“Hansı rejissor aktyorun oyunundan narazıdırsa, günah onun özündədir”

 

Rövşən İsax: “Sadəcə olaraq aktyora tapşırığı düzgün vermək, ona düzgün yol göstərmək lazımdır”

Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram teatrı və kino aktyoru” fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan Televiziyasında “Virtouz” verilişində çalışıb. “Samanyolu” Televiziyasının icraçı direktoru olub (1998-2001). Hazırda “Pozitiv media”nın direktorudur. Onlarla reklam filminin müəllifidir. Özünü rejissor kimi ilk dəfə 1996-cı ildə Çexovun “Məmurun ölümü” hekayəsinin motivləri əsasında çəkdiyi 48 dəqiqəlik “Kiçik leytenant” filmində sınayıb. 2011- ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Aktrisa” tammetrajlı bədii filmini ekranlaşdırıb. Son işi “Pərvanələrin rəqsi” serialıdır.

Layihə çərçivəsində müsahibimiz gənc rejissor, “Pozitiv media”nın direktoru Rövşən İsaxdır:

-Belə bir serial çəkməyinizə səbəb idi?

-Mən həmişə deyirdim ki, heç vaxt serial çəkmərəm. 2011-ci ilin əvvəllərində internetdə Stiven Spilberq haqda yeni məlumatlar toplayırdım. Məlum oldu ki, Spilberq 2012-ci ildə bir bədii film çəkib, iki yaxud üç filmə prodüserlik edib, 2013-cü ildə isə serial çəkəcək. Düşündüm ki, Spilberq kimi rejissor serial çəkirsə, mən niyə çəkməyim? Bəzi Amerika seriallarını incələyəndən sonra başa düşdüm ki, serial kifayət qədər maraqlı yaradıcılığı olan bir işdir. Daha sonra mətbuatda bir yazı diqqətimi çəkdi. Orada Azərbaycan tamaşaçısının əksər hissəsinin türk, müəyyən qisminin isə rus kanallarına baxdığı bildirilirdi. Xüsusən televiziyanın “prime-time” vaxtında. Düşündüm ki, əgər hansısa jurnalist bu məqaləni yazırsa, demək bunu telekanalların özləri düşünüblər. Necə serial çəkə bilərik?” - sualı ətrafında uzun müddət Vüqar Əmirovla məsləhətləşdik. Türkiyə ilə mentalitetimiz çox yaxındır, bu baxımdan qonşu ölkənin seriallarının Azərbaycanda baxımlı olmağı normaldır. Türkiyədə yüksək reytinq qazanan istənilən serial bizdə maraqla izlənilir. Yəni, Türkiyə Azərbaycanda tamaşaçı marağı eynidir. Bu məntiqlə hərəkət edərək Vüqarla Azərbaycanda yayımlanan türk seriallarının bəzi seriyalarına baxdıq. İşin əsasına bələd olmaq üçün həttaAşk cəzaserialının bir seriyasını Vüqarla kəlmə-kəlmə vərəqə köçürmüşük. Serial çəkən rejissorların müxtəlif saytlardan yazılarını, müsahibələrini oxumuşuq beləcəPərvanələrin rəqsiserialının qaralama versiyasını qələmə aldıq. Serial çəkməyimlə bağlı informasiyalar yayılmış olsa gərək ki, ATV kanalı məni danışığa dəvət etdi. Danışdıq, ümumi parametrləri barədərazılığa gəldik, işə başlayacaqdıq ki, sərəncam çıxdı.

- “Pərvanələrin rəqsireytinqinin necə olacağını gözləyirdiniz?

