Naxçıvanda beynəlxalq seminar başlayıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük (28-29 oktyabr) beynəlxalq seminar öz işinə başlayıb.

Beynəlxalq seminardan öncə qonaqlar, milli və beynəlxalq ekspertlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ruhunu ehtiramla yad ediblər.

Tədbirin açılışında Naxçıvan Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvanda aparılan Məhkəmə Hüquq islahatları barədə çıxış edib. Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin sədri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvanda aparılan islahatlara diqqət çəkərək qeyd edib ki, vaxtı ilə ümummilli lider Heydər Əliyev və bu gün isə Prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvanda da məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.

AHK sədri Naxçıvanda aparılan işlərə və eyni zamanda qeyd olunan tədbirin yüksək səviyyədə təşkil olunmasında verdiyi dəstəyə görə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova bütün təşkilatçılar adından minnətdarlığını bildirib. O, son zamanlar Naxçıvanda məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək, qanunun aliliyinin qorunmasında Muxtar Respublikada aparılan işləri yüksək qiymətləndirib. O seminarın əhəmiyyətinə toxunaraq qeyd edib ki, Naxçıvan MR-nın hakimlərinin və eyni zamanda hüquq mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi konfrans İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənillməsi cəhətdən çox əhəmiyyətlidir.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer çıxış edərək belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvanda keçilməsindən və özününilk dəfə burada olmasından məmnun qaldığını qeyd edib. O, Almaniya Federal Ədliyyə Nazirliyinin ekspertlərini təqdim edərək, qonaqların da ilk dəfə Naxçıvana olmasını vurğulayıb və yüksək qonaqpərvərliyə, seminarın çox yüksək səviyyədə keçirildiyinə görə bütün təşkilatçılar adından minnətdarlığını bildirib.

Açılış nitqindən sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası” mövzuları ətrafında məruzələr dinlənilib. Mövzu üzrə məruzələrlə hüquq elmləri doktoru, professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insaniya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof. Dr. Mixaela Vittinqer çıxış ediblər.

Növbəti məruzələrin mövzusuAvropa İnsan Hüquqları Konvensiyasının dövlətdaxili məhkəmələr üçün əhəmiyyəti”, “Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer”, “Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi və təsiri” olub. Məruzələrlə hüquq elmləri doktoru, professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insaniya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann, AHK İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, AHK İdarə Heyətinin üzvü, Milli Məclsin deputataı Fazil Mustafa çıxış ediblər.

Beynəlxalq seminarın sonrakı hissəsində “Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş konkret təminatlar”, “Konvensiyanın qoruma sferası, oradakı normaların tətbiqindən istisna hallar (nəzərdə tutulan hallarda)”, “Konvensiyanın praktiki əhəmiyyəti (Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən praktiki misallara istinad olunmaqla)”, “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi:Azadlıq və təhlükəsizlik hüququ. Bu normanın qoruma sferası (bu hüquqa müdaxilələrin yol verilməsi;Saxlama və azadlığın məhdudlaşdırılması üçün şərtlər;Təcili olaraq hakim qarşısına çıxarılma; Seçilmiş həbs qətimkan tədbirinin hakim tərəfindən yoxlanılması) adl növbəti məruzələr dinlənilib. Məruzələrlə Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru xanım Prof. Dr. Mixaela VittinqerAlmaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri cənab Dr. Otto Mallmann çıxış ediblər.

Daha sonra mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edilən seminarda Naxçvan Ali Məhkəməsinin hakimləri, rayon məhkəmələrinin hakimləri, Naxçıvan MR Prokuroru, Naxçıvan MR Ombudsmanı iştirak ediblər.

Beynəlxaq seminarın ilk günü müzakirələrlə davam edib.

 

Nigar Abdullayeva

Palitra.-2013.-29 oktyabr.-S.12.