“Yaradıcılığımda sənədli filmlər çoxluq təşkil edir

 

Gənc rejissor, prodüser Elnur Əliyev:

“Son illərdə çəkilən filmlər içərisindəSahə filmi daha çox xoşuma gəlib. Yanaşma tərzi başqadır

Layihə çərçivəsində müsahibimiz gənc rejissor Elnur Əliyevdir:

- Mən 1981-ci ildə Gədəbəy rayonunda anadan olmuşam. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində təhsil alaraq, televiziya rejissoru ixtisasına yiyələndim. 2004- 2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin televiziya rejissoru ixtisası üzrə magistr pilləsinə daxil oldum fərqləmə diplomi ilə başa vurdum. Hazırda aspirantura pilləsində təhsilimi davam etdirərəkAzərbaycan Teleməkanında kliplərin mövzu, struktur janr problemlərimövzusunda dissertasiya işi üzərində çalışıram. 2003-cü ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüyəm. 2004- 2005- ci illərdə “Film” Prodüser mərkəzində rejissor, 2005-2006-cı illərdəMozalanSatirik Kinojurnalında rejissor ssenarist kimi çalışmışam. 2005- 2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində montaj üzrə aparıcı mütəxəssis kimi çalışmışam paralel olaraq “ANS şirkətlər qrupu”na daxil olanBakı” film kinostudiyasında prodüser kimi fəaliyyət göstərmişəm. 2010- cu ildəƏlavə təsirbədii filmində icraçı prodüserin müavini vəzifəsində, 2003-2013-cü illər ərzində bir çox tanınmış şitkətlər firmaların reklam çarxlarında, çoxsaylı musiqili reklam kliplərində çalışmışam. Hazırda Primyer Cinema kino şirkətində rejissor kimi çalışıram Lider Tv yayımlananAiləmizserialının quruluşçu rejissoruyam. Bu yaxınlarda isə Milli qəhrəmanlardan bəhs edən filmin çəkilişlərini yekunlaşdırdım.

- Ötən müddət ərzində rejissor kimi hansı filmləri çəkmisiniz?

- Rejissor kimi çəkdiyim filmlər sırasında 2003-cü ildə çəkdiyimGənclik Sülh” BMT-nın Beynəlxalq Sülh Gününə həsr olunmuş reklam filminə görə Fəxri fərmana layiq görüldüm. 2004-cü ildə Xalq artisti Cənnət Səlimovaya həsr olunmuş sənədli film “START” Tələbə Film Festivalındaən yaxşı sənədli film” olaraq II yer tutdu. 2005-ci ildəKənddə məktəbbədii filmi Azərbaycan Mədəniyyət Turizim Nazirliyinin ssenari müsabiqəsinin qalibi oldu. 2006-cı ildəDümanın yolu iləAçıq Cəmiyyət İnistutunun layihəsi, 2007-ci ildəTələbə Qəbulu üzrə Dövlət Komisiyasıfilmi, 2008-ci ildə Ailə,Qadın,Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Təşkilatı, Qaçqınlar üzrə Ali Komissarlıq, Avropa Komissiyası, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin dəstəyi iləSatılmış həyatfilmini çəkdim. 2009-cu ildəGünahkarlar yoxsa günahsızlar” film layihəsi Təmiz Dünya Qadınlara Yardım İcdimayi Birliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın maliyyə dəstəyi iləUşaq iliçərçivəsində çəkildi. 2010-cu ildə Azərbaycanda Qadın Qeyri-Hökumət Təşkilatlarının İcma Əsaslı Təşkilatların Gücləndirilməsi çərçivəsində Almaniyanın EED Fondu, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin təşkilatçılığı iləDördbucaq içində” film layihəsi reallaşdırıldı. 2010-cu ildəGüllələr altındasənədli - bədii film layihəsi çəkildi. 2011-ci ildə isə Mədəniyyət Turizim Nazirliyi Vait Medya kino şirkəti“Qorxma mən səninləyəm 2”film layihəsi, 2012-ci ildə Ailə,Qadın,Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Counterpart Internationals Azerbaijan, yUSAID Azerbaijan-ın təşkilatçılığı iləErkən nikahbədii-sənədli film layihəsi, 2013-cü ildə Gənclərin Maarifləndirilməsi Təlimi İctimai Birliyi tərəfindənAlınmaz qalanın qəhrəmanlarısənədli - bədii film layihəsi, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə “ RABİTƏÇİ ” sənədli filmi çəkildi.

-Yaradıcılığınızla tanış olanda daha çox sənədli filmlər çəkdiyiniz müşahidə edilir. Sizcə, sənədli janrda çəkmək daha asandır?

