İnvestisiya cəlbediciliyi Azərbaycanda uzun illər hökm sürən sabitliyin nəticəsidir”

 

İqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov:

“Azərbaycanın enerji siyasəti və bu sahədə reallaşan layihələr Azərbaycanın qlobal enerji bazarında nüfuzunu yüksəldib”

 

Sosial-iqtisadi inkişafın davamlı artım tempinə nail olan ölkəmizdə düşünülmüş iqtisadi siyasət artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar dinamik inkişafı daha da sürətləndirib və nəticədə bütün iqtisadi sektorlarda yüksək artım özünü göstərir. İqtisadiyyatın şaxələndirilməsi son nəticədə regionların, qeyri-neft sektorunun inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verir. Bu mənada iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Azərbaycanda bundan sonra da iqtisadi islahatların davam etdiriləcəyini deyən ölkə başçısı bildirib ki, ölkə iqtisadiyyatı bu il uğurla inkişaf edirbu dinamik inkişaf gələcək illərdə də özünü göstərəcək: Bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcək”. Ölkəmizin iqtisadi inkişafı və bu istiqamətdə həyata keçirilən tədbirləri mütəxəssislər də yüksək qiymətləndirir.

Müsahibimiz AMEA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovdur:

-Ölkə başçısı bildirib ki, “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir. Biz enerji resurslarından asılı olmayan davamlı iqtisadiyyat qurmaq fikrindəyik”. Bu sahədə hazırkı inkişaf istiqamətlərini necə qiymətləndirirsiniz?

- Son illərdə ölkə iqtisadiyyatında baş verən dinamik artım göz qabağındadır. Statistik rəqəmlərin təhlili göstərir ki, iqtisadi artım templərinə görə son 10 il ərzində Azərbaycan dünya ölkələri arasında ilk sırada yer alır. Belə ki, on ildə Azərbaycanda ÜDM-in həcmi 3,4 dəfə artıb. Əgər bir neçə il öncə ÜDM-in artımı daha çox neft amili sayəsində olmuşdusa, son illərdə qeyri-neft sektorunun inkişafı bu artıma ciddi təsir göstərməyə başlayıb.

Qeyri-neft sektorunun inkişafı məşğulluğa da öz təsirini göstərməkdədir. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni yeri açılıb ki, onlardan 900 mini daimi yeridir. 2004-cü ildən başlayaraq iki regionların davamlı inkişafını təmin etmək məqsədilə 2 Dövlət proqramı qəbul edilib. Bu proqramların icrası nəticəsində, qısa müddət ərzində regionlarda ciddi abadlaşdırma işləri görülüb, yeni infrastruktur yaradılıb. 100-lərlə yeni müasir tələblər cavab verən məktəblərin, xəstəxanaların tikilib istifadəyə veriləsi, yeni yolların çəkilməsi, yeni istehsal sahələrinin, rabitə xidməti obyektlərinin, enerji stansiyalarının istifadəyə verilməsi buna misal ola bilər.

Bildiyiniz kimi, son on il ərzində Azərbaycanın valyuta ehtiyatları bir neçə dəfə artaraq 50 milyard dollara çatıb. Bu, onu göstərir ki, iqtisadi sosial siyasət bir-birini tamamlayır. Ölkə başçısının bildirdiyi kimi, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir Azərbaycan xarici borcdan asılı deyil.

Son illərdə görülən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi yüksəlməkdə davam edir. Bir çox aparıcı beynəlxalq qurumların hazırladığı reytinq cədvəllərində Azərbaycan hər il yerini möhkəmlətməkdə davam edir. Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə yüksəlib. Bu göstəricilər Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatların nəticəsidir.

- Hazırda Azərbaycan özü investisiya ixrac edən ölkəyə çevrilir. Bunun ölkə iqtisadiyyatında rolu ilə bağlı deyərdiniz?

- Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub bu sərmayənin təxminən yarısı xarici sərmayədir. Bu, Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu göstərir. Bu gün Azərbaycan postsovet məkanında regionda çox cəlbedici ölkə hesab olunur. Ölkə iqtisadiyyatına xarici investorlarla yanaşı, eyni zamanda, yerli investisiyaların da sayı artmaqdadır. Sevindiricisi odur ki, ölkə iqtisadiyyatına yatırılan investisiyalarına strukturunda yerli investisiyalar üstünlük təşkil etməyə başlayıb. Bunun əsas səbəbi ölkənin inkişaf etməsi, infrastrukturun yeniləşməsi, daxili bazarın genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxış imkanlarının genişlənməsidir. Bu gün dövlətin əsas strategiyalarından biri xaricdən investisiyaları cəlb etmənin prioritet olaraq qalmasıdır. Ölkə başçısı da çıxışında qeyd etdiyi kimi Azərbaycan artıq xarici investisiyalardan asılı deyil investisiya portfelimizdə daha çox daxili investisiyalar üstünlük təşkil edir. Qeyd edək ki, 2013-cü ilin 9 ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub. İqtisadiyyata yatırılan investisiyaların 59,3 faizi, yəni 10,5 milyard dolları daxili investisiyalar, 40,7 faizi, yəni 7,2 milyard dolları xarici investisiyalar olub. Əlbəttə, bu rəqəmi Azərbaycan kimi ölkə üçün çox yüksək göstərici kimi dəyərləndirmək olar. Ölkə prezidenti çıxışında bu rəqəmin 25 milyard dollara çatacağını bildirdi. Şübhəsiz ki, bu cəlbedicilik, yəni iqtisadiyyatın investisiya cəlbediciliyi Azərbaycanda uzun illər hökm sürən sabitliyin nəticəsidir. Təcrübə göstərir ki, xarici daxili investorlar ictimai-siyasi mühitin sabit olduğu zaman sərmayə qoyurlar. Son illərdə artıq Azərbaycanda neft sektoru ilə yanaşı turizm, xidmət, yüksək texnologiyalar, sənaye parklarının yaradılması məsələlərinə daha böyük diqqət göstərilir.

- Neft-qaz strategiyasının reallaşması ilə bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanın enerji siyasəti bu sahədə reallaşan layihələr Azərbaycanın qlobal enerji bazarında nüfuzunu yüksəldib. Bildiyiniz kimi keçən il keçən il TANAP layihəsinə, bu il isə Trans-Adriatik boru kəməri layihəsinə start verildi. Hər iki layihə Azərbaycanın neft-qaz strategiyasının həyata keçirilməsində, eləcə dünya miqyaslı strateji əhəmiyyətə malik önəmli hadisə kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Azərbaycan bu layihələrin təşəbbüskarıdır bu layihələrin icrasında həlledici rol oynayır. Bu layihələrin üstünlüyü ondan ibarətdir ki, ölkəmizin burada iştirak edən bütün ölkələrlə çox gözəl münasibətləri var. Ölkə başçısı da Bakıda qəbul edilmiş qərarların bir çox hallarda enerji siyasətinin istiqamətlərini müəyyən etdiyini vurğuladı.

Qeyd etdiyimiz kimi ölkədə qeyri-neft sektorunun iqtisadi inkişafa təsirinin yüksəlməsi ilə iqtisadiyyatın neft sektorundan asılılığı azalır.

- 2013-cü ildə qeyri-neft sektorunun inkişafının rekord ili olacağı bildirilib. Bu sahədə inkişaf istiqamətlərini necə qiymətləndirirsiniz?

- Qeyri-neft sektorunun inkişafı istiqamətində işlər görülür. İqtisadiyyatın müxtəif sahələrinin inkişafı ilə bağlı dövlət proqramları hazırlanır icra edilir. Bildirildiyinə görə, qarşıdan gələn on il ərzində qeyri-neft sektorunda iki dəfə artım olacağı hədəf kimi seçilib. Hesab edirik ki, buna nail olmaq üçün iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsi, elmtutumli istehsal xidmət sahələrinin inkişaf etdirilməsi biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması tələb olunur. Həqiqətən buna nail olmaq üçün kifayət qədər imkanlar var. Bu ilin göstəriciləri bunu deməyə əsas verir. Ümumiyyətlə, davamlı iqtisadi inkişaf qeyri-neft sektorunda da öz bəhrəsini verəcək.

 

Nigar Abdullayeva

Palitra.-2013.-29 oktyabr.-S.5.