Masallıda sosial-mədəni infrastruktur gücləndirilir
Layihə çərçivəsində
Masallı rayonundakı ictimai-siyasi, eləcə
də sosial-mədəni proseslər barəsində Masallı
Rayon İcra Hakimiyyətindən
məlumat aldıq. Beləliklə, son doqquz ay rayonun
sosial-iqtisadi inkişaf
göstəricilərinə görə uğurlu
olub.
Xüsusilə də ölkə başçısının Masallıya səfəri rayon əhalisinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olub. Prezident rayonda bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak edib : “Belə ki, 4 sentyabr 2013-cü il Prezident İlham Əliyev Masallı rayonunda səfərdə olub və bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak edib. Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi, YAP Masallı rayon təşkilatının inzibati binası, Taekvondo və Boks mərkəzləri cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilib. Yenidən qurulan Heydər Əliyev parkına, Heydər Əliyev meydanına və Qəhrəmanlar parkına baxış keçirilib. Ölkə başçısı Masallıda olarkən rayonda aparılan digər quruculuq işləri ilə tanış olmuş və razılığını bildirib. Təsadüfi deyil ki, rayon ictimaiyyəti ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülüb. Masallı Tarix Diyarşünaslıq Müzeyinin və Uşaq İncəsənət Məktəbinin tikintisi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və uzunluğu 23.8 km olan kəndarası yolların çəkilməsi məqsədilə ümumilikdə 10.7 milyon manat vəsait ayrılıb. Bu, Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. Bütün masallılar bu qayğıya görə Prezidentə dərin təşəkkürlərini bildirirlər. 2013-cü ilin ilk doqquz ayında Masallı şəhərində geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin Füzuli, Z.Əliyeva, Azərbaycan, Qarabağ, Dadva küçələri tamamilə yenidən qurulub, səkilər, müasir işıqlandırma sistemi çəkilib və asfalt vurulub. Eyni zamanda H.Əliyev prospekti və Qarabağ küçəsində yerləşən on bir çoxmərtəbəli binanın dam örtüyü və fasadı əsaslı təmir edilib. Rayonun giriş və çıxış qapılarının tikintisi başa çatdırılıb, Boradigah İdman Kompleksi tikilərək istifadəyə hazır vəziyyətə gətirilib”.
Rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi son doqquz ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 % artaraq 190 milyon 412 min manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz artaraq 24 milyon 490 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 4.8 faiz artaraq 75 milyon 845 min manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3.7 faiz artaraq 48 milyon 960 min manat olub. Doqquz ay ərzində adambaşına düşən pul gəlirləri 1453 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 344.2 manat olub. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilib. Yarmarkaya 105.3 ton tərəvəz, 92.2 ton kartof, 3.2 ton ət, 6.1 ton balqabaq, 2.1 ton süd və süd məhsulları, 62.000 ədəd yumurta göndərilib. Son on il ərzində sahibkarlığa Kömək Milli Fondu tərəfindən Masallı rayonunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə 275 lahiyə üzrə 14 milyon 388 min manat güzəştli kredit verilib ki, nəticədə 1954 yeni iş yeri yaradılıb. 2013-cü ilin ötən dövrü ərzində rayon sahibkarlarına 42 layihə üzrə 2 milyon 28 min manat güzəştli kredit verilib ki, bunun da əsasında 245 yeni iş yeri yaradılıb. Masallı rayonunda kənd təsərrüfatının, xüsusilə də çayçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanıb. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Artıq bu istiqamətdə 14 km uzunluğunda yolun çəkilişinə başlanılıb. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər. Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi ilə yanaşı rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi qarşıda duran vacib vəzifələrdəndir.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayonun Köçəkli, Həsənli, Kürdəbaz, Təklə, Sığıncaq, Səmidxan, Alışanlı, Xallıcallı, Qədirli, Sərçuvar, Xıl, Məmmədxanlı, Hacıtəpə, Təzəkənd kəndləri ərazisindəki suvarma kanallarında ümumilikdə 138000 m3 həcmində və 61 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparılmış və 18 ədəd müxtəlif növ hidrotexniki qurğular təmir edilib.
Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 50 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 10 ha sahə kollardan təmizlənib. Mövsüm ərzində 18389 ağac və gül kolları əkilib.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılıb. Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən doqquz ay ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3385.5 min manata qarşı 3004.8 min manat və ya 88.6%, qeyri-büdcə təşkilatları üzrə 944.8 min manata qarşı 834.2 min manat və ya 88.3%, fiziki şəxslər üzrə 584.4 min manata qarşı 455.7 min manat və ya 105.5% yerinə yetirilib.
