“Azərbaycan incəsənətinə yeni tarix yazmaq istəyirik”

 

Zülfiyyə İbrahimova: “Mən hər zaman tələbələrimə

deyirəm ki, əgər siz milli, klassik,estrada-simfonik,simfonik

əsərlərimizi dinləməsəniz, bu incəsənətimizə böyük

zərbə olar. Çünki, siz bizim xalqımızın gələcəyisiniz.

Sizin savadınız bizim gələcək mədəniyyətimizin açarıdır

 

Müsahibimiz Azərbaycan Dövlət Televiziyası Radiosunun Ə. Cavanşirov adınaBənövşəuşaq Xorunun bədii rəhbəri baş dirijoru Zülfiyyə İbrahimovadır:

 

- Zülfiyyə xanım, siz Əfsər Cavanşirovdan sonra illərdir bu xora rəhbərlik edirsiniz. BənövşəUşaq Xorunun bugünkü fəaliyyəti Əfsər Cavanşirovla olan xatirələriniz barədə deyə bilərsiniz?

- İlk öncə xatirələrimdən danışmaq istəyirəm. Mən 2000-ci ildəBənövşəUşaq Xorunda köməkçi xormeyster kimi işə başladım. Əfsər müəllim məni evinə dəvət edərək, ritmik xüsusiyyətimi yoxlayıb, mənim dirijorluq bacarığımı nəzərdən keçirdi məni xorun məşqinə dəvət etdi. Məşqin sonunda isə mənə dedi ki, sənədlərimi hazırlayım. Əsas o idi ki, Əfsər müəllim dirijorluq istedadına baxmırdı. Əlbəttə, musiqiçi olmalısan, musiqini eşitməlisən. AmmaBənövşəUşaq Xorunda daha çox uşaqları sevməlisən. Çünki, Əfsər müəllim özü uşaqları çox sevirdi. O, hər hansı bir əsəri işləməzdən əvvəl uşaqlarla ünsiyyət qururdu, onlarla əsər haqqında danışırdı. Hər bir xırdalıqların üzərində işlədikdən sonra əsəri başa salırdı. Mən 2005-ci ilə qədər Əfsər müəllimin köməkçisi kimi çalışdım. Birlikdə çalışdığımız illər ərzindəBənövşəUşaq Xorunda Əfsər müəllimdən çox şey öyrəndim. Teoriyanı bilsəm , praktika mənə daha çox kömək etdi. Mənim fikrimcə, Əfsər müəllim Azərbaycanda uşaqlar üçün çoxsəsliliyi yaxşı duyan səs diapazonlarına uyğun olaraq yazan bəstəkar idi. Əfsər müəllimin yazdığı əsərlər tam xor üçündür. Əfsər müəllim əsərləri elə bir vəziyyətdə yazırdı ki, onu çoxsəsli ifa edərkən, heç bir səs bir-birinə mane olmurdu hər bir səsin öz melodik həddi var idi. Bəzi bəstəkarlar çox qəliz yazırlar uşaqlar mahnını ifa edərkən çətinlik çəkirlər. Amma Əfsər müəllimin üçsəsli əsərində üç səsin hər birinin öz melodik həddi var idi. Uşaqlar da o mahnını ifa edəndə heç bir çətinlik çəkmirdilər. 2005-ci ildə Əfsər müəllim vəfat etdikdən sonra, 2006-cı ildən bədii rəhbər vəzifəsində çalışıram. Bu illər ərzində uşaqlara Azərbaycan musiqisini, xalq, Avropa, caz musiqisini dinləməyi tövsiyə edirəm. Çünki, hər bir musiqinin öz gözəlliyi var. Musiqiçi hərtərəfli inkişaf etməlidir. Məsələn, muğam ifaçısı təkcə muğamı bilməməlidir. Çalışıram ki, musiqinin bütün növlərini öyrənim. Çünki, öyrəndikcə görürsən ki, hələ heç bilmirsən. Ona görə uşaqlara oxumaqla bərabər mütaliə etmək lazımdır. Hər zaman çalışırıq ki, çoxsəsliliyə doğru gedək. İstərdim ki, “BənövşəUşaq Xoru hər hansı bir ölkəyə qastrol səfərə gedib, Azərbaycanı tərənnüm etsin. Uşaqlar qastrol səfərlərdə Azərbaycanın hüdudlarında çıxış etsələr, çoxsəsliliyi səsləndirsələr, inanıram ki, ucqar rayonlarda da belə əsərləri dinləyərlər. Çünki bu gün zövqü inkişaf etdirən musiqilər arxa planda qalıb. İndi efirlərdə daha çox bayağı mahnılara üstünlük verilir. Klassik bəstəkar əsərləri daha az səsləndirilir. Lakin son illərdə Azərbaycan Televiziyasının nəzdnində fəaliyyət göstərən musiqi kollektivləri yüksək səviyyə prosesidir. Estrada şöbəsində inkişaf gedir, klassik əsərlərə müraciət olunur. İndi Azərbaycan Dövlət Televiziyasında inkişaf var. Əlbəttə ki, bu yaxşı cəhətdir. Mən hər zaman tələbələrimə deyirəm ki, əgər siz milli, klassik, estrada-simfonik, simfonik əsərlərimizi dinləməsəniz, bu incəsənətimizə böyük zərbə olar. Çünki, sizlər bizim xalqımızın gələcəyisiniz. Sizin savadınız bizim gələcək mədəniyyətimizin açarıdır.

