“Çalışacağıq, vətənimizi CAR və ətraf ölkələrdə layiqincə təmsil edək”

 

Cəmil Məmmədəlizadə: “Azərbaycan Respublikasının CAR-dakı səfirliyi Afrika qitəsində ekvatordan aşağı bayrağımızın dalğalandığı yeganə yerdir

 

Müsahibimiz Cəmil Məmmədəlizadə 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1989-2000-ci illərdə orta təhsil alıb və 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və marketinqin iqtisadiyyatı fakültəsinə daxil olub. 2004-cü ildə Cənubi Afrika Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə Optimal Proqrama daxil olub. 2005-2007-ci illərdə Pretoriya Universitetinin BAdmin: beynəlxalq münasibətlər üzrə təhsil alıb və 2007-ci ildə bakalavr dərəcəsi alıb. 2008-ci ildə Pretoriya Universitetini dövlət idarəetməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2008-2009-ci illərdə Kembric Beynəlxalq Kollecinin beynəlxalq biznes və ticarət ixtisası üzrə fərqlənmə diplomu alıb. 2010-2012-ci illərdə Pretoriya Universitetinin dövlət idarəetməsi magistraturasında təhsil alıb. 2012-ci ildə “Cənubi Afrikada dövlət inkişafı potensialının möhkəmləndirilməsində ali təhsil sektorunun rolumövzusunda dissertasiya müdafiə edib. Hazırda CAR-da fəaliyyət göstərən Azərbaycanın Afrika Dostları (FOA) qeyri-hökumət təşkilatının sədridir.

- Azərbaycanın Afrika Dostları (FOA) təşkilatının əsas fəaliyyət istiqaməti nədən ibarətdir?

- Azərbaycanın Afrika Dostları (FOA) qeyri-hökumət təşkilatı 2012-ci ilin avqust ayında Cənubi Afrika Respublikasında yaradılıb və ölkənin qanunvericiliyinə uyğun formada dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb.

Azərbaycanın maraqlarını təmsil edən və təbliğatı ilə məşğul olan ilk yerli təşkilatın yaradıcıları CAR-ın ictimaisiyasi xadimləri, habelə, Azərbaycanla işgüzar münasibətlərinin qurulmasında marağı olan adamlarıdır. Təşkilatın əsas məqsədi ilk olaraq Cənubi Afrikada Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu yolu, tariximüasir dövrü, mədəniyyəti, incəsənəti, adət-ənənələri, milli bayramları, dövlətimizin uğurları, ölkəmizin ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların yayılması və təbliğ edilməsidir. Təşkilat həmçinin, ölkələr arasında dostluq və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədini qarşısına qoyub. Bu istiqamətdə FOA hər iki ölkənin mədəniyyət, incəsənət, tarix, iqtisadiyyat və digər sahələrdən olan mütəxəssislərinin bir araya gətirilməsi, birgə sərgilərin, mədəniyyət tədbirlərinin keçirilməsi arzusundadır. Təşkilat həmçinin CAR-da yaşayan azərbaycanlıları bir araya gətirərək, Azərbaycan diasporunun yaradılması və fəaliyyət göstərməsi istiqamətində çalışır.

-Azərbaycanla CAR arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində diaspor olaraq hansı işlər görürsünüz?

-Ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial varbu imkanlardan istifadə edilməsi bu günün tələbidir. Bu məqsədlə qısa müddət ərzində təşkilatımızın internet (www.azerbaijan.org.za) və “Facebookda səhifələri yaradılıb, orada Azərbaycan haqqında müvafiq məlumatlar yerləşdirilib. Bununla yanaşı FOA Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi ilə sıx əməkdaşlıq edir. 2012-ci ilin 30 sentyabr tarixində FOA səfirliklə birlikdə CAR-ın ən iri şəhəri olan Yohannesburqda türk icması tərəfindən təşkil edilən sərgidə Azərbaycanı təqdim edən guşə təşkil edib. Səfirliklə birgə keçirilən digər tədbir, 2012 ilin 26 oktyabr tarixində, Pretoriya Universitetində, Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş konsert və sərgidən ibarət olub.

-Yeri gəlmişkən, səfirlik sizin fəaliyyətinizə nə kimi dəstək göstərir?

-Yuxarıda qeyd etdiyim kimi, biz demək olar ki, tədbirlərimizin hər birisini səfirliklə birgə, yaxud səfirliyin tam dəstəyi ilə keçiririk. Hər zaman maddi, texniki, məlumat və digər formada dəstək göstərilir. Yeni təşəbbüsləri birgə müzakirə edərək, onların daha effektiv həyata keçirilmə formalarını tapmağa çalışırıq. Demək olar ki, səfirliklə işimizdə heç bir çətinliklə üzləşmirik. Bizim səfirlik bizim öz evimizdirAfrika qitəsində ekvatordan aşağı bayrağımızın dalğalandığı yeganə yerdir.

