“Gənc alimlərimizin beynəlxalq elm dünyasına inteqrasiyası sovet dövrü ilə
müqayisədə daha sürətlidir”
Azər Babayev: “Dünya birliyinə inteqrasiyanın ən
yüksək və etibarlı forması bir
qayda olaraq elm və təhsillə olur”
Müsahibimiz
Azər Babayev sosial elmlər doktoru, Frankfurt Sülh
Araşdırmaları İnstitutunun (HSFK) elmi əməkdaşıdır.
O, Almaniyada bir
neçə il bundan əvvəl
yaradılmış Azərbaycanlı Tələbələr
və Elmi İşçilər Birliyinin də Frankfurt
üzrə koordinatorudur.
-Azər müəllim, nə
vaxtdan Almaniyada yaşayırsınız?
-Mən 1997-ci ildə Gədəbəy rayonu Gərgər kənd orta məktəbini bitirib. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinə daxil olmuşam. 2001-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə həmin fakültədə bakalavr təhsil pilləsini bitirdikdən sonra Almaniyanın Ayxştet-İnqolştadt Universitetində eyni ixtisas üzrə master təhsilinə başladım.
Bu qərar təsadüfi deyildi. Alman dilini hələ orta məktəbdə oxuyarkən ilk xarici dil kimi öyrənməyə başladım və Almaniyaya da maraq buradan yarandı. Bunda həm də alman dili müəllimim olmuş Qafar müəllim müsbət rolu oynadı. BDU-da təhsil aldığım zaman artıq Bakıda alman universitetlərinin DAAD (Alman Akademik Mübadilə Xidməti) adlı Almaniyada master və doktorluq təhsili üçün təqaüd proqramları təklif edən müştərək təşkilatı fəaliyyət göstərirdi. Odur ki, BDU-da təhsilimi bitirdikdən sonra bu təşkilatın xətti ilə Almaniyada təhsilimi davam etdirməyi qərara aldım.
2005-ci ildə isə Konrad Adenauer Fondunun təqaüdçüsü kimi Almaniyanın Mannheim Universitetində doktorluq təhsilinə başladım və 2009-cu ildə elmi işimi müdafiə edərək siyasi elmlər doktoru dərəcəsinə layiq görüldüm. Həmin ildə isə Frankfurt Sülh Araşdırmaları İnstitutuna (PRIF) elmi əməkdaş kimi üzv olmuşam.
- Ölkənin ümumi inkişafının təmin olunmasında elm və təhsilin hansı rolu var?
- Sözsüz ki, ümumi inkişaf üçün elm və təhsil mərkəzi strateji əhəmiyyətə malikdir. Buna hələ XII əsrdə ən doğru cavabı dahi şairimiz Nizami Gəncəvi elmə olan yüksək münasibətini öz qəhrəmanı İsgəndərin dili ilə bildirməklə belə verib:
O böyük, ağıllı, ayıq hökmdar
Öz şahlıq taxtında
tutarkən qərar,
Əmr etdi,
verildi belə bir fərman:
“Alimdir gözümdə
ən əziz insan
Elmlə,
hünərlə!
Başqa
cür heç kəs
Heç
kəsə üstünlük
eyləyə bilməz.”
-Almaniya və Azərbaycan təhsil sisteminin hansı oxşar və fərqli cəhətləri var?
-Burada Almaniyanın
təhsil sisteminin bəzi özəlliklərinə
diqqəti çəkmək
istərdim. Bu özəlliklərdən
əsası, məncə,
ixtisas və fənn seçiminin kifayət qədər azad olmasıdır. Eyni zamanda əlavə, köməkçi ixtisasların
da seçimi azaddır. Bundan başqa, tələbələrin
mühazirələri dinləməsi
məcburi deyil. Belə ki, tələbə istədiyi professorun mühazirəsində iştirak
edə bilər.
Onu da deyim ki,
oradakı azadlıq da mütləq deyil, məcburi fənlər də var ki, onlardan
mütləq imtahan verməlisən. Bu, 30-40 faiz təşkil etsə də, təhsilini azad seçim üzərində
qura bilirsən.
Bildiyiniz kimi, inkişaf etmiş bir ölkə olaraq Almaniyada elmi-texniki tərəqqi kifayət qədər yüksək səviyyədədir. Professorlar mühazirələrdə son texniki vasitələrdən
istifadə edirlər.
İnternet çox yüksək
səviyyədə tətbiq
olunur. Hətta dərslər haqqında
xülasə şəklində
əvvəlcədən tələbələrin
elektron ünvanına
informasiyalar göndərilir.
Bununla da tələbənin keçiriləcək dərs
haqqında əvvəlcədən
anlayışı olur.
Almaniyadakı universitetlərdə kitabxana
işinin təşkili
də çox yüksək səviyyədədir. Tələbə lazımi kitabın təhsil aldığı
universitetin kitabxanasında
olub-olmadığını internet vasitəsilə öyrənə
bilir və öz universitetinin kitabxanasında olmayan kitabı internet vasitəsilə
digər kitabxanalardan sifariş verir və tez bir
zamanda əldə edir. İnternetin yaratdığı bu cür üstünlüklərin
universitet həyatına
geniş tətbiqi təhsili olduqca asanlaşdırır. İstənilən elmi məqaləni, yeni çıxan dərgiləri, qəzetləri,
jurnalları internet vasitəsilə
əldə etmək olur.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi
üçün hansı
perspektivi var?
-Belə demək olar ki, xaricdə
artıq təhsil almış və alan gənclər
ilk növbədə müasir
dünyanın elm və
təhsilindəki yeniliklərin
Azərbaycan təhsilinə
və cəmiyyətinə
transfer edilməsinin əsas
daşıyıcılarıdır. Bu potensialı isə
Azərbaycanın gələcək
inkişafinın əsas
və dəyərli zəmanətlərindən biri
hesab etmək olar. Həm də qeyd edim ki, bir
toplum, xalq olaraq dünya birliyinə inteqrasiyanın
ən yüksək və etibarlı forması bir qayda olaraq elm və təhsil vasitəsilə olur.
Bu üzdən nə qədər Azərbaycan gəncliyinin çoxsaylı nümayəndələri
xaricdə təhsil alarsa, bir o qədər
həmin ölkələrdə
Azərbaycan xalqının
elçiləri, təmsilşiləri
çox olmuş olar. Belə ki, bizlərin
vətəndən kənarda
da qazandığı
hər bir şəxsi uğur Azərbaycanın ən gözəl, ən təbii tanıtımıdır.
Buna görə arzu edirəm ki, millətimiz dünyada ilk növbədə
böyük, qabiliyyətli
oğulları və qızları ilə tanınsın, millətlər
içində özünə
layiq imzasını atsın.
- Azərbaycan gənc alimlərinin dünyaya çıxışı
prosesi necə gedir?
-Bununla bagli öncə
onu qeyd edim ki, Azərbaycanda
gənc alimlərin dünyaya çıxışı
prosesi sovet dövrü Azərbaycan alimlərinin beynəlxalq
elm dünyasına inteqrasiyası
ilə müqayisədə
daha sürətlidir. Bir tərəfdən indi gənclər dünya elmində aparıcı dillər olan Qərb dillərinə (ingilis, alman, fransız və s.) asanlıqla yiyələnə
bilirlər. Digər
tərəfdən isə
hal-hazırda Azərbaycanda
Qərb ali
təhsil məktəblərində
təhsil almaq, elm öyrənmək imkanları
artıq demək olar ki, kütləvi
xarakter alıb.
Buna görə əminliklə
deyə bilərəm
ki, növbəti onilliklərdə dünyanın
aparıcı elm və
təhsil müəssisələrində,
xüsusən də Qərb təhsil ocaqlarında işləyib-yaradan
azərbaycanlı müəllim
və professorlar çoxsaylı olacaq.
-Gənc alim kimi hansı
araşdırmalarla məşğulsunuz?
- Əvvəla, institutumuz
haqqında onu söyləyim ki, bu, Almaniyanın ilk və ən böyük sülh tədqiqatı institutudur. 1970-ci ildə Hessen əyalət
hökuməti tərəfindən
yaradılmış HSFK bu
gün Almaniyada 100-ə
yaxın tədqiqat institutunu özündə
birləşdirən Leibniz elmi-tədqiqat cəmiyyətinin
üzvüdür. İnstitutun əsas
məqsədi beynəlxalq
və daxili münaqişələrin araşdırılması,
sülhü təmin edən şərtlərin
tədqiq edilməsi və habelə sülh ideyasının dəstəklənməsidir. Həmçinin siyasi məşvərət
funksiyasını həyata
keçirən institutun
əldə etdiyi tədqiqat nəticələri
alman federal hökumətinin
bu istiqamətdə konkret siyasi qərarlarının qəbul
olunmasına da öz töhfəsini verir. Bununla yanaşı, HSFK müvafiq mövzularda alman ictimai fikrinin
formalaşmasında da
önəmli rol oynayır.
Bu institutda mən
əsas olaraq elmi-tədqiqat fəaliyyəti
ilə məşğulam
və burada nəzəri bilik və bacarıqlarımı
daha da inkişaf
etdirməyə çalışıram. Konkret olaraq
son illər elmi-tədqiqat
fəaliyyəti çərçivəsində
Almaniya və ABŞ-ın xarici siyasətinin müqayisəli
təhlilinə dair bir çoxillik elmi- tədqiqat layihəsi çərçivəsində
həmin dövlətlərin
Belarus ilə bağlı
xarici siyasətini araşdırmışam.
Bundan başqa artıq bir neçə ildir ki, ixtisasım çərçivəsində xüsusən Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinə dair araşdırmalar aparıram. Məsələn, Almaniyanın tanınmış elmi dərgilərindən olan “Şərqi Avropa” jurnalında münaqişə ilə bağlı artıq bir neçə məqaləm işıq üzü görüb. Son araşdırmalarım isə 2008-ci ildə Cənubi Osetiya müharibəsinin və 2009-cu ildə Türkiyə-Ermənistan yaxınlaşmasının Dağlıq Qarabağ sülh prosesinə təsirlərinə dair olub.
Hal-hazırda isə “Dağlıq Qarabağ münaqişəsinə giriş” mövzusunda bir kitab layihəsi üzərində çalışıram. Və yaxın aylarda bunu tamamlamağı planlaşdırıram.
- Bu yaxınlarda yeni kitabınız işıq üzü görüb. Mümkünsə həmin kitabınız haqda da məlumat verərdiniz.
-Son kitab nəşri almancadan tərcümə
işi ilə baglıdır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun təşkilatçılığı
ilə Verner fon Simensin
Qafqaza səyahət xatirələri Azərbaycan
dilinə mənim tərəfimdən tərcümə
edilərək nəşr
olunub. “Qafqaz
səfərləri” adlanan
bu kitabı Azərbaycan tarixşünaslığına
töhfə, xüsusən
də bölgələrimizin
tarixini öyrənmək
üçün mühüm
əhəmiyyəti olan
əsər hesab etmək olar.
Cünki
elektrotexnikanın yaradıcısı
kimi dünyada məşhur olan Simens AG-nin qurucusu
Verner fon
Simens Azərbaycanda həm də başqa bir səbəbdən məşhurdur.
Bu da onun
qardaşları Karl və
Valterlə birlikdə
1864-cü ildə Gədəbəydə
mis mədənini alması və özünün də dediyi kimi, uzun
müddət bu “cənnət məkanında”kı
fəaliyyəti ilə
bağlıdır.
Qeyd edim ki, Verner
fon Simens
həyat xatirələrini
1889-1892-ci illərdə qələmə
alıb. “Ömür
xatirələri” (alm.
Lebenserinnerungen) adlı əsərində
o, Qafqaz regionuna səfər xatirələrindən
fərəh hissi ilə bəhs edib. XIX əsrin
ikinci yarısında üç dəfə -
1865-ci, 1868-ci və 1890-cı illərdə Gədəbəyə
səfərləri zamanı
rəhbərlik etdiyi firmanın dağ-mədən
fəaliyyətindən, Qafqazda,
xüsusən də Gürcüstan və Azərbaycanda yaşadıqlarından,
habelə başına
gəlmiş çox
maraqlı və təhlükəli sərgüzəştlərdən
söhbət açıb.
Əsərdə Verner
fon Simensin
Gədəbəyin təbiətini
və yerli əhalisini ən gözəl sözlərlə
tərənnüm etməsi
diqqəti cəlb edir.
Onu da deyim ki,
bu nəşrlə Verner fon
Simensin Qafqaza səfər xatirələri
ilk dəfə ana dilimizdə Azərbaycan oxucularının diqqətinə
təqdim olunur. Yeni nəşrə əsərin
alman dilindəki əsli də əlavə edilib.
Fuad Hüseynzadə
Palitra.ş-2013.-31
oktyabr.-S.11.