BənövşəUşaq Xoruna yeni bir status verilib: “BənövşəUşaq Teatrı. Bizim direktorumuz Ramil Qasımov çox çalışır ki, həm teatr, həm xor olaraq vokal inkişaf etdirilsin. Ramil Qasımov 3-4 yaşında olan uşaqları belə bizim kollektivə cəlb etməyə çalışır qəbul edir. Çünki, Azərbaycan Televiziyası ilk kanaldır ki, bu günə qədərBənövşəUşaq Xorunu saxlayıb inkişaf etməsinə kömək edib.

Hal-hazırda bizim xora qəbul üçün müsabiqə elan olunub. Köməkçilərimiz məktəbləri gəzərək, istedadlı uşaqları axtarır, onları xora cəlb edirlər. Artıq internetdə elanlarımız yerləşdirilib. Bizdə nəinki xor, hətta uşaq tamaşaları qoyulacaq. Muzikallar yazmaq gücündə olan bəstəkarları cəlb edirik. Burada xorla bərabər vokal şöbəsi, aktyorluq şöbəsi olacaq. Çünki, bura rejissorlar dəvət olunub. Namiq Ağayev çox gözəl rejissordur. Böyük bir prosesi gözlənilir. Əlbəttə ki, bu şəraiti bizə Ramil Qasımov yaradır. Bu Azərbaycanda görülməyən bir proyekt olacaq. Bu barədə film çəkib, başqa dillərə tərcümə edib xarici ölkələrə satmaq istəyirlər. Qısaca, Azərbaycan incəsənətinə yeni tarix yazmaq istəyirik.

- Bir pedaqoq kimi sizcə, indiki uşaqların xora cəlb olunmaları asandır, yoxsa çətin?

- Çətin olduğunu deyə bilmərəm. Amma asan da deyil. İndiki dövrdə uşaqlar üçün məktəbdənxaric bir işlə məşğul olmaq onlara ağırlıq edir. Çünki məktəb proqramları çox çətinləşib. Bizim həftədə üç dəfə məşq prosesindən əlavə, efir səsyazma vaxtlarımız var. Uşaq da dərslərini hazırlamalıdır. Bu da təbii ki, vaxt aparır uşaqlarda çətinlik yaradır. Amma desəm ki, indi uşaqlar xora gəlmək istəmir, bu yalan olar. Başqa xor kollektivlərini deyə bilmərəm, amma, “BənövşəUşaq Xoruna gələn uşaqlar buradan getmək istəmirlər. Çünki, bizdə uşaqlar özlərini çox rahat hiss edirlər. Bəzən oxuya bilməyən uşaqlar da gəlib, xoru dinləyirlər. Amma bir neçə ildən sonra o da oxumağa başlayır. Çünki, onda inkişaf gedib. Mən həmişə deyirəm ki, müğənninin birinci qulaqları, sonra ağzı işləməlidir. ArtıqBənövşəUşaq Xorunda oxuyan uşaqların çoxu indi İncəsənət Universitetində, Asəf Zeynallı adına musiqi kollecində, konservatoriyada oxuyurlar, estrada muğam müsabiqələrində iştirak edirlər.