-Ölkəmizin tarix və mədəniyyətinin təbliği istiqamətində hansı tədbirlər keçirirsiniz?

-Cari ilin mart ayında FOA və Azərbaycanın CAR-dakı səfirliyi Pretoriya Universitetinin mərkəzi kitabxanasının əsas binasında ölkəmizə və Novruz bayramına həsr olunan sərgi təşkil edib. Sərgidə Novruz bayramını və ənənələri əks etdirən, ölkəmizin və paytaxt Bakının tarixinə və müasir dövrünə həsr olunmuş fotoşəkillər nümayiş etdirilib. Bununla yanaşı ekspozisiyaya ingilis dilində nəşr olunmuş Azərbaycanın tarixi, mədəniyyəti, milli və təbii sərvətləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və digər mövzulara aid kitablar, eləcə də milli suvenirlər də daxildir.

Avqustun 30-da Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində Azərbaycan Respublikasının CAR-dakı səfirliyi, FOA, Azərbaycan Kikboksinq Federasiyası (AKF) və CAR-ın Həvəskar Kikboksinq Assosiasiyasının (SAAKA) təşkilatçılığı ilə Transnet Boks Akademiyasının zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş, Azərbaycan-CAR kikboksinq üzrə ilk turnir keçirilib. Söz gəlmişkən, bizim yığma bu turnirdə 8-2 hesabla qalib gəldi. Tədbir CAR ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Qonaqların sıralarında Pretoriyada akkreditə edilmiş diplomatik nümayəndələrin rəhbərləri, CAR-ın məşhur idmançıları və idman sahəsində görkəmli şəxslər, dövlət məmurları, CAR Parlamentinin deputatları, CAR Ticarət və Sənaye Departamentinin Milli Lotereya Şurasının sədri, professor Novitande, dövlətə məxsus “PetroSAneft şirkətinin rəhbəri xanım Nozive Nokve və digər tanınmış şəxslər olublar. Tədbirdə ümummilli lider Heydər Əliyevə, Azərbaycana və turnirə həsr edilmiş proqram materialları paylanılıb. Turnir Afrika qitəsi və Asiyada yayımlanan və 500 milyona yaxın auditoriyası olan "Super Sport" televiziya kanalı tərəfindən lentə alınıb və yerli televiziya kanalları və mətbuat tərəfindən işıqlandırılıb.

-Orada yaşayan və təhsil alan azərbaycanlıların sayı təxminən nə qədərdir?

-Bu suala səfirliyimiz daha dəqiq cavab verə bilər, lakin təşkilatın şəbəkəsində təxminən 10 azərbaycanlı var. Məndə olan məlumata görə, vətəndaşlarımızın CAR-da sayı iyirmini keçmir.

-CAR-lılar Azərbaycanı necə tanıyırlar?

-Bu məsələ demək olar ki, bizim qarşımızda duran əsas məsələlərdən biridir - ölkəmizi burada tanıtmaq. Əfsuslar olsun ki, bu sahədə boşluq var biz bu boşluğun doldurulması ilə məşğuluq.

Fəaliyyətimiz yalnız keçən il başlanmasına baxmayaraq, biz artıq səfirliklə birgə yuxarıda qeyd etdiyim bir sıra tədbirlər həyata keçirmişik. İlin sonuna kimi digər tədbirlərin keçirilməsi planlaşdırılır. Bu ilin əvvəlində biz ölkəmizin Mədəniyyət Turizm Nazirliyinə müraciət etmişdik müraciətimizin nəticəsində gələn il CAR-da bir neçə sərginin keçirilməsinə dair razılıq əldə etmişik. Bununla yanaşı səfirlik Gənclər İdman Nazirliyinin birgəMən Azərbaycan haqqında bilirəm?” layihəsi nəticəsində, 9 gənc cənubi afrikalı bu il Azərbaycanda səfərdə olublar səfərin nəticələrinə dair xatirələri yazılı şəkildə bölüşüblər. Hazırda bu yazılar kitab formatına keçirilir biz bunu CAR-da Azərbaycana həsr edilmiş ilk kitab kimi buraxmaq istəyirik. Demək olar ki, planlarımız çoxdur çalışacağıq, vətənimizi CAR ətraf ölkələrdə layiqincə təmsil edək.

Fuad Hüseynzadə

Palitra.-2013.-11 oktyabr.-S.10.