“Diaspor fəaliyyətimizin
güclənməsində gənclərin mühüm
rolu var”
Rəşad Bədirli: “Kiprdə
Azərbaycana qardaş ölkə kimi yanaşırlar, hər
bir problemimizdə yanımızda olurlar”
Azərbaycanda təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Hətta ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, həmin ölkələrdə diaspor nümayəndəsi kimi də ölkəmizi təmsil edirlər. Müsahibimiz həmin gənclərdən biri Şimali Kiprdə fəaliyyət göstərən Uluslararası Kıbrıs Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Rəşad Bədirlidir:
- Mən orta məktəbdə təhsil alarkən əslində hansısa xarici ölkədə təhsil almağı düşünməmişdim. Amma artıq 11-ci sinifdə oxuduğum müddətdə xaricdə təhsil alan tələbələrin Azərbaycanımızı necə təmsil etdiklərini gördüm və çox xoşuma gəldi. Mən də xaricdə Azərbaycanı təmsil etmək prinsipiylə xaricdə təhsil almağa yönəldim. Xarici ölkədə təhsil deyəndə ilk ağlıma coğrafiya dərsində keçdiyim ölkələr haqqında danışarkən mənə Kipr ölkəsinin əhalisi haqqında danışmaq düşdüyü ağlıma gəldi. Bu da məni qərara aparan bir yol oldu. Hazırda təhsil aldığım Uluslararası Kıbrıs Universitetində təhsil çox güclüdür. Hər bir tələbəyə bir kompyuter düşür. Dünyada internetin ən yüksək sürətli ölkəsi kimi tanınır. Dünyanın bir çox ölkələri tərəfindən tanınır. Bu ali təhsil ocağı ilə İngiltərənin “University of Sunderland” və “University of Wolverhampton” təhsil ocaqları arasında ikili diplom müqaviləsi bağlanıb. Onların əsas məqsədi ixtisaslarını mənimsəmiş tələbələr yetişdirməkdir. Hazırda təhsil aldığım təhsil ocağından çox məmnunam. 1997-ci ildə fəaliyyətə başlayan Uluslararası Kıbrıs Universiteti ingilis dilində tədris verən ali təhsil ocağıdır. Dövrün tələblərini ödəyən bütün texnoloji avadanlıqlar və müasir şəhərciklə təmin olunub. Tələbələrin bu universiteti seçməsinin əsas səbəblərindən biri UNESCO dünya universitetləri siyahısında olması, elektron kitabxana ilə milyonlarla kitaba yiyələnmə, 2 min nəfərdən artıq yataq tutumlu yataqxanalar və s. daxildir. Onu da qeyd edim ki, azərbaycanlı abituriyentlər üçün xüsusi paket hazırlanıb ki, bu da digər ölkələrin təhsil ödəniş məbləğinin yarısına bərabərdir. İlk vaxtlar danışıqla bağlı çətinlik çəkirdim. Müxtəlif ölkədən olan uşalqar var, hər biri də müxtəlif ləhcədə danışırlar. Tədricən öyrəşdim, indi hansı ölkədən olmasına baxmayaraq, bir-birimizi rahat başa düşürük.
- Siz
orada diaspor fəaliyyəti
ilə də məşğulsunuz. Bununla
bağlı nə deyərdiniz?
- Mən orada Azerbaijani Students and Alumni International
Form- Azərbaycan Tələbə Cəmiyyətinin
(ATC) üzvüyəm. Biz müxtəlif
tədbirlər həyata keçiririk. Bir çox universitetlərdə
Azərbaycanın bayramları, faciəli günləri ilə
bağlı tədbirlər təşkil edirik.
Bundan başqa qəzetlərdə, yaxud
televiziya proqramlarında
çıxış edirik. Ölkəmizlə
bağlı müxtəlif mövzularda, o cümlədən Qarabağın ermənilər
tərəfindən işğalı, bir
sözlə Azərbaycan haqqında bütün
reallıqları çatdırmağa
çalışırıq. Bir
sözlə, Azərbaycanın tanıdılması üçün əlimizdən gələni edirik. Bizim universitetdə xeyli sayda azərbaycanlı
tələbə təhsil alır. Biz daim bir-birimizlə əlaqə
saxlayırıq və seminarlar təşkil
olunduqda orada təhsil
alan bütün tələbələr
bir yerə toplaşırıq. Azərbaycanla
bağı məsələn, bir bayram tədbiri təşkil etdikdə
yalnız tələbələr deyil, orada yaşayan
soydaşlarımızı da dəvət
edirik.
“Təhsil
aldğım Uluslararası Kıbrıs Universiteti
bütün texnoloji avadanlıq, müasir şəhərciklə
təmin olunub. Universitet
UNESCO dünya universitetləri
siyahısında yer alır”
- Azərbaycana münasibətləri necədir?
- Orada yaşayan əhalinin Azərbaycanla bağlı münasibətlərinə
gəldikdə, Türkiyənin
ölkəmizlə bağlı
münasibətləri kimidir,
yəni çox müsbətdir. Bizim həmin ölkənin
prezidenti ilə də görüşlərimiz
olub. Hətta onun otağında
Azərbaycanın xəritəsi
var. Millət vəkili
Q.Paşayeva səfəri
zamanı ona ölkəmizin xəritəsini
hədiyyə edib.
Onlar bizə qardaş bir ölkə kimi yanaşırlar, hər bir problemimizdə
yanımızda olurlar.
