Narahat dünyanın narahat şairi

 

Sözün müqəddəsliyinə tapınan, sözə ilahi bir eşq ilə bağlanan söz xiridarı Mirəfsəl Təbibin daha bir kitabı haqqında söz demək məqamıdır. Son vaxtlar geniş oxucu auditoriyasının ixtiyarına verilmiş "Təbibim, obaya, elə arxalan", "Bir ömür sürmüşəm, dünya görmüşəm", "Fikirlərim, mülahizələrim, xatirələrim", "Dünya ola bilmir daha tamaşa", "Daha üz çevirmək mümkün deyildir", "Fikirlərim, mülahizələrim, tövsiyələrim", "250 sonet", "Rübailər" kimi maraqlı və düşündürən kitablar müəllifi narahat dünyadan narahatlığını özünəməxsus formada ifadə etmişdir.

Və elə bu başdan qeyd edək ki, şair bu kitabında insanlara olan sevgisi qədər də onu düşünməyə, daşınmağa məcbur edir. Oxucu düşünməklə bərabər daxilən təmizlənir və yalnız bir dəfə verilən ömrü daha mənalı, daha gözəl yaşamağa köklənir. Oxucu həm də bütün ağrı-acılara, basqılara, uğuruğursuzluqlara baxmayaraq "Yaşamaq gözəldir, qardaşım" həqiqətinin fəlsəfəsinə sığınır:

 

nisbi deyil ki, bu kainatda,

Nisbidir dünyanın azadlığı da.

Əslində nisbidir sərbəst həyat da,

Düşünsən, nisbidir dost da, yağı da.

 

Bir bənddən, 4 misradan ibarət olan farsdilli poeziyanın bu nümunəsini - rübaini onun ölçülərini çox böyük ehtimalla elə farslar yaratmışlar. Fars, tacik, özbək, türk dilli rübailərdə nəzəri baxımdan 24 ölçü var. Azərbaycan rübailərində isə vəznin 12 növü bunların 36 variantı var. Bunun əsas səbəbi dilimizdəki çox zəngin saitlər sisteminin olmasıdır. Dilimizdəki 9 qısa orta sait bizdə olan vəzn qəliblərinin çeşidini çoxaldır. Həcəz bəhrində yazılan rübailər monimental şərq ədəbiyyatının ən kamil poeziya nümunələrindəndir.

Bu janrda şərqin bir çox filosof-şairləri öz qələmlərini sınamışlar. Lakin rübailərin ən gözəl yaradıcıları XI-XII əsrlərdə yaşamış Məhsəti Gəncəvi Ömər Xəyyam hesab edilirlər. Onların qələmə aldıqları rübailəri əlimizdə olan nümunələri bunu deməyə əsas verir.

Kifayət qədər kiçik olan rübaidə fəlsəfi fikirlər silsiləsi, estetik gözəlliklər tablosu yaratmaq elə asan deyil. Dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirməklə bərabər onlara qarşı mübarizə aparmaqla rübainin kamilliyini, gözəlliyini qorumaq da xeyli çətindir.

Mirəfsəl Təbib hansı mövzuda yazmağından asılı olmayaraq, onun yaradıcılıq kredosunda hər an hiss edilən böyük bir səmimiyyət var. Öz dövlətinə, öz millətinə, öz rəhbərinə, öz ölkəsinə vurğunluğunu poetik misralarda bacardığı qədər tərənnüm edən şair qədim yurd yerlərinə olan sevgisini önə çəkməyi unutmur. Xocalıya, Göyçəyə, qədim yurd yerlərinə həsr elədiyi rübailəri inama söykəndiyindən "Var ol yerim, yurdum, millətim mənim, Var ol qələbəyə qəti inamım" misraları oxucuda nikbin duyğular oyadır. Faciələri, müharibələri Yer kürəsinin ən böyük bəlası bilən şair son anda öz vətəninə sevgisini çox lirik bir dillə belə tərənnüm edir:

 

Yanaşı duracaq şadlıq kədər,

Sən zəfər zəngi çal, kişilik göstər.

Vətən güllərini yağılar dərməsin,

Vətən güllərini dərsən özün dər.