-Düzdür, yaradıcılığımda sənədli filmlər çoxluq təşkil edir. Lakin mənim çəkdiyim filmlərin əksəriyyəti sənədli, bədii filmlərdir. Məsələn, insan alveri mövzusunda çəkdiyim filmlər əslində sənədli filmlər hesab olunur. Lakin o filmlər demək olar ki, bədii filmlərdir. Çünki baş verən hadisələr aktyorlar tərəfindən ifa olunub. Bunun əsas səbəbi isə odur ki, insan alverinin qurbanı olan insanlar özlərini gizlədir, tamaşaçıların onları tanımalarını istəmirlər.

-Niyə Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi “Bu meydan bu ekranmüsabiqəsində iştirak etməmisiniz?

-Bilirsiniz, mən 2009- cu ildə “Bu meydan bu ekranmüsabiqəsinin qalib rejissorlarından biri olmuşam. Sadəcə sonra başqa hadisələr baş verdi. “Cavid ömrüfilminin prodüseri Rasim Həsənov mənim o şansımı əlimdən aldı filmi Yusif Quliyevə verdi. Filmi hamı görüb, ona görə bu haqda danışmağa lüzum yoxdur. Mən çox mübarizə apardım, ancaq mənası olmadı. Sonradan yenə bir neçə ssenari “Bu meydan, bu ekranmüsabiqəsinə versəm , nəticəsi olmadı. Vaxt, zaman sübut etdi ki, bəzi insanlar bu sənətdə müvəqqətidirlər.

-Sizcə, rejissor bütün mövzuda film çəkməyi bacarmalıdır?

-Bu rejissorun bacarığından asılıdır. Əslində bütün mövzularda çəkməlidir ki, özünü tapsın. Hansı mövzunun ona yaxın olduğunu bilsin.

-Gənc rejissor kimi kinomuzun indiki vəziyyətini necə qiymətləndirirsiniz?

-Toplananlar yerini dəyişəndə cəm dəyişmir. Əslində, kinonun vəziyyəti elə əvvəlki kimidir. 2009- cu ildən “Bu meydan, bu ekran” müsabiqəsi başlayıb, lakin filmlər müəyyən qisim gənclərə, təxminən 4- 5 gəncə verilir. Onlar isə heç bir uğur qazana bilmədilər, “ı” kateqoriyalı festivallarda iştirak edib, yer tuturlar. O ki, qaldı tammetrajlı filmlərə, uğur qazanmaq üçün məqsəd olmalıdır. Bizdən yaşda böyük olan rejissorların əksəriyyətini şəxsən tanıyıram, film çəkən və ya çəkməyənləri də. Bilirsiz, onlar hələ də sovet dövrünün nostalji hisslərinə qapılıblar, ancaq köhnə vaxtlardan danışırlar. Onların yanaşmaları da fərqlidir. O ki, qaldı nə çatmır, “düzgün seçim etmək zövqlülük əlamətidir” yaxşı ssenari, uzaqgörən operator, zövqlü rejissor, bir də istedadlı aktyor.

-Çəkilən filmlərə baxırsınızmı? Onlardan hansını bəyənirsiniz? Eləcə də bütün hallarda tamaşaçılar filmlərimizi görmürlər. Belə olan halda çəkilən filmlər kimin üçündür?

- Son illərdə çəkilən filmlər içərsində “Sahə “ filmi daha çox xoşuma gəlib. Yanaşma tərzi başqadır. O ki qaldı tamaşaçıların yeni filmləri görməməsinə, şəxsən mən çəkdiyim filmlərin nümayişi olunması üçün əlimdən gələni edirəm.

-Sizinlə yaşıd olan gənc rejissorların filmlərinin səsi hər dəfə bir festivaldan gəlir. Siz festivallara film göndərirsinizmı?

-Bilirsiz, mən yerli festivalların hamısında demək olar ki iştirak edirəm. Lakin mən gördüyüm işin keyfiyyətinə bələdəm, digərlərindən fərli olaraq qarışqanı fil etməklə aram yoxdur. Kateqoriya ala bilməyən filmiOskara göndərirlər, çox gülməlidir...

-Qazax qəhrəmanlarından film çəkirsiniz. İdeya necə yarandı?

-Gədəbəy rayonun Milli qəhrəmanlarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” filminin təqdimetmə mərasimindən sonra Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Venera Əsgərova təklif etdi ki, Qazax rayonunun Milli qəhrəmanlarından bəhs edən bir film çəkək. Mən də razılaşdım və “Qartal yuvası” adlı filmin çəkilişinə başladıq. Hər şey çox uğurla başa çatdı.

-Bu yaxınlarda “İlin ən yaxşı prodüseriseçildiniz. Azərbaycan reallığında kinoprodüser olmağın çətinliyi nədədir?

-Bəli, mənim üçün çox sevindirici bir hadisə oldu. Təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Azərbaycan reallığında kinoprodüser olmağın çətinliyi, film üçün maliyyə mənbələrinin az olmasıdır. Bir sıra adamlarının kinoya pul verməyə pulları çatır, ancaq intellekti çatmır. Çünki ofislərində Çin istehsalı olan rəsm əsərləri asırlar.

 

Nigar Abdullayeva

Palitra.-2013.-11 oktyabr.-S.11.