avqust) və San Paolo (4-8 sentyabr) şəhərlərində
göstərilib.
Nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", "Niyyət", "Girov", "İlahi məxluq" filmləri Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən portuqal dilində subtitrləşdirilib, həmçinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən təqdim olunmuş video və foto materiallar əsasında proqramlar, poster və bannerlər hazırlanıb.
Tanınmış rejissor, Xalq artisti Eldar
Quliyevin Qarabağ
münaqişəsindən bəhs edən "Girov" bədii filminin hər
üç şəhərdə
nümayişindən sonra Azərbaycanın
Braziliyadakı səfiri Elnur Sultanovla tamaşaçıların
görüşləri keçirilib. Səfir Azərbaycanın tarixi,
mədəniyyəti, kinosu, habelə müasir inkişafı, beynəlxalq və regional müstəvidə oynadığı rol, Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzü, Azərbaycan-Braziliya əlaqələri
barədə görüş
iştirakçılarına məlumat verib.
Tədbirlər zamanı "İRS-Herança"
jurnalının portuqal dilində ilk nəşri, Azərbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr
olunmuş "Azərbaycan Avrasiyanın
ürəyində" adlı buklet, tarix və mədəniyyətimizlə
bağlı digər materiallar
iştirakçılara paylanıb.
Palitra.-2013.-9 oktyabr.-S.12.