- Səmimiyyətlə deyirəm, maraqlı olacağına əmin idim. Buna da bir neçə səbəb var idi: birincisi, biz o vaxt efirdə yayımlanmağa başladıq ki, Azərbaycan kanallarında bütün xarici serialların yayımı dayandırıldı. İkincisi, yerli seriallardan ilk dəfə yayımlanan serial “Pərvanələrin rəqsioldu. Üçüncüsü, ilk vaxtlar həftədə üç seriya yayımlanaraq efirə çıxdıq. Bütün bunlar çox önəmli faktorlardır.Pərvanələrin rəqsi”ndə maksimum çalışdığım mənə elə gəlir ki, müvəffəq olduğum bir vacib cəhət var. Biz bu vaxta qədər Azərbaycan tamaşaçısının beynində formalaşanbizim aktyorlar oynaya bilmirlərsindromunu elə ilk seriyadan dağıtdıq. Sadəcə olaraq aktyora tapşırığı düzgün vermək, ona düzgün yol göstərmək lazımdır. Mən həmişə demişəm, indi təkrar edirəm, Azərbaycanda yaxşı aktyor kifayət qədər çoxdur. Hansı rejissor aktyorun oyunundan narazıdırsa, günah onun özündədir. Ya seçəndə səhv edir, ya da işləyəndə. Biz efirə yayımlanmamışdan əvvəl artıq 18-20 seriya hazır idi. O mənada siz dediyiniz dəyişiklik olmadı, amma deyim ki, ssenari nəzərdə tutduğum kimi inkişaf etmədi. Pərvanələrin rəqsibaşqa formada bitməliydi, amma tamam başqa formada bitdi. Belə bir qərara səbəb yaradıcı marağım oldu. Bu, bir növ özümü imtahana çəkməkdir: tamaşaçını inandıra, təəccübləndirə bilərəmmi? Ssenaridə bu bəzi dəyişikliklər aktyorların oyununa da bağlı oldu. 40 seriyasını çəkəndən sonra bu qənaətə gəldim.

- Aktyor seçimində səthi yanaşdığınız hallar çox olub?

- Əgər mən konkret adla bağlı serial çəksəm, bəli, aktrisanıAktrisa”da axtardığım qədər axtarardım. Çünki orada manevr etmək imkanlarım çox azdır. Tapa bilmədinsə, mütləq fokusu, ya da serialın adını dəyişmək lazım gələcək. Bu doğma deyil, sadəcə mənim bir rejissor kimi gəldiyim qənaət budur. Bir ki, istedadlı aktyorların hamısı məsuliyyətlidir, istedadsızın isə heç vecinə deyil. Ona elə gəlir, öz oyunu ilə artıq obrazın möhürünü vurub. Ona görə düşünürəm ki, rejissor serial çəkəndə iki cür kastinq etməlidir: aktyor insan kimi. Şükürlər olsun ki, aktyor seçimində səthi yanaşdığınız hallar çox olmayıb. Sevinirəm ki, tamaşaçıların böyük əksəriyyəti bu fikirdədir ki, “Pərvanələrin rəqsi”ndəki aktyorlar düzgün seçiliblər. Bu, rejissorun ən böyük uğurudur. Amma mən bilirəm ki, hansı rolları kimlər oynasaydı, daha yaxşı olardı. Serial işində bizim aktyorların hələ vərdiş eləmədikləri bir neçə zərif nüanslar var. Aktyor onu intuitiv hiss etməlidir. Mən işlədiyim kollektivə ailəm kimi baxmışam.

- İndi çəkilən serialların keyfiyyətsizliyindən şikayətlənirlər. Siz bu barədə hansı fikirdəsiniz?

- Razıyam, etiraz etməyə haqqım yoxdur. Bir tutacağım var: gəlin, 15 il bundan öncə çəkilən türk serialları ilə indi çəkdiyimiz serialları yanaşı qoyaq. Görün , qədər fərq var? Mənə elə gəlir ki, bizim birinci ildə getdiyimiz məsafə türklərin 15 il bundan öncə getdiyi 1illik məsafədən üç dəfə çoxdur. Biz hamımız qiyabi serial dərsi keçirik.

- Bir prodüser olaraq Azərbaycanda müasir həyatdan danışan serialın keyfiyyətli çəkilişi üçün bir seriyaya qədər maliyyə ayrılmasını düzgün sayırsınız?

- Bir rəqəm söylənilməsi lazımdırsa, bunu deyə bilmərəm. Niyə? Birinci növbədə mövzu mühüm rol oynayır. Tarixi müasir həyatdan götürülən mövzuların maliyyəsi müxtəlifdir. Eləcə müasir həyatdan götürülən iki mövzu- hadisələrin biri şəhərdə, o biri kənddə baş verirsə, bu təbii olaraq maliyyəyə təsir edir. Adətən qiymətlər konfedensial saxlanılır. Bu subyektiv predmetdir. Bir rejissor öz əməyini bir manat, o biri rejissor eyni işi 10 manat dəyərində qiymətləndirə bilər. Mənim həmin rəqəmi söyləməyim düzgün olmaz. Mən bir rejissor kimi eyni qüvvə sərf edirəm. Amma maliyyənin az çox olması nəticədə işin keyfiyyətinə təsir göstərir.

