Gənc pianoçu Ülvi Əhmədov: “Gənclərin uğurlu gələcəyi təmin edilir”
Bu gün gənclərimizin istedadlarının üzə çıxarılması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bunu bütün sferalarda öz bacarıqlarını sınayan, karyera qurmaq istəyən gənclərimiz haqqında demək olar. Çünki xalqımızın mədəni sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər bir şəxsin üzərinə düşən önəmli tarixi missiyadır.
Xalqımızın
həyatında yeni tarixi dövr, yeni yaradıcılıq və
mədəni əlaqələr epoxası, intibah mərhələsinin
başlanması məhz ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra həyata keçib.
Bu ənənələr yeni mərhələdə uğurlu
və yaradıcı bir şəkildə
Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən davam etdirilir. Mədəniyyət sahəsində də
bu gün reallaşan möhtəşəm layihələr
ulu öndərin bizə irs
qoyduğu milli-mədəni siyasətin
davamıdır. Bu siyasət həmçinin,
milli-mənəvi dəyərlərimizin dirçəlməsinə
və dünya birliyinə
çatdırılmasına xidmət edir.
Azərbaycan musiqisinin çiçəklənməsi,
onun beynəlxalq arenada
tanınması məhz bu
qayğının nəticəsidir. Danılmaz həqiqətdir
ki, incəsənətin gələcəyi
xeyli dərəcədə sənət aləminə
yenicə qədəm qoyan istedadlı gənclərimizdən
asılıdır. Gənclərin istedadlarının üzə
çıxarılması üçün
dövlət tərəfindən hər cür
şərait yaradılır. Bizə bir istedadlı gənc haqqında məlumat verən
gənc NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı Mina Qasımova bildirdi ki, haqqında
danışacağı gənc də məhz göstərilən
dövlət qayğısının nəticəsində irəliyə
doğru addımlayan Naxçıvan
Dövlət Universitetinin IV kurs tələbəsi Ülvi
Əhmədovdur: “Ülvidə musiqiyə həvəs ailəsindən
keçib. Naxçıvan şəhərində
yaşayıb yaradan bu
ailə musiqi ənənələrinə
bağlılığı ilə seçilir.
Atası tarzən Rüfət Əhmədov, əmisi
Naxçıvan musiqi mədəniyyətinin
inkişafında özünəməxsus xidmətləri olan professional bəstəkarlardan
biri Kamal Əhmədovdur.
1992-ci il may
ayının 1-də Naxçıvan şəhərində anadan olan bu
gənc, Naxçıvan şəhərindəki
Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii
Sənətkarlıq Məktəbinin fortepiano
şöbəsində oxumaqla bərabər
solo konsertlərdə uğurla
iştirak edib. Hələ
balaca yaşından bu
sənətə böyük maraq göstərmiş, fəxri fərman və
diplomlarla mükafatlandırılıb. Hər
gün saatlarla fortepiano çalıb, musiqi
əsərlərini dinləyən Ülvinin
uşaqlıqdan arzusu sənətə
mükəmməl yiyələnib, xalq musiqimizi dünyaya
tanıtmaq olub”.
Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gənclərimiz sağlam düşüncəli, vətənpərvər, xalqını millətini sevən gənclərdir. Müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Onların nümayəndələri- bugünkü uşaqlar, yeniyetmə və gənclərdir. Əminik ki, gənclərimiz müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlayacaqlar.
Heydər Əliyev
2004, 2007 və 2008-ci illərdə ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən müsabiqələrdə iştirak edib və I dərəcəli diplomlarla mükafatlandırılıb. Həmçinin 2008-ci ildə Bakı şəhərində keçirilən I Respublika baxış müsabiqəsində diplomant olub”.
Mina xanım bildirdi ki, gənc olmasına baxmayaraq, Ülvi Əhmədov üzərinə düşən çətin vəzifələri layiqincə yerinə yetirir və musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvəsini sərf edir: “2006-cı ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənc pianoçuların respublika müsabiqəsi”ndə Ülvi Əhmədov Muxtar Respublikamızı uğurla təmsil edərək birinci yerin sahibi olub. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə keçirilən tədbirdə, Ü.Əhmədov, Prokofyevin “Navajdenie”, Listin “Rapsodiya” əsərlərini ifa edıb. Uğurlu ifa Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Səyavuş Kərimi tərəfindən bəyənilib, ona sənət yolunda uğurlar arzulanıb. Gənc pianoçu Ülvi Əhmədov 2009-cu ildə "Gənc pianoçuların respublika müsabiqəsi"ndə iştirak edib, 1-cilik mükafatına layiq görülüb və Azərbaycan Dövlət Filarmoniyasında yekun konsertində uğurla çıxış edib. Qeyri-adi fitri istedada, musiqiyə sonsuz həvəsə malik olan Ülvi 2010-cu ildə Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mühüm ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin bəstəkarlıq ixtisasına yiyələnmək üçün universitetə daxil olur. Burada universitet rəhbərliyi, xüsusi ilə də AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir, sənət müəllimləri ilə yanaşı tanınmış akademikin də dəyərli tövsiyələrindən faydalanırdı”.
