Aliyə Məmmədova:

“Bəstəkarlar İttifaqına qəbul

olunan bəstəkarların sırasında

gənclər üstünlük təşkil edir

 

Azərbaycan Bəstəkarlar İttifaqının Gənclərlə iş bölməsi üzrə katibi, gənc bəstəkar Aliyə Məmmədovadır.

-Aliyə xanım, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyət planlarında hansı tədbirlər görülür? Üzv olan gənc bəstəkarların yaradıcılıqlarına hansı səviyyədə diqqət ayrılır?

-2007-2013-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının prioritet fəaliyyətinin istiqamətlərindən biri gənclərin yaradıcılığı ilə bağlıdır. İlk olaraq onu qeyd edim ki, 2007-2013-cü illər ərzində Bəstəkarlar İttifaqına qəbul olunmuş bəstəkarların sırasında gənc bəstəkarlar üstünlük təşkil edir. Onlardan Firudin Allahverdinin, Nərminə Nağıyevanın, Kəmalə Əlizadənin adlarını çəkmək olar.

Hələ 2007-ci ilin noyabr ayında üç gün ərzində davam edən “Gənc bəstəkarların yaradıcılığına baxış”da 11 gənc bəstəkarın əsərləri ifa olunub.

2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında gənc bəstəkarların yaradıcılığı “Gənclər avanqardda” adlı xüsusi konsert proqramında təqdim olunub. Bu müsabiqədə gənc bəstəkar Rüfət Xəlilovun simfonik orkestr üçünRapsodiya” əsəri I mükafata layiq görülüb. 2012-ci ilin noyabr ayında Almaniyada keçirilən festivalda gənc bəstəkarlar Türkər Qasımzadə, Ayaz Qəmbərli, Rahib İbişov, Firudin Allahverdi, Səyid Qəninin əsərləri ifa olunub.

Bu ilin aprel ayında Ukraynada Azərbaycan Mədəniyyəti günləri keçirildi. İki günlük konsert proqramında birinci gün kamera musiqisindən, ikinci gün simfonik musiqidən ibarət konsert proqramı ilə çıxış etdik. Kamera musiqilərinə əsasən Azərbaycanın gənc bəstəkarları Rüfət Xəlilovun, Firudin Allahverdi, Ceyhun Allahverdiyevin əsərləri daxil idi. Xalq çalğı alətləri üçlüyübu konsert proqramında çıxış etdi. Tarzən Sahib Paşazadə, kamança ifaçısı Çinarə Mütəllibova kimi gənc və istedadlı ifaçıları belə mötəbər konsertlərə cəlb etməyə çalışırıq. Onlar həm xalq musiqisini, həm də Azərbaycan bəstəkarlarının məhz milli alətlər üçün yazdıqları əsərlərini səsləndirdilər.

Bu il həmçinin Azərbaycan Bəstəkarlar İttifaqında Ü. Hacıbəyli adına Konsert salonunda keçirdiyimiz gənc bəstəkarların kamera əsərlərindən ibarət 2 hissəli plenumda gənc bəstəkarlar Ülkər Məmmədlinin piano üçünPolifonik məcmuə” əsəri, Əli Geranmehrinin klarnet, violin və violonçel üçünPyesi, Kəmalə Əlizadənin piano üçün “Venesiyanın musiqili təəssüratları”, Kamran Nəsirovun hoboypiano üçünElegiya”, Fərid Fətullayevin piano üçün “3 Prelüd”,Orxan Haşımovun klarnetpiano üçün 2 hissəli “Sonata”, Sevinc Əliyevanın piano üçünVariasiyalar”, Xədicə Zeynalovanın violonçel üçün “Xatirələr və təəssüratlar”, Rohat Cebenin piano üçünDuyğuluduyğusuz klasterlər”, Rüfət Xəlilovun klarnet, violinviolonçel üçün “2 Pyes” və mənim violin üçün yazılmış “Şövq” əsərim ifa olundu. Bu plenumun ərsəyə gəlməsində Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasovun əməyini qeyd etmək istəyirəm. Həmçinin, plenumda əsərləri ifa olunan gənc bəstəkarlar sırasında hal-hazırda Cəlal Abbasovun bəstəkarlıq sinfinin yetirmələri iştirak edirdi.

Ümumiyyətlə, Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə ” bölməsinin fəaliyyəti təqdirə layiq sayıla bilər. Çünki nəzərdə tutulan bütün tədbirlər vaxtında və ən əsası səmərəli surətdə həyata keçir.

- Bu gün gənc bəstəkarların yaradıcılıqlarında hansı əsərlərə daha çox diqqət yetirilir?

- Əsas amilə diqqət yetirsək, həm Bəstəkarlar İttifaqı tərəfdən, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfdən gənclərə böyük diqqət göstərilir. Bu ilin fevral ayında Gənclər Günü münasibətilə keçirilən tədbirdə gənc bəstəkarların bir neçə nümayəndəsinin əsərləri simfonik orkestr tərəfindən ifa olunub. Məsələn, Pikə Axundovanın, Ülkər Məmmədlinin, Eldar Məmmədlinin və başqalarının əsərləri ifa olunub. Düşünürəm ki, bu gənclərin yaradıcılıqlarına verilən ən böyük qiymətdir. Nazirliyin keçirdiyi bu tədbirdə onların yalnız simfonik əsərləri ifa olunub. Ancaq biz kamera instrumental əsərlərə üstünlük veririk. Çünki ifaçıların cəlb olunması, əsərlərin qısa müddətdə ifa olunması, kiçik tərkiblər üçün daha realdır. Trio, kvartet, fortepiano üçün əsərlər zalın ab-havasına, akustikasına uyğun gəlir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-13 sentyabr.-S.13.