“Azərbaycan gənci axtarışlar içərisindədir”

 

Fariz Xəlilli: “Milli-mənəvi dəyərlərin əhəmiyyətini dərk etmək, öyrənmək, öyrətmək hər bir insanın öz seçimi olmalıdır”

 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin yanvarından fəaliyyətə başlayıb. Birliyin sədri Fariz Xəlilli qəzetimizə müsahibəsində bildirdi ki, fəaliyyət istiqamətləri Azərbaycanın mədəni irsini öyrənmək və öyrənənlərə dəstək olmaqla bağlıdır.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

- Ümumiyyətlə, inkişafın təhsilin, dünyagörüşünün səviyyəsi ilə, milli-mənəvi dəyərlərin öyrənilməsinin vəziyyətilə bağlı olması heç kimə sirr deyil. Məşhur şairimiz Bəxtiyar Vahabzadənin gözəl misralarında deyildiyi kimi:

 

Biz tarixə sığışmadıq,

Dünən vardıq, bu gün varıq.

Biz keçmişdən gələcəyə

Gülə-gülə addımlarıq.

 

Amma bunu hər bir Azərbaycan vətəndaşı bilirmi? Yəni keçmişimizi, tariximizi, söykənməli olduğumuz, ayağımızı yerə bərk basmağa bizi haqlı edən səbəbləri bu torpağın hər yetirməsi öyrənə bilirmi? Biz istəyirik ki, bilsin, öyrənsin. O zaman hər kəs bu ölkənin inkişafının birbaşa iştirakçısı olar, müxtəlif elm sahələri ilə yanaşı, mədəniyyətimizin və incəsənətimizin, turizmin müxtəlif qolları inkişaf edər.

-Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- Bizim bütün layihələrimiz bu istiqamətdədir. Birliyimizin ən böyük layihəsi “Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi” layihəsidir. Bu layihənin gerçəkləşdirilməsinə 2010-cu ildə başlamışıq. Layihə MİRAS-ın təşəbbüsü və maliyyə dəstəyilə AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutuMilli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən gerçəkləşdirilməyə başlayıb. Ekspedisiyanın apardığı tədqiqatlar təkcə Ağsu şəhərinin tarixinin üzə çıxarılması ilə bağlı deyil, bütövlükdə Azərbaycanda və Cənubi Qafqazda son orta əsr şəhərlərinin həyatını, mədəni durumunu, dünya ilə əlaqəsini öyrənmək baxımından da əhəmiyyətli olub.

Bu layihəni hazırlayanda son məqsədimiz Azərbaycanın turizm marşrutlarından kənarda qalmış bu aran bölgəsinə ölkəmizin və dünyanın turistlərinin diqqətini çəkmək idi. Hesab edirəm ki, buna nail olmuşuq. Hazırda arxeoloji qazıntı sahəsində Azərbaycanda oxşarı olmayan turizm kompleksi fəaliyyət göstərir. İl ərzində oranı yüzlərlə turist ziyarət etməklə yanaşı, kompleksdə müxtəlif elmi və mədəni tədbirlər, arxeoloji turizm düşərgələri, mədəni irs turları təşkil olunur. Ağsu arxeoloji turizm kompleksinin bir mədəni dialoq mərkəzinə çevrilməsi istiqamətində işlərimiz davam etdirilir.

Qeyd etmək lazımdır ki, həm kompleksin yaradılmasında, həm də burada tədbirlərin, turların təşkilində, mədəni irsimizin öyrənilməsi prosesində gənclər yaxından iştirak edir. Belə tədbirlərə misal olaraq bu ilin may ayında keçirilmiş I MİRAS Rəssamlıq simpoziumunu qeyd etmək olar. Simpozium çərçivəsində kompleksə Bakıdan gəlmiş 10 peşəkar gənc rəssam bu sənətə həvəsi olan yerli gənclərlə görüşdülər, sənətin sirlərini paylaşdılar, birlikdə müxtəlif janrlı rəsm əsərləri yaratdılar.

Bundan başqa, ötən ildən başlayaraq, Ağsuda mədəni irs düşərgələri təşkil edirik. Sonuncusu elə bir neçə gün bundan əvvələ təsadüf edən düşərgələrdə əsasən tələbələr, gənc tarixçiarxeoloqlar, bu sahəyə marağı olan gənclər iştirak edirlər. Düşərgəyə qatılanlar həm orta əsr Ağsu şəhərində davam edən bərpa və konservasiya işlərinə qoşulur, həm yaxın bölgələrdəki tarix və mədəniyyət abidələrini ziyarət edirlər. Düşərgənin qonağı olan tarixçi alimlərin keçirdiyi seminarlar da gənclər tərəfindən maraqla qarşılanır.

