Qum heykəltəraşlığı
üzrə açıq festival
Prezident
yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə
ölkəmizdə ikinci dəfə qum heykəltəraşlığı
və qraffiti üzrə açıq festival başlayır.
Layihənin rəhbəri, Gənclər Fondunun 3-cü qrant müsabiqəsinin qalibi İsmayıl İsmayılov bildirib ki, festivalın məqsədi ölkəmizdə bu sahə üzrə təhsil alan xarici tələbələrin və Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına yardım etmək, digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən peşəkar heykəltəraş və rəssamlarla əlaqələrin yaradılması və möhkəmləndirilməsidir.
İkinci dəfə keçirilən festivala Rusiyadan, İrandan və Türkiyədən olan və Azərbaycanda təhsil alan gənclər də cəlb ediliblər.
Layihə oktyabrın 19-dək Şıx çimərliyindəki “Dostluq” istirahət mərkəzində həyata keçiriləcək. Festivalda 3 gün ərzində qumdan heykəllər hazırlanacaq, həmçinin festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qraffitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər. Sonuncu gün isə hər iki nominasiya üzrə festival qalibləri müəyyən olunacaq.
Festival sona
çatdıqdan sonra
iştirakçılara sertifikatlar, qaliblərə
mükafatlar təqdim olunacaq,
nəticə olaraq buklet
və qısametrajlı film
hazırlanacaq.
Palitra.-2013.-18 oktyabr.-S.16.