Teatrlarımız yeni mövsümə necə hazırlaşıb?

 

Azərbaycan teatrının 141-ci mövsümünün başlamasına bir neçə gün qalıb

Ənənəyə sadiqlik

Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədovun sözlərinə görə, bu sənət ocağı yeni mövsümü sentyabr ayının 15-də, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin pyesi əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Lənkəran xanının vəziri” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı iştirak edirlər.

OperaBalet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyir ki, sentyabrın 2-də teatrın kollektivi yay istirahətini başa vurub, işə başlayıb: “Mövsümü sentyabr ayının 18-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə açacağıq. Bu teatr mövsümü ərzində bir neçə tamaşaların premyerası gözlənilir. Hazırda onlar üzərində gedir. İlk premyeramız sentyabrın 21-də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək. İtalyan bəstəkarı DonesettininSevgi şərbəti” operasını təqdim edəcəyik.

Tamaşaya quruluş vermək üçün teatrın rəhbərliyi Ukraynadan Nikola Trityanı dəvət edib. Bundan başqa, balet truppamız da yeni tamaşa üzərində çalışmağa başlayıb. Bu məqsədlə noyabr ayında rusiyalı xoreoqraf Nadejda Malugina ölkəmizə gələcək. Məhz o yeni balet tamaşasının quruluşunu həyata keçirəcək. Güman edirəm ki, ilin sonuna kimi həmin tamaşanın premyerası olacaq.

Yeni mövsümə teatrlarımızda hazırlıqlar davam edir. Bəs bu mövsümdə tamaşaçıları hansı tamaşalar gözləyir?

Daha bir layihəmiz alman mütəxəssisləriylə birgə gerçəkləşəcək. Onlarla PuçinininDi Todaro” operasını səhnələşdirəcəyik. Ona görə Almaniyadan həm rejissor, həm də dirijor oktyabr ayında Bakıya gələcək. Bir sözlə, mövsümün sonuna kimi bir neçə tamaşa üzərində işlər gedəcək və premyeralar olacaq”.

Teatr rəsmisinin sözlərinə görə, yeni mövsümdə kollektiv səfərlər gözlənilmir: “Avqust ayında simfonik orkestrimiz Almaniyada keçirilən Beynəlxalq Opera Sənəti Festivalında iştirak edib. Çox uğurlu səfər idi. Hələlik kollektiv səfərlərimiz gözlənilmir. Amma ayrı-ayrılıqda sənətçilərimiz müxtəlif səfərlərdə iştirak edəcəklər”.

Yuğ” “Sərhəd”dən

başlayır

Yuğ” teatrının direktoru Tərlan Rəsulov deyir ki, teatr mövsümü sentyabr ayının 21-də “Sərhəddə” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru əcnəbi rejissordur: “Bu tamaşa beynəlxalq müştərək prodüser layihəsi əsasında hazırlanıb. Yəni, Polşanın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Yuğ” Dövlət Teatrı, AR Production, A.Mitskeviç İnstitutuprodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə həyata keçirilib. Polşalı rejissor Tomaş Leşçinski Yuğ Teatrında Slavomir Mrojekin pyesi əsasında hazırladığı “Sərhəddə” adlı tamaşanın quruluşçu rəssamı Elena Lola LoliPolşadan dəvət olunub. Mrojekin əsəri əsasında hazırlanmış “Sərhəddə” tamaşası cəbhələrə, sərhədlərə bölünmüş, müharibələrə, qətllərə, terrorlara meydan olmuş dünyanın çağdaş mənzərəsinin obrazlı şəkildə təqdim olunması ilə əlamətdardır. Rejissor abstrakt şəkildə təqdim etdiyi hadisələr xətti ilə qloballaşma dövründə dünyada baş verən sosial, ictimai hadisələri gündəmə gətirir”. Direktor deyir ki, “Yuğda ilboyu yeni tamaşalar hazırlanır: “İl başlayandan üç-dörd tamaşa təhvil vermişik. Ümid edirəm ki, ilin sonuna kimi iki tamaşa da təqdim edəcəyik”.

 

PantomimaNo

comment”lə başlayır

Azərbaycan Dövlət Pantomima Teatrı 20-ci teatr mövsümünü sentyabrın 21-də xalq artisti Bəxtiyar Xanızadənin “No comment” tamaşası ilə açacaq.

Teatrın direktoruaktyoru Elman Rəfiyevin sözlərinə görə, tamaşada xarici telekanallarda yayımlanan “no comment” (“şərhsiz”) kadrların ümumi mahiyyəti təqdim olunacaq. O deyir ki, qeyri-adi tamaşanın əlli faizini işıq, əlli faizini isə aktyor oyunu təşkil edir. Direktorun sözlərinə görə, bu il həm də Pantomima Teatrının 20-ci mövsümünə təsadüf edir: “Mövsümün ilk ayı müxtəlif tamaşalarla yadda qalacaq. Sentyabrın 22-də rejissor Bəxtiyar Xanızadənin “Pantomima buketi”, sentyabrın 23-də “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Dəli Domrul” tamaşaları nümayiş etdiriləcək. Sentyabrın 29-da isə balacalar A. EkzüperininBalaca şahzadə”, böyüklər isə Səbirə Hacıyevanın “Dejavü” tamaşasına baxa biləcəklər. Təqdim edəcəyimiz səhnə əsəri uşaqlarda dostluq münasibətlərinin yaranması və qorunması fikirlərini aşılamaq məqsədini daşıyır. Bu dünyada dost tapmaq çətindir, tapandan sonra isə onu qorumaq lazımdır. Tamaşanın tərbiyəvi əhəmiyyəti budur. Tamaşanın musiqi tərtibatı mənə məxsusdur. Rollarda Solmaz Bədəlova, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Səbirə Həsənova, əməkdar artist Elman Rəfiyev, Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov çıxış edəcəklər”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü sentyabrın 18-də “O olmasın, bu olsun” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə, kukla ustası Tatyana Melnikovadır.

 

Bakı Uşaq Teatrı böyüklər üçüntamaşalar

hazırlayıb

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bildirdi ki, yeni mövsümün açılışını sentyabrın 26-da Bakıda yerləşən dövlət teatrlarının birində edəcəklər: “Hansı teatr bizə yer versə, orda “Əşxas” tamaşasını nümayiş etdirəcəyik. Bizim böyüklər üçün kifayət qədər tamaşalarımız var. Bu il uşaqlar üçün nağıl-tamaşalar hazırlamağı nəzərdə tutmuşuq. Bizim teatr uşaqların təlim-tərbiyə müəssisələrində çox olur, təxminən tələbatın nədən ibarət olduğunu öyrənir və ona meylli tamaşalar hazırlayır. Ona görə də otaqlarda oturub repertuar müəyyənləşdirməyin qəti əleyhinəyəm”.

 

Bu teatr mövsümün ilk

qastrol səfərini

Həştərxandan başlayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirdilər ki, teatr bu il sentyabr ayının 21-də tamaşaçılarla görüşə gələcək. İlk tamaşa Aleksey TolstoyunBuratinonun macəraları” pyesi əsasında hazırlanacaq. Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