Kompleksə Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri də səfərlər edirlər.

Ağsuda aparılan işlərin ən mühüm istiqamətlərindən biriaşkar olunan tarixi-mədəni sərvəti ən müxtəlif üsullarla ölkə və dünya ictimaiyyətinə çatdırmaq, onların əhəmiyyətinə qiymət verilməsinə nail olmaqdır. Bu məqsədlə də Ağsuda, Bakıda, Türkiyənin və Avropa ölkələrinin müxtəlif şəhərlərində sərgilər, konfranslar, seminarlar təşkil edirik. Bu işlər içərisində 3 cildlikAğsu şəhəri orta əsrlərdə” kitab-albomunun və digər kitab və broşülərin nəşri, minlərlə eksponatın elektron pasportlaşdırılması, qazıntı sahələrinin 3D formatında vizuallaşdırılması, sənədli filmlərin çəkilməsi, KİV təmsilçilərinin kompleksə infoturlarının təşkili, Bakıda universitet, orta məktəb, kitabxana və muzeylərdə tanıtım seminarlarının keçirilməsi də var.

Dünyanın hansı ölkəsində bizim sahəmizə uyğun elmi konfrans, simpozium keçirilirsə, biz orada iştirak etməyə, öz tapıntılarımızı dünya elm ictimaiyyətinə təqdim etməyə çalışırıq. İştirak etdiyimiz elmi tədbirlərin bir çoxunu da Azərbaycana gətirməyə nail olmuşuq. Belə ki, 2012-ci ildə İtaliyanın Milan şəhərində 6-cısı keçirilən “Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsisimpoziumunun 7-cisini 2013-cü ilin mayında Bakıda keçirmişik. 2014-cü ildə “Mədəni İrsin Konservasiyasında Gənclər”- YOCOCU beynəlxalq konfransını Azərbaycanda keçirməyə hazırlaşırıq və s.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

- Layihələrimizi davam etdiririk. 2013-cü ildə tələbələr arasında Mədəni irs Olimpiadası keçirmişik. Üç mərhələdə gənclərin bu istiqamətdəki biliklərini yoxlayıb, sonda qalibləri mükafatlandırmışıq. Bundan başqa, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyilə “Azərbaycanın tarix və mədəniyyət abidələri: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” adlı layihəmizi həyata keçirmişik. Layihə çərçivəsində Azərbaycanın 2 bölgəsində - Gəncə-Qazax və Şirvanda tarix və mədəniyyət abidələri ilə bağlı araşdırmalar aparmışıq. Məlum olub ki, bəzi bölgələrdə heç yerli əhalinin özüorada olan abidələri tanımır. Keçirdiyimiz monitorinq və sorğuların nəticələri ekspertlər tərəfindən qiymətləndirilib. Layihənin nəticələrini, mütəxəssislərin tövsiyələrini kitab şəklində nəşr edib geniş oxucu kütləsinə çatdırmışıq. Eyni zamanda, tarix və mədəniyyət abidələrimizə ictimai münasibəti əks etdirən videoçarx da hazırlamışıq.

Birliyimizin dövri nəşri olanMiras” elmi-kütləvi jurnalının 7-ci sayı üzərində gedir. Bu ilin sonu, gələn ilin əvvəllərində keçirməyi planlaşdırdığımız bir sıra yerli və beynəlxalq konfranslara hazırlıqla bağlı işlərimiz davam edir.

-Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan gənci axtarışlar içərisindədir. Qərbin demokratiyaya əsaslanan yüzillik dəyərlərini mənimsəmək və bunu Şərqin ruha yönəlik mənəviyyata əsaslanan minillik dəyərləri ilə yoğurub Azərbaycanın bayrağında görünən rəngarəngliyin təcəssümünə çevrilmək istəyidir. Azərbaycan gəncinin istəyi. Qloballaşan dünyada milli kökdən gələn dəyərlərini lazımınca öyrənib, onunla əməl etmək və başqalarına örnək olmaq asan deyil, gəncimiz bu mənəvi-əxlaqi vəziyyəti müəyyən etməyə, özü olmağa heçasan nail olmur, bəzən də ola bilmir. MİRAS-ın da ideyası odur ki, gəncimiz, gənc dostlarımız kökümüzdən gələn gözəlliklərdən vaqif olsun, bizə başqa mənbələrdən təlqin və təlim edilənlərin elə öz dəyərlərimizdən ibarət olduğunu anlasın, qəbul eləsin və inkişaf etdirsin.

