I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 41 ölkədən 250 film təqdim olunub

 

Fariz Əhmədov: “Turizm filmləri ölkənin turizm imkanlarının, mədəniyyətinin, tarixinin, abidələrinin tanıdılmasına xidmət edir

Layihə çərçivəsində müsahibimiz Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru Fariz Əhmədovdur:

 

Noyabrın 20-dən 24-dək Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festival turizmin müxtəlif sahələrinə həsr olunan, daxili beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, bu istiqamətdə çəkilmiş ən yaxşı ekran işlərini aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirmək məqsədi daşıyır. Festivalın icraçı direktoru Fariz Əhmədovla söhbətimizdə hazırlıq işlərinin gedişi, turizm filmlərinin ölkənin turizm potensialının təbliğində rolu s. məsələlərlə bağlı danışdıq. Müsahibimiz öncə festival haqqında məlumat verdi:

- Festivala filmlərin qəbulu başa çatıb, 41 ölkədən 250 film təqdim olunub. Festivalın proqramı hazırlanır. Yaxın 10 gün ərzində festivalda hansı filmlərin iştirak edəcəyi, mükafatlandırmanın zaman olacağı s. məsələlər müəyyənləşəcək. Filmlər kinematoqrafçılar, media, səyahət turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Daxili dünya turizmini ən peşəkar şəkildə əks etdirən ekran işləri mükafatlandırılacaq. Mükafatlandırma 7 nominasiya üzrə keçiriləcək. Hər nominasiyada 3 mükafat verilir birinci mükafat 2 min avro təşkil edir. Festivalın Qran Pri mükafatı isə 4 min avrodur. Festivalın rəsmi dilləri Azərbaycan, rus ingilis dilləridir. Digər dillərdə olan filmlər üçün bu üç dildən birində tərcümə olunmuş subtitr vərəqəsi göndərilib. Festivalın “www.bitff.az” adlı saytı fəaliyyət göstərir. Burada festival haqqında lazım olan bütün məlumatları əldə etmək mümkündür. Tədbirin rəsmi sponsoru «Garant Holding», sponsoru «Nar Mobile», rəsmi tərəfdaş «JW Marriot Absheron Baku Hotel»dir, informasiya dəstəyini İctimai TV, APA agentliyi “day.az” saytı verir.

- Nominasiyalar barədə bir qədər ətraflı məlumat verərdiniz...

- Qeyd etdiyim kimi, festival 7 nominasiyada keçirilir. Birinci nominasiyaÖlkə, region, şəhəradlanır. Burada roliklər, təqdimat filmləri s. nəzərdə tutulur. Bu filmlərdə ölkənin təqdimatı əks olunmalıdır. İkinci nominasiyaMədəniyyət, ənənə”dir. Ölkələrin mədəniyyəti, ənənələri, kulinariyası bu bölmədə nümayiş etdirilir. Bu bölmədə həm sənədli, həm təqdimat filmləri, həm roliklər olacaq. Üçüncü nominasiyamızEkstremal turizmadlanır. Azərbaycanda turizmin bu növünün inkişafı üçün geniş potensial var. Buraya dağçılıq, sualtı turizm s. istiqamətlər aiddir. 4-cü nominasiyamız ekoloji turizmlə bağlıdır. Burda da ekologiyanın qorunması, turist səfərləri zamanı təbiətə ziyan vurulmaması s. mövzularda sənədli təqdimat filmləri nümayiş olunacaq. TV məhsullar (filmlər, videoçarxlar) bölməsində isə bütün nominasiyalar üzrə filmlər öz əksini tapır. Altıncı bölmə reklam filmləridir. Burda hotellərin, istirahət mərkəzlərinin, ümumiyyətlə, turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin reklamından bəhs edilir. Nəhayət, 7-ci nominasiyaMilli mükafat” (milli filmlər) adlanır. Bu mükafat Azərbaycanın turizm potensialını, adət-ənənələrini təbliğ edən filmlərə veriləcək.

- Nominasiyalardan görünür ki, festivala təqdim olunan ekran işləri əsasən sənədli filmlər, reklam rolikləridir. Bəs bədii filmlər vasitəsilə ölkə turizminin reklamına nail olmaq mümkündürmü? Ümumiyyətlə, turizm filmləri ölkənin turizminin tanıdılmasında hansı rolu oynaya bilər?

- Turizm filmləri ölkənin turizm imkanlarının, mədəniyyətinin, tarixinin, abidələrinin s. tanıdılmasına xidmət etməlidir. Təbii ki, bədii filmlərlə bunu etmək olar. Amma informasiya, dolğun nümayiş sənədli filmlərdə daha çox mümkün olduğu üçün biz onları festivalın proqramına salmışıq. Bu baxımdan turizm filmləri deyiləndə əksər hallarda sənədli, təqdimat, reklam çarxları nəzərdə tutulur. O ki qaldı turizm filmlərinin əhəmiyyətinə, bu filmlər maliyyə baxımından baha başa gəlir. Çünki turizm dedikdə təkcə bir rayondan yaxud şəhərdən söhbət getmir. Bu filmlərin çəkilişlərinə uzun vaxt sərf olunur. Son nəticədə ölkəni təqdim edə bilən 3, 5, 20 dəqiqəlik film yaranır. Bu baxımdan festivala təqdim olunan filmlər arasında olduqca rəngarəng işlər yer alıb. Azərbaycanın turizm potensialını, adət-ənənələrimizi təbliğ edən filmlər var.