Mina xanım bildirir ki, tələbəlik illərində Ülvi bir-birinin ardınca uğurlar qazanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Naxçıvan” jurnalının 2009-cu ildə çap olunmuş 20-ci nömrəsində, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsis olunan “Gəncliyimiz gələcəyimiz” kitabında Naxçıvan Muxtar Respublikası uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin istedadlı şagirdləri sırasında Ülvi Əhmədov haqqında da məlumat verilib.
2012-ci il 14-18 dekabr tarixlərində keçirilən, Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayında, Kamera Orkestrinin konsertində Naxçıvan Dövlət Universitetinin bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi, Gənc Pianoçuların Respublika Müsabiqəsinin qalibi Ülvi Əhmədov fortepiano üçün “Mövzu ilə variasiyalar” adlı əsəri ilə çıxış edib. Onun ifası musiqiçilər tərəfindən yüksək qiymətləndirilib.
2013-cü ildə bəstəkar Kamal Əhmədovun “Fortepiano və vokal-instrumental” əsərlərdən ibarət konsertində gənc pianoçu, K.Əhmədovun “Aşıqsayağı” əsərini ifa etmiş, “Fortepiano və simfonik orkestr üçün konsert”, üç hissəli əsərini isə Beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyevlə (2 piano üçün) birlikdə ifa edib.
Həmçinin, 2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Uşaq musiqi, incəsənət və Bədii Sənətkarlıq məktəbləri şagirdlərini Muxtar Respublika müsabiqəsində yüksək səviyyədə hazırladığına görə gənc pianoçu Ülvi Əhmədov Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
29 aprel- 3 may 2013-cü ildə Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”ndə I turda F.List- Paqaninin “Kampanella”, F.Şopenin “Etüd”, V.A.Motsartın “Sonata”, a-moll əsərlərini, II turda isə F.Listin “Rapsodiya”, cis-moll, T. Quliyevin “Qaytağı”, K.Əhmədovun “Aşıqsayağı”, R.Hacıyevin mövzusu əsasında “Variasiyalar” əsərlərini fortepianoda ifa edərək III yeri qazanıb və diplomla mükafatlandırılıb. Onu qeyd edim ki, müsabiqənin iştirakçıları Bakı Musiqi Akademiyasının bakalavriat və magistratura tələbələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olmuş və yekun konsertinə isə “Qranpri” və I, II yerin qalibləri içərisində T.Quliyevin “Qaytağı” əsərini ifa etmək, yegane olaraq Ülvi Əhmədova həvalə olunmuşdu.
Mina xanım bildirir ki, özü ilə söhbət zamanı, Ülvi vurğuladı: “Prezidentimizə, Ali Məclisin sədrinə böyük minnətdarlığımı bildirirəm. Gənclərə belə böyük diqqət yönəldir, onların uğurlu gələcəyini təmin edirlər”. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmovadan dərs alan Ülvi onu da söylədi: “Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov daima bizim problemlərimizlə maraqlanır və əlindən gələn köməyi əsirgəmir”.
2012-ci ildə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində solo konsertini keçirən Ülvi Əhmədov, həmin konsertdə Şopen, Prokovyev, Bax, Motsart, Listin əsərlərini yüksək professionallıqla ifa etmiş, musiqisevərlərin böyük sevincinə səbəb olub. Millətin gələcəyi onun istedadlı gənclərindən asılıdır. Gənclərə yaradılan hərtərəflin şəraitdən istifadə edərək, öz bacarıqlarını layiqincə nümayiş etdirmələrini arzulayırıq. Ülvi Əhmədovu qələbəyə aparan məsuliyyətli sənət yolunda böyük uğurlar diləyirik.
İlkin AĞAYEV
Palitra.-2013.-25 oktyabr.-S.11.