- Qloballaşma gənclərin milli şüuruna necə təsir edib?

- Müsbət təsirlər də var. Amma daha çox müşahidə olunan odur ki, gənclərimiz başqa ölkələrdə yaşayan yaşıdlarının həyatının yalnız görünən, yüngül tərəflərini götürürlər. Yəni geyim tərzini, dinlədikləri musiqiləri, əyləncələrini əxz edirlər. Amma dərinliyə varmırlar. Bir gəncin həyatda istədiyi hər şeyə nail olması üçün hansı zəhmətlər çəkməsi ilə, necə təhsil alması, karyerasını necə qurması ilə maraqlanmırlar. Nədənsə gənclərə elə gəlir ki, həyatın bu dönəmini valideyn himayəsində, qayğısız, əyləncələrlə və s. keçirmək olar. Sonrası öz-özünə yoluna düşəcək. Əlbəttə, bunu hamıya aid etmək olmaz. Müasir dünyayla şüurlu şəkildə ayaqlaşan, həm özünün, ailəsinin, həm də vətəninin gələcəyini düşünən gənclərimiz də var. Cəmiyyət üçün faydalı olmağın önəmini dərk edən belə gənclər MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri arasında da çoxdur.

- Bildiyimiz kimi, bu gün Azərbaycan dünyada həm də tolerant ölkə kimi tanınır. Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olarmı?

- Azərbaycan tolerant ölkədir, bunun tarixdən gələn əsasları var. Bütün orta əsr şəhərlərimizdə qeyri-müsəlman məhəllələri olub, müsəlman hökmdarlar onların zamini kimi çıxış ediblər. Yəhudilər atəşpərəstlər Azərbaycanda yaşayıblar əsərləri indiyə kimi müxtəlif bölgələrimizdə durur. Odur ki, tolerantlıq ənənəsi bizim milli-mənəvi dəyərimizdir. Xüsusilə islamda sufizm ənənələrinin geniş yayıldığı əsas sufi məktəblərinin yarandığı bir bölgə olduğu üçün Azərbaycan sanki tolerantlıq modelini müəyyən edib. Düzdür, sufizm indi cəmiyyətimiz tərəfindən tam anlaşılmasa da, sufizmin insanımıza yüzillərlə sirayət etmiş nəfəsi, ruhudur bizi başqalarından fərqləndirən. Bu il UNESCO tərəfindən Seyid Yəhya Şirvani ilinin elan olunması bu baxımdan bizim dəyərlərimizə verilən qiymətdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın başlatdığı işlər təqdirəlayiqdir bizim kimi ictimai sektor nümayəndələrinə stimul verir.

-Milli kimliyin formalaşmasında milli-mənəvi dəyərlərin kimi rolu var?

- Düşünürəm ki, bizim milli kimliyimizin ən əsas pasportu, görüntüsü bizim uğruna çalışdığımız üç rəngli bayrağımızdır. MİRAS İctimai Birliyi olaraq hər il biz Dövlət Bayrağı Gününü xüsusi tədbirlərlə yad edirik, bayrağımızı mədəni irsimiz hesab edir, onun rəmzlərinin doğrultusunda fəaliyyət göstəririk. Azərbaycanın türk dünyasında öz türk kimliyi, müasir dünyada azad demokratik millət kimliyi islam dünyasında müsəlman kimliyi ilə birlik yarada bildiyi bunu dəyərə çevirdiyi müxtəlif platformlarda səsləndirilir müstəqil araşdırmalarda əksini tapır.

- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Hər kəs özündən başlamalıdır. Milli-mənəvi dəyərlərin əhəmiyyətini dərk etmək, öyrənmək, öyrətmək hər bir insanın öz seçimi olmalıdır. O zaman övlad valideynə, şagird müəllimə baxıb, bu dəyərləri qoruyacaq, gələcəyini onların üzərində quracaq.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-5 sentyabr.-S.11.