-Müxtəlif ölkələrdə keçirilən bu tipli festivallarla əməkdaşlığınız varmı?

- Dünyada 25-ə yaxın turizm filmləri festivalı keçirilir. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı da qərargahı Vyanada yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Konfederasiyasının rəhbərliyi altında gerçəkləşəcək. Bu təşkilatla yaxından əməkdaşlıq edirik. Festival eyni zamanda bizim üçün bir sınaqdır. Biz öz imkanlarımızı göstərdikdən sonra gələn il bu təşkilatın üzvü ola bilərik. Noyabrın 9-da Vyanada konfederasiyanın iclası olacaq biz orada Bakı Beynəlxalq Turizm Filmləri Festivalının təqdimatını keçirəcəyik. Konfederasiyanın sədri Aleksandr Kemov artıq iki dəfə Bakıya gəlib, festivalın hazırlıq işlərinin səviyyəsi ilə tanış olub. Festivalın proqramı da bu təşkilatın mütəxəssisləri tərəfindən müəyyənləşdirilib.

Bundan əlavə, dünyada keçirilən turizm filmləri festivallarının direktorları da Bakıda olacaqlar. Onlar da festivalı izləmək istəyirlər. Çünki Azərbaycanda keçiriləcək turizm filmləri festivalı postsovet ölkələri və qonşu Türkiyə və İran da daxil olmaqla regionda bu qəbildən yeganə beynəlxalq səviyyəli tədbirdir. Festival direktorları eyni zamanda buradan da müxtəlif filmlər seçib aparacaqlar. Bu, Bakıda keçirilən ilk festival olduğuna görə maraq da böyükdür. ABŞ, Kuba, Serbiya, Böyük Britaniya, Fransa s. ölkələrdən festivala filmlər göndəriblər. Bizim festival dünyada yeganə festivaldır ki, qaliblərə pul mükafatı verir.

- Azərbaycan indiyə qədər digər ölkələrdə keçirilən turizm filmləri festivalının iştirakçısı olubmu?

- Müxtəlif festivallarda filmlərimiz nümayiş olunub. Məsələn, bu yaxınlarda Serbiyada keçirilən turizm filmləri festivalında Seyran Bədəlovun «Neft adamı» filmi iştirak edirdi mükafata layiq görüldü. Bundan əlavə, Xorvatiyanın paytaxtı Zaqrebdə, Polşada, Serbiyada, bugünlərdə Çexiyanın Karlovı Varı şəhərində turizm filmləri festivalında iştirak etmişik. İl ərzində ölkəmiz 6-7 belə festivalda təmsil olunur. Bu tədbirlərdə eyni zamanda Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri iştirak edir. Əksər festivalların rəhbərlikləri ilə əlaqələr qurmuşuq bu istiqamətdə işlər davam edir.

-Ölkəmizdən festivala neçə film təqdim olunub? Onlar hansı nominasiyaları əhatə edir? Ümumiyyətlə, turizm müəssisələrimiz festivalla maraqlanırmı?

- 25-ə yaxın yerli istehsal olan film təqdim olunub. Bunlar müxtəlif prodakşn, studiya televiziyalar tərəfindən çəkilmiş filmlərdir. Demək olar ki, hər nominasiyada Azərbaycanı təmsil edən film olacaq.

Festivala turizmlə bağlı müxtəlif təşkilatlar cəlb olunub. Azərbaycan Turizm İnstitutunun tələbələri volontyor kimi bizə kömək edəcəklər. Müxtəlif hotellər, turizm şirkətləri qonaqların qarşılanması, yerləşdirilməsi ilə bağlı xidmətlərini təklif edirlər. Biz çalışırıq qonaqlarımızı yaxşı hotellərdə yerləşdirək. Çünki buraya sırf turizm fəaliyyəti ilə məşğul olan qurumların nümayəndələri gələcək. Bizim turizm müəssisələri ilə əməkdaşlığımız təbii ki, daha da genişlənəcək.

Bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, festival çərçivəsində Mədəniyyət Turizm Nazirliyi I Bakı «Odlar yurdu» (“Land of fire”) fotomüsabiqəsini elan edib. Fotomüsabiqə Azərbaycan turizminin nümayişinə həsr olunur. Müsabiqəyə ölkənin təbiət mənzərələrini, adət-ənənələrini, zəngin tarixini, abidə tikililərini əks etdirən fotolar qəbul olunur. Məqsəd Azərbaycanın turizm potensialına, tarixi-mədəni irsinə diqqət cəlb etməkdir.

 

Nigar Abdullayeva

Palitra.-2013.-18 oktyabr.-s.11.