“Gənclərin sağlam ruhda böyüməsini təmin etmək hamımızın borcudur

 

Əlövsət Allahverdiyev: “Dövlətin yaratdığı imkanlardan yararlanaraq cəmiyyətin mənəvi həyatının inkişafı naminə maraqlı və faydalı ideyalarla çıxış etmək lazımdır”

Layihə çərçivəsində “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyevlə müsahibəni təqdim edirik.

-Rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?

- “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 2005-ci ildən fəaliyyət göstərir. Məqsədimiz gənclər arasında maarifçilik ideyalarını təbliğ etmək və gücləndirməkdir. Müşahidələrimiz göstərir ki, bu gün cəmiyyətdə müxtəlif sahələr üzrə maarifçilik işlərinə ciddi ehtiyac var. Xüsusilə gənclərin belə maarifçiliyə daha çox ehtiyacı var. Məhz bu səbəbdən bizim maarifçilik istiqamətində həyata keçirdiyimiz layihələr iki qrupa bölünür. Maliyyə vəsaiti sərf olunanolunmayan layihələr. 2005-ci ildən indiyə kimi respublikamızın müxtəlif ali məktəblərində - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Avrasiya Universiteti və digər universitetlərdə elmi-praktik konfranslar, seminarlar, vətənpərvərlik ruhunu aşılayan tədbirlər, “Qondarma erməni soyqırımı və işğal olunmuş Azərbaycan torpaqları”, “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış” mövzularında elmi-praktik konfranslar keçirilib. Maarifçilik yönümündə olan bu tədbirlərə xarici tələbələr də cəlb olunurdu. Bu, gənclər arasında çox maraqlı diskussiyaya səbəb oluryeni bir layihənin, tədbirin əsasını qoyurdu.

Ölkəmizdə kifayət qədər rəsmi fəaliyyət göstərən QHT-lər var. Bir qədər təəssüflənirəm ki, onların bir çoxu fəaliyyətsiz olaraq qalır. Əgər bu birliklər nizamnamə öhdəliklərini yerinə yetirsələr dövlətə böyük dəstək vermiş olarlar. Bu gün dövlət tərəfindən deyərdim ki, bütün QHT-lərə diqqət göstərilir, onların inkişafına münbit şərait yaradılır. Düşünürəm ki, bu imkandan yararlanmaq, cəmiyyətin mənəvi həyatının inkişafı naminə maraqlı və faydalı ideyalarla çıxış etmək lazımdır. Bu mənada rəhbərlik etdiyimUğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ona yaradılmış imkanlardan maksimum yararlanmağa və gənclərimizin inkişafı üçün mühüm ideyalarla çıxış etməyə maraqlıdır.

- Ölkənin ümumi inkişafında milli-mənəvi dəyərlərin hansı rolu var?

- gün dünya ölkələrində müxtəlif sahələrdə inkişafı müşahidə etmək olar. Bu inkişafı milli-mənəvi dəyərlərdən kənarda təsəvvür etmək olmaz. İnkişaf hansı səviyyədə olsa belə bu dəyərlə qorunmalıdır. Mənəvi dəyərlər insanın cəmiyyətdə münaqişələrdən kənar olmasına, inkişafına kömək edən bir normadır, deyərdim. Dünya ölkələri nə zamandan mövcuddursa, bu dəyərlər də mövcud olub. Dövlətin və millətin də gücü onun tarixi köklərinin möhkəm olmasından, mənəvi dəyərlərinin qorunub saxlanmasından asılıdır. Bu baxımdan ölkəmizin ümumi inkişafının təmin olunmasında təməl dəyərlər hesab olunan milli dəyərlərin qorunması çox vacib və əhəmiyyətlidir. Milli dəyərlər qorunmadan hər hansı inkişafdan söhbət gedə bilməz. Bilirsiniz, “milli dəyərləri dövlət qorumalıdır” fikrini əldə rəhbər tutmaq doğru deyil. Dövlət bu sahədə üzərinə düşən məsuliyyəti hər zaman yerinə yetirir. İnsanlar fərd olaraq bu dəyərlərin qorunmasında maraqlı olmalıdır. Bu maraq onlarda yaranışdan olmalıdır. Bu hiss insanlara lap kiçik yaşlarından aşılanmalıdır. “Vətənpərvərəm” deməklə vətənpərvərlik olmur, vətən qorunmur. Vətənpərvərlik insanın ruhunda, canında olmalıdır. Bu halda vətəndaş milli dəyərlərini qorumaq üçün canını fəda etməyə belə hazır olur.