- Hansı mövzularda serial çəkməyi daha əlverişli hesab edirsiniz?

- Mənim özümə qalarsa çox istərdim ki, tarixi serial çəkim. Amma təhlükəlidir. Bunun üçün seriala daha çox bələd olmaq, aktyorları da ona yönəltmək lazımdır. İnanmıram ki, “Möhtəşəm yüz il” 10 il bundan öncə çəkilsəydi, bugünkü effekti verərdi.

- Təhlükəli deyəndə nəyi nəzərdə tutursunuz? Bir rejissor kimi sizin üçün yoxsa tamaşaçının qəbul etməməsi baxımından deyirsiniz?

- Özümü nəzərdə tuturam. Bilirəm ki, tamaşaçı onsuz da sevəcək. məncə, konkret bir mövzu adı çəkə bilmərəm. Mənə elə gəlir ki, hadisə maraqlı olmalı, sonunda tərbiyəvi əhəmiyyət daşımalıdır. Tərbiyəvi əhəmiyyət deyəndə camaata efirdən dərs keçmək iddiası ilə mövzu götürmək olmaz. Efirdən kiməsə dərs verməyin yaxşı effekt verəcəyinə inanmıram. Tamaşaçının beyninə yol, ürəyindən keçir. Ona görə ilk növbədə tamaşaçının ürəyinə toxunan mövzular tapmaq lazımdır. Dramda hər şey etmək olar. Tamaşaçı da dramı çox sevir.

- Kino çəkmək istərdinizmi?

- “Kino çəkəcəm” sözünün ixtiyarı mənim əlimdə deyil. Mən Spilberq, Azərbaycan da Amerika deyil ki, seçimi özüm edim. Mövcud reallıqdan çıxış edərək deyirəm. Hərçənd ki, kino çəkməyə kifayət qədər həvəsliyəm. Əzablar, yuxusuz gecələr, əsəb, həyəcan, hamısının fonunda məsuliyyətdən irəli gələn qorxuya rəğmən yenə də həvəsliyəm. Bundan da başqa yaradıcı prinsipiallıq : hamıya nümayiş etdirmək istəyirəm ki, mən “Aktrisadan daha yaxşısını bacarıram. Bu günhesab edirəm ki, “Aktrisa” kifayət qədər normal filmdir.

- Yeni serialla bağlı deyərdiniz?

- Yeni serialda situasiyalar hadisələrPərvanələr rəqsi”ndən qat-qat çox, faciənin sərhəddi ilə başa-baş inkişaf edəcək. Hətta onu da deyim ki, 50 faizdən çoxu həyatda olmuş hadisədir.Pərvələrin rəqsi”nin 15 seriyasını yazanda mənə indi çəkmək istədiyim tarixçə danışıldı. Bu serialın məsuliyyətiPərvanələrin rəqsi”ndən beş dəfə çoxdur. Sonuncu fəsilserialı da dram janrındadır. Rollarda xalq artisti Ramiz Novruz, İlqar Cahangir, Şövqi Hüseynov, Şəbnəm Hüseynova, Rauf Daşdəmirov da fərqli obrazlarla çıxış edir. Bundan başqa tanınmış aktyorlardan Hicran Nəsirova, İlham Hüseynov, Gültac Əlili, Günel İmanova, Kəmalə Piriyeva, Anar Seyfullayev əsas rolları ifa edir. Bəstəkarı Nailə Mirməmmədli olan serialın ssenari müəlliflərindən biri mənəm. Ssenari müəllifləri mənimlə yanaşı, Əyyub Qiyas Vüqar Əmirovdur. 80 bölümdən ibarət olacaq serialın əsas çəkilişləri Bakıda aparılır.

 

Nigar Abdullayeva

Palitra.-2013.-24 oktyabr.-S.11.