Şöbədə hazırda 26 min 740 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 830 nəfərə əmək pensiyası təyin olunub. 2013-cü ilin 9 ayı ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 3481 ailə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edib, onlardan 3350 ailəyə ünvanlı dövlət sosial yardım təyinatı aparılıb. Yardım təyinatı aparılmış ailələrə aylıq 507 min 745 manat vəsait ödənilib. Həmçinin 2013-cü ilin 9 ayı ərzində 6530 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılıb və onlara 461598.11 manat vəsait ödənilib: “Prezidentin tapşırığı ilə bütün regionlarda olduğu kimi Masallı rayonunda da kənd yollarının tikintisinə də böyük diqqət göstərilib. Belə ki, hazırda Masallı rayonu ərazisində ümumi uzunluğu 23.8 km olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən, və Sərçuvar-Sirəbil kənd yolları artıq istifadəyə verilib. Qodman-Qəriblər yolunun çəkilməsi işləri artıq yekunlaşdırılıb. Hesabat dövrü ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılıb, 73 ədəd dəmir beton, 103 ədəd isə ağac dayaq dəyişdirilib.
Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Eminli, Kürdəbaz, Qarğalıq və Şəhriyar kəndləri qaz ilə təmin edilib,Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması, eyni zamanda Dəlləkli, Qədirli, Xallıcallı və Yeddioymaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Kolatan və Bağıroba kəndlərində isə 1 (bir) pilləli sistemlə qaz xətlərinin çəkilişinə başlanılıb”.
Məlum olduğu kimi, Prezident tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilib. Bu çərçivədə Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılıb. Hesabat dövrü ərzində Qodman kəndində yeni ATS binası tikilərək istifadəyə verilib. Masallı Poçt filialına 9 aylıq üçün 175560 manat plan proqnozlaşdırılmış faktiki olaraq 175603 manat yəni 100.% icra olunub.
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilin doqquz ayında əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlayıb. Ulu öndərin 90 illiyinə həsr olunmuş müxtəlif tədbir və festivalların keçirilməsi, xüsusilə də 12-15 iyun tarixlərində II Beynəlxalq Folklor Festivalının təşkili rayon üçün əlamətdar bir hadisə olub. Bundan əlavə rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin Prezidentin xeyir-duası ilə istifadəyə verilməsi rayonun mədəni həyatında ən vacib və yaddaqalan bir hadisədir. Heydər Əliyev Mərkəzində yaradılan yüksək şəraitdən səmərəli istifadə etməklə yeni nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynamaq rayon Mədəniyyət və Turizm Şöbəsinin qarşısında duran vacib vəzifələrdəndir. Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 30-u müvafiq lisenziya ilə təmin edilib ki, bu istirahət mərkəzlərində 1176 turist yeri var. Cari ilin 9 ayı ərzində bu turist obyektlərində 16048 nəfər turist istirahət edib ki, onlardan 504 nəfəri xarici turist olub. 2013-cü ilin doqquz ayında rayon Gənclər və İdman İdarəsi həm rayondaxili, həm rayondankənar, o cümlədən yeniyetmə gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınma mərasimlərinin təşkili məqsədilə bir sıra mədəni-kütləvi tədbirlər keçirib. Hesabat dövrü ərzində idarə gənclərlə iş sahəsi üzrə 95, idman sahəsi üzrə 60 sayda olmaqla 155 tədbir keçirilmiş, bundan başqa rayon gəncləri 6 və rayon idmançıları 28 sayda olmaqla 34 sayda rayondankənar tədbirdə iştirak edib. Ümumilikdə hesabat dövrü ərzində keçirilən bu tədbirlərdə rayondan 14200 nəfər iştirak edib.
Qeyd edilən müddətdə
rayon idmançılarının əldə
etdiyi uğurlar da sevindiricidir. Belə ki, taekvondo idman
növündə Türkanə Tahirli İslam ölkələri Olimpiadasında
3-cü yeri tutmuş
və Prezident tərəfindən 20.000 manat pul mükafatı ilə
mükafatlandırııb. Həmçinin onun
məşqçisi Ədalət Ağayevə on min manat
pul mükafatı verilib.
Bundan əlavə
Yunan-Roma güləşçisi Mehtiyev Əli Məhəmməd oğlu Rəşid Məmmədbəyovun
xatirəsinə həsr olunmuş beynəlxalq
turnirdə birinci yeri tutub. Əldə edilən uğurlara
baxmayaraq qarşıda Masallı
idmançılarını daha böyük və çətin işlər
gözləyir.
İlkin AĞAYEV
Palitra.-2013.-19 oktyabr.-S.11.