- Sizcə, gənclərin əsasən hansı sahədə maariflənməsinə ehtiyac var?

-Bilirsiniz, bu gün gəncliyi çox ciddi şəkildə kənar mənfi təsirlərdən qorumaq lazımdır. Bu həyat yolunu hər birimiz keçirik. Gənclik dövründə insan daha emosional olur, hadisələrə tez reaksiya verir, baş verə biləcək nə varsa onun mənfi və müsbət xüsusiyyətlərinin fərqinə varmır. Bu da çox acı nəticələrə səbəb olur. Bunları nəzərə alaraq gəncləri qorumaq, sağlam ruhda böyüməsini təmin etmək hamımızın borcumuzdur. QHT olaraq bizlərin üzərinə bu sahədə çox ciddi məsuliyyət düşür. Biz, gənclərin maariflənməsində əsas vəzifələrimizi yerinə yetirməliyik. Birinci növbədə gənclərin daha fəal olması üçün ictimai proseslərə cəlb olunması daha məqsədəuyğun olardı. Düşünürəm ki, maarifçilik sadəcə bir seminarın, tədbirin keçirilməsi ilə məhdudlaşmamalıdır. Gənclər belə seminarları dinləməkdən bezir, yorulurheç bir şey əldə etmirlər. Çalışmaq lazımdır ki, gənclərin özlərini belə seminar, tədbir və konfransların təşkilinə cəlb edəsən. Sualınıza bir qədər konkret yanaşsaq demək olar ki, gənclərin ciddi şəkildə hüquqi, mədəni, iqtisadisosial maarifçiliyə ehtiyacı var.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr həyata keçirmisiniz?

-İndiyə qədər çox layihələr həyata keçirmişik. Onların hamısını sadalamaq mümkün deyil. Amma son dövrlərin layihələrindən bir-ikisinin adını çəkə bilərəm. Bilirsiniz ki, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin mühüm rolu olub. O, hər zaman çıxışlarında deyirdi ki, dünyada ən yaxşı təcrübəni ölkəmizə gətirə bilərsiniz, amma onu tətbiq edən zaman milli dəyərlərimizə zərər vurulmamalıdır. Bu dəyərlərin qorunması istiqamətində yaxşı nə varsa, onu tətbiq edin. Bütün bunları əsas götürərək 2011-ci ildə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsini həyata keçirmişik. Bu il Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin sosial problemlərinin həllinə yardım” layihəsini həyata keçirmişik. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin kiçik sahibkarlıq fəaliyyətinin təşkili üzrə maarifləndirilməsi” layihəsini həyata keçiririk.

Bilirsiniz ki, respublikamızın iqtisadiyyatı dünyadakı iqtisadi böhrana və işsizlərin sayının artmasına baxmayaraq inkişaf etməkdə və yeni yerləri açılmaqdadır. Bu sahədə dövlət proqramları uğurla icra olunmaqdadır. Hər il yeni yerləri açılmasına baxmayaraq, işsizlik problemi yenə də tamamilə aradan qaldırılmayıb. Bu isə onu göstərir ki, bu məsələyə artıq yeni yanaşma tələb olunur. Hökumətin həyata keçirdiyi iqtisadi siyasətlə yanaşı ictimai qurumların da bu sahəyə diqqət ayırması, bütövlükdə vətəndaş cəmiyyətinin səfərbər edilməsi və onun gücü ilə problemlərin aradan qaldırılması bu sahəyə ciddi töhfə verə bilər. Müşahidələr göstərir ki, təkcə güzəştli kreditlərin verilməsi, bu sahədə münbit mühitin formalaşdırılması hələ insanların bu kiçik biznesə gəlməsi üçün risk həddini keçməsinə kifayət etmir. Xüsusilə gənc nəslin sahibkarlığa cəlb edilməsi ilə bağlı proqramın həyata keçirilməməsi onlarda psixoloji baryerlərin daimi olaraq qalmasına və nəticədə bu sahəyə aid dərin biliklərin əldə edilməsi üçün cəhdlər etməməsinə gətirib çıxarır. Bu layihənin həyata keçirilməsi ilə ilk növbədə sahibkarlığa maraq göstərən, lakin işin mahiyyəti haqqında məlumatsızlıqdan psixoloji təzyiq altında bu sahəyə gəlməyən gənclərə geniş biliklər veriləcək. Eyni zamanda risk amilinin aradan qaldırılması üçün hüquqi, iqtisadi, vergi, maliyyə bilikləri veriləcək. Kiçik sahibkarlıqla məşğul olmaq üçün görüləcək işin mahiyyəti sənədlərlə işləmək qaydaları, vergi qeydiyyatının aparılması və s. izah ediləcək.

- Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?

-Maraqlı sualdır. Cəmiyyətdə insanların davranışını tənzimləyən iki norma var. Birincisi hüquq norması, ikincisi isə əxlaq normaları. Hüquq normaları rəsmidir, məcburidir. Bu normanın tələblərinin icra olunmaması məsuliyyət yaradır. Əxlaq normaları isə insanların şüurunda və təsəvvüründədir. Onun icra olunmaması heç bir məsuliyyət yaratmır. Əxlaq normaları məcburi olmasa da həm gənclər, həm də digər təbəqənin nümayəndələri gündəlik davranışlarında ona əməl etməlidir. Bunun özü məhz milli dəyərlərimizin qorunması deməkdir. Buna əməl etməyənlər ictimai qınaqla üzləşirlər. Düşünürəm ki, son dövrlərdə bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinə zərurət yaranıb.

- Bəs, qloballaşma gənclərin milli şüuruna necə təsir edib?

-Mədəni qloballaşma üçün dünyanın müxtəlif ölkələri arasında işgüzar istehlak mədəniyyətinin yaxınlaşması beynəlxalq ünsiyyətin artması vacibdir. Bu, bütün dünyada milli mədəniyyətlərin ayrı-ayrı növlərinin mövcud olmasını nümayiş etdirir. Hər yerdə yayılmış internet mədəni qloballaşmada böyük rol oynayır. Bundan başqa, beynəlxalq turizm ildən-ilə daha da genişlənir. Təbii ki, gənclər bu prosesdən kənarda qala bilməzlər. Bəlkə deyərdim ki, qloballaşmada daha çox təsirə məruz qalan gənclərdir. Baxır bu təsir mənfi, yoxsa müsbətdir. Hər halda mənfi təsirlərdən gənclərin qorunması lazımdır. Mən bunun müsbət təsirinin tərəfindəyəm.

- Bildiyimiz kimi bu gün Azərbaycan dünyada həm tolerant ölkə kimi tanınır. Azərbaycandakı tolerantlıq ənənələrini milli-mənəvi dəyərimiz hesab etmək olarmı?

-Tolerantlıq dini milli dözümlülüyü ifadə edir. Yəni digər inanc əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları vicdan məsələləri ilə əlaqəlidir. İnsan hüquq azadlıqlarının təmin olunmadığı, fikir söz azadlığının olmadığı cəmiyyətdə heç zaman tolerantlıqdan söhbət gedə bilməz. Ölkəmizdə insan hüquq azadlıqları qorunduğu, söz fikir azadlığına geniş meydan verildiyi üçün təbii ki, tolerantlıqdan danışmağa haqqımız çatır. Sadaladığım amillərin mövcudluğu məhz milli dəyərlərin mövcudluğudur. Bir sözlə, tolerantlıq milli dəyərlərə ümumbəşəri dəyərlərə bağlı bir məsələdir.

- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

-Milli-mənəvi dəyərlərin qorunması üçün təkcə QHT-lər deyil, kütləvi informasiya vasitələri, orta təhsil məktəbləri təbliğat xarakterli maarifçilik tədbirləri keçirməlidirlər. Bu gün televiziyalar ucuz tamaşaçı auditoriyası yığmaq üçün əyləncələrə üstünlük verməməli, milli dəyərlərimizin qorunmasına aid verilişlər hazırlamalıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-12 oktyabr.-S.11.