BənövşəUşaq Xoruna gələn uşaqlar çoxdur. Sadəcə zaman azlığı dərs proqramının ağırlığı onlarda çətinlik yaradır. Bəzən dərs yükünün ağırlığından məşqlərə gələ bilmirlər. Elə uşaqlar var ki, gəlmək istəyirlər, amma valideynlərin vaxtı olmadığı üçün gətirə bilmirlər. Elə valideynlər var ki, tənbəllik edib gətirmirlər.

- “Bənövşəkollektivinin bu günə qədər keçdiyi həyat yolu, Əfsər Cavanşirovun etdikləri sizin edəcəyiniz işlər mədəniyyətimizə hansı töhfələr verəcək?

- Teymur Elçin, Əfsər müəllimi yanına çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif etdi. Əfsər müəllim buna razılıq verdi və 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdnində “Bənövşə” Uşaq Xoru yaradıldı. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov oldu.

“Bənövşə” Uşaq Xorunun fəaliyyəti göz qabağındadır. “Bənövşə” Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv lazım idi. Bununla da “Bənövşə” Uşaq Xoru yaradıldı. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi və bu günə qədər də səslənir. “Bənövşə” Uşaq Xorunda bir çox istedadlı insanlar, gözəl müğənnilər, müəllimlər, bəstəkarlar yetişdi. Bəlkə də gələcəyini musiqi ilə davam etməsələr də “Bənövşə” Uşaq Xoru mənəvi qida kimi onların həyatında böyük bir rol oynadı.

Əfsər müəllim çox böyük işlər görüb. Heç bir kollektiv bu qədər ömür sürməyib. Elə kollektivlər var ki, yaranır və bir müddət sonra dağılır. Bunun səbəbi maddi çətinlik və professional olmamalarından irəli gəlir. Amma “Bənövşə” Uşaq Xorunun bu günə qədər fəaliyyət göstərməyinin əsas səbəbi isə həm dövlətin dəstəyi, həm də Azərbaycan Dövlət Televiziyasının nəzdnində olmasıdır. Çünki, heç bir kanalda uzun müddət fəaliyyət göstərən uşaq kollektivi yoxdur. Bu fakdır. Bundan sonra bizim edəcəyimiz dəyişikliklər işimizin inkişafından irəli gəlir. Dövrlə ayaqlaşaraq dayanmadan hərəkət etmək lazımdır. Əsas dövrün ən yaxşı cəhətlərini görüb işləyirik. İndi bütün tamaşaçılar dəyişiklik görmək istəyir.

- Bu il Ə. Cavanşirov adına “Bənövşə” Uşaq Xorunun 55 illik yubileyidir. Bu yubiley barədə hansısa tədbirlər görülür?

- Bəli. Artıq 55 ildir ki, “Bənövşə” uşaq xoru fəaliyyət göstərir. Yubiley gecəsi hələ keçirilməyib. Qeyd etdiyim kimi uşaqların qəbul prosesi gedir. Yeni uşaqlara da yubiley gecəsini keçirmək olmaz. Çünki, bu canlı ifadır və xora ilk dəfə gələn uşağı xor kollektivinə alışdırmaq lazımdır. Buna da ən azı 5-6 ay zaman çərçivəsi lazımdır ki, çox səsliliyi eşidərək ifa etməyi bacarsınlar. Kollektivimizdə böyük dəyişikliklər gedir. Nəzərdə tutulan proektlər bütünlükdə həyata keçmiş olsa, yubileyə daha gözəl hazır olacayıq.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-15 oktyabr.-S.13.