 

Ancaq onu mütləq qeyd etmək lazımdır ki, M.Təbibin yaşadığımız dünyanın pozulmuş mizan-tərəzisindən narahatlığı o həddə çatır ki, bəzən poetik deyim tərzi kifayət qədər ictimai motivlərlə yüklənir. Şairi qınamaq da mümkün deyil, çünki qloballaşan dünyanın tükənməz qayğı problemləri həssas şair qəlbini neştər kimi sancır. Müəllif insanlarda görmək istədiyi əxlaqi keyfiyyətləri - mübarizliyi, dözümlülüyü, doğruluğu, sədaqəti - müxtəlif aspektlərdən işıqlandırsa da, yenə son anda onun qane olmadığı məqamlar özünü göstərməkdədir. Şair cəmiyyəti narahat edən mövzulara, insani münasibətlərə toxunmaqla müdrik tövsiyələrindən gen-bol istifadə edir. Sələflərindən qalmış "Ədalətli cəmiyyət" arzusu, istəyi Mirəfsəl Təbibə dinclik vermir:

 

Bir üfüq yerinə çatdım bu gecə,

Fəqət dincəlmədi fikir, düşüncə.

Gördüm narahatdır yenə dünya,

Narahat dünyada dincəlim necə?

 

M.Təbib onun dincliyini əlindən alan bir çox bəşəri suallara cavab tapmaq üçün həyatın ən qaranlıq, ən gizli nöqtələrinə belə baş vurur. İnsan münasibətlərindəki ziddiyyətlərdən tutmuş zamanın, şəraitin yaratdığı naqisliklərə, ümumiyyətlə neqativ reallığa, hadisələrə fəlsəfi baxışlarını rübailərində çox gözəl ifadə etmişdir. Ağlın bərqərar olduğu hər yerdə əmin-amanlığın labüdlüyünü göstərən şair "Ağılsız adama qaranlıq qalan, Ağıllı olana aydın görünər" hökmünü verir. Ağlın hüdudlarından kənarda isə Allaha tapınan Mirəfsəl Təbib:

 

İlahi bir eşq var mənim içimdə

Odur külliyatım, varım, heçim .

 

Odur idrakımda götür-qoy edən deməklə həyata müdrik baxışını bir daha belə ifadə etmişdir. Mirəfsəl müəllimin sual-cavab mənasında yazılan cavabı axtarılan rübailəri kitabda çoxluq təşkil etsə , ədəbiyyatın əbədi mövzusu olan sevgiyə xüsusi yer ayrılmışdır. Dünyanın özü qədər qəliz mürəkkəb olan ictimai mövzulardan yorulanda, bezəndə şair başını sevginin dizləri üstə qoyub dincəlmək istəyir. M.Təbib bu mövzuda yazdığı bütün poetik nümunələrində olduğu kimi rübailərində həssas kövrəkdir:

 

Səni röyada, yuxuda gördüm,

İpək saçlarını daradım, hördüm.

Sonra xəyallara çevrildin yenə,

Sonra xəyallarda səni itirdim.

 

Əvvəldə qeyd etdiyimiz kimi, başqa kitablarında olduğu tək M.Təbib bu kitabında da sözə böyük qiymət vermişdir. Filosof-şair sözün qarşısında aciz qalmasa da, onun qüdrətini dönə-dönə qeyd etmişdir. Sözə belə həssaslıqla yanaşması onun rübailərində daha çox hiss edilir. Çünki, cəmi bir bənddən ibarət olan, fəqət özündə çox böyük fəlsəfi fikir daşıyan rübaidə adi sözdən, məna yükü az olan ifadədən istifadə etmək olmaz:

 

Hər sözü deməyin bir anı vardır,

Hər fikrin məqamı, meydanı vardır.

Yerində cavab ver, vaxtında danış,

Harda ki, dilinin imkanı vardır.

 

Mirəfsəl Təbibin "Rübailər kitabı"ndakı 1250 rübainin hər biri ayrılıqda müxtəlif mövzuları əhatə etsə , ümumilikdə şairin yaşadığımız dünya ilə, cəmiyyət ilə söhbətinə, mükaliməsinə bənzəyir. Bu mükalimənin özəyində, mayasında isə dünyanın taleyindən narahat olan yaradıcı bir insanın ürək çırpıntısı hiss edilir. Şairin könül rübabından süzülüb gələn bu poetik nümunələri oxumağa dəyər. Çünki kitabdakı hər bir rübai bir zövq mənbəyi olmaqla bərabər, həm oxucunu düşünməyə sövq edən həyat həqiqətləridir. Düşünmədən, daşınmadan yaşamaqsa nadanlara məxsus həyat tərzidir.

 

Səxavət Məmmədli

Ədalət.-2013.-29 oktyabr.-S.8.