Xaricdə oxuyan tələbələr
Azərbaycanın gənc səfirləridir
Hazırda
təhsil sahəsində aparılan islahatların yaxın gələcəkdə
müsbət nəticələrə gətirib
çıxaracağını deyən ölkə
başçısı bildirib ki, bu günə qədər
müəyyən işlər görülüb: “Ancaq hesab
edirəm bugünkü Azərbaycanın inkişaf
dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə
ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz
buna nail
olacağıq. Çünki Azərbaycan
xalqının çox böyük
potensialı var”. Ölkə
başçısı bildirib ki, təhsilin keyfiyyəti
hüdudları olmayan bir
prosesdir:
“Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər bu məsələyə daim diqqət yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib ki, təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Bu bir faktdır ki, ölkədə təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Hətta ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, həmin ölkələrdə diaspor nümayəndəsi kimi də ölkəmizi təmsil edirlər. Müsahibimiz həmin gənclərdən biri Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Rəşad Bədirlidir:
- Yeni tədris ili Doğu Akdeniz Universitetində sentyabr ayının 30-da başladı. Builki tədris ilinin çox uğurlu olacağını düşünürük. İlk olaraq qeyd edim ki, Doğu Akdeniz Universitetində Azərbaycan Tələbə Cəmiyyəti fəaliyyət göstərir. Biz Azərbaycan Tələbə Cəmiyyəti olaraq builki tədris ilinin uğurlu başlanğıcı üçün fəal addimlar atdıq və atırıq. Məsələn, universitetimizin tələbələrə açılış üçün keçirdiyi “Xoş gəldin” gecəsində Azərbaycan Tələbə Cəmiyyəti olaraq öz milli, Azərbaycan rəqsimizi nümayiş etdirdik. Beləliklə, universitetin açılışı bu rəqslə başladı. Bu rəqs dünyanın 70 ölkəsindən gələn tələbələrin yaddaşlarından silinməyəcək bir iz buraxdı. Yeni gələn uşaqlar ilk öncə universitet tərəfindən bütün şəhərlərin, tarixi yerlərin gəzintisinə çıxdılar. Ölkənin mədəniyyəti ilə tanış oldular. Bu onlara ilk öncə çox gözəl təsir bağışladı. Universitetin işçi və müəllim heyyəti onları sevinclə, gülər üzlə qarşılaması tələbələri daha da qürurlandırdı.
- Bakıdan
hansı təəssüratla dönmüsən? Yeni tədris ilində hansı tədbirləri,
bayramları və gecələri keçirməyi
planlaşdırırsınız?
- Bakıdan çox gözəl təəssüratlarla döndüm. Paytaxtımız günü-gündən o qədər gözəlləşir k,i ona aşiq olmamaq mümkün deyil. Bakıdan ayrılmaq mənə çox çətin oldu. Amma universitet həyatı tam başqadır. Xaricdə oxuyan tələbələr Azərbaycanın səfirləridirlər. Mən həqiqətən çox darıxmışdım.
Yeni tədris ili üçün tədbirlərimiz çoxdur. İlk öncə 18 Oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı gözəl bir gecə keçirəcəyik. Hər il olduğu kimi Kiprdə Azərbaycanın bayramlarını, agrılı acılı günlərini vaxtında qeyd edirik. Hətta şəhərlərdə yürüşlər belə təşkil edirik. Bu yürüşlərə azərbaycanlılarla yanaşı, Türkiyə və Kipr türkləri də qatılır.
- Oradakı gənclərə
Azərbaycanla bağlı hansı məlumatları verirsiniz? Bu il onları Bakıya dəvət edəcəksinizmi?
- Buradakı gənclərə Azərbaycanın bö yük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk, qonaqpərvər bir millət olduğunuzu çatdırırıq. Qazandığımız uğurlarımız və ağrılı yerimiz olan Qarabağımız və ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə məlumat veririk. Bundan başqa hər il olduğu kimi bu il də gəncləri Azərbaycana dəvət edirik ki, gəlib ölkəmizin necə gözəl olduğunu və necə bir qonaqpərvər millət olduğumuzu görsünlər.
- Keçirdiyiniz
tədbirlər diasporumuzun fəaliyyətində
hansı rolu oynaya bilər?
- Azərbaycan Tələbə Cəmiyyəti olaraq keçirdiyimiz tədbirlər və bayramlar diasporumuzun fəaliyyətində çox önəmli addımlardan biridir. Çünki əsas olan odur ki, biz gənc səfirlərin vəzifəsi Azərbaycanı dünyaya tanıtmaqdır. Biz bu yolla, bu iradə ilə yolumuza davam edirik. Bu, diaspor fəaliyyətində önəmli məqamlardan biridir.
- Artıq bir neçə ildir ki, xaricdə təhsil alırsınız. Xaricdə təhsilin önəmli cəhətləri nələrdir ?
- Mən deyərdim ki,
xaricdə təhsil almaq çox
önəmli bir uğurdur.
Təbii ki, əyani şəkildə təhsil
almaq. Həm də onəmli bir vəzifə və məsuliyyətdir. Kiprə
gəlməmişdən son 3 gün qabaq mən ASAİF-in XI-ci yay forumunda iştirak
edirdim. Forumda təhsil nazirimiz Mikayıl Cabbarovun dediyi kimi dövlət hesabına və öz hesabına təhsil almağın heç bir fərqi yoxdur. Əsas olan odur ki,
bayrağımızı layiqincə yüksəklərdə
tutmaları və aldıqları təhsili öz
ölkəmizdə tətbiq etməkləridir. Mən artiq üç ildir ki, Şimali
Kiprdə təhsil alıram. Burada hara getsəm Azərbaycan bayrağını,
hansı rəsmi yerlərə getsəm Azərbaycan suvenirlərini
gördükdə insan çox
sevinir, insana çox xoş gəlir.
Hansı küçədən keçirsən, ən
azından bir eyvanda Azərbaycan
bayrağının asılı olduğunu
görürük. Bu,
çox qürurvericidir.
Nigar Abdullayeva
Palitra.-2013.-18 oktyabr.-S.10.