- Gənclərimizin
diaspor fəaliyyətində
rolunu necə qiymətləndirirsiniz?
- Gənclərimizin diaspor fəaliyyəti bu gün göz qabağındadır. Bizim gənclər
dünyanın istənilən
ölkələrində Azərbaycanı
layiqincə təmsil edirlər. Bu gün diaspor fəaliyyətimizin daha da güclənməsində,
onların aktiv olmasında gənclərin
mühüm rolu var. Bizim Kiprdə digər ölkələrdən
olan gənclərlə
də yaxşı münasibətlərimiz var. Onların
da heç birinin ailəsi yanında yoxdur, hamı bir-biriylə bir ailədir. Bütün ölkələrdən olan
tələbələri dəvət
edirik, onlar da gəlir, bilmədiklərini öyrənirlər.
Orada dünyanın 28 fərqli
ölkəsindən tələbə
təhsil alır.
Orada təhsil alan
xarici tələbələr
Azərbaycana gəlmək
istəyirlər. Bildirirlər ki, universiteti bitirdikdən sonra Azərbaycana gələcəyik,
bizi orada ölkəni ətraflı
gəzdirin. Xüsusilə də “Eurovision” mahnı yarışmasında ölkəmizi
gördükdən sonra
çox xoşlarına
gəlib. Gəlmək fikirləri var, onlar bildirir ki, məzun olduqdan sonra birlikdə Azərbaycana gedək. Hətta mən ötən il iki Kipr vətəndaşını
Azərbaycana gətirmişdim,
çox məmnun oldular.
- Bakıda keçirilən son forumda
iştirak etdinizmi və bununla bağlı bir gənc olaraq təəssüratlarınız necədir?
- Bakıda keçirilən
Türkdilli ölkələrin
rəhbərlərinin forumunda
Kiprdən gec gəldiyim üçün
iştirak edə bilmədim. Orada azərbaycanlıların məzuniyyət mərasimində
iştirak etdim. Ancaq gəldikdən sonra forumla bağlı ətraflı məlumat topladım. Belə forumların keçirilməsi
çox müsbət
bir haldır. Çünki diaspor Azərbaycanı
xarici ölkədə
təmsil edir, onun reallıqlarını
çatdırır, ölkəmizi
təbliğ edir.
Başqa
xalqların ölkəmizlə
bağlı bilmədiklərini
onlara daha düzgün çatdırırlar.
Qurultaylarda diaspor təşkilatlarımızın
gələcək fəaliyyəti
ilə bağlı fikirlər səslənir.
Bu da bizim
gələcəkdə hansı
işləri görməmiz
üçün istiqamət
verir. Eyni zamanda bizi daha da ruhlandırır,
bu istiqamətdə daha çox çalışmağımız üçün həvəsləndirir.
Bu forumda da
gənclərin diaspor
sahəsində fəaliyyətinə,
xaricdə təhsili ilə bağlı məsələlərə toxunuldu.
Biz hər birimiz
diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının
çatdırılmasına, təbliğinə çalışmalıyıq,
ancaq ölkəmizdə
təşkil olunan bu qurultaylar, forumlar bizim bu sahədə fəaliyyətimizə daha
da təkan verir. Biz hiss edirik ki, dövlət də bizim fəaliyyətimizi
dəstəkləyir və
bu da bizi
güclü fəaliyyətə
sövq edir. Biz bu sahədə
fəaliyyətlərdən biri kimi internet şəbəkələr vasitəsilə
xaricdə yaşayan azərbaycanlılarla əlaqələr
yaradırıq. Məlumatları bir-birimizlə paylaşırıq.
Yaxud, Kiprdə olan tələbələr bir
yerə toplaşaraq layihə hazırlayırıq.
Onu xaricdəki digər tələbələrlə bölüşürük.
Onlar da bu məlumatları
paylaşırlar. Ökəmizlə bağlı daha geniş məlumat yaymağa çalışırıq.
- Hazırda
Bakıda tətildəsiniz. Gələcək planlarınız barədə nə deyərdiniz?
- Bir neçə müddətdir ki, Bakıya tətilə gəlmişəm. Ancaq eyni
zamanda mən hazırda “Millennium Tourism & Congress DMC» şirkətində çalışıram.
Mən ilin 4-5 ayı Bakıda olduğum vaxtda burada çalışıram,
bizi şirkətin universitetlə müqaviləsi
var, hətta tələbələri oraya
təhsil almağa göndərir. Hətta şirkətdə
çalışan bəzi
əməkdaşlar oranı
bitirib. Ümumiyyətlə, istərdim ki,
gənclərimiz daha aktiv olsunlar, fikirləşməsinlər ki,
sadəcə xaricdə
təhsil alıb qayıdım. Mən istərdim
ilk növbədə təhsil
alım, o ixtisasa yiyələnim, ölkəmizi
layiqincə təmsil edim. Mən buradan 2010-2011- ci
ildə getdim təhsil almağa. Ancaq hər gəldiyimdə ölkəmizdə yeni dəyişikliklərin şahidi
oluram. Azərbaycan sürətli inkişafda
olan bir ölkədir. Tez-tez dəyişiklər
baş verir, gündən-günə gözəlləşir.
Bütün bu baş verənlər bir gənc kimi bizi çox sevindirir.
Nigar Abdullayeva
Palitra.-2013.-6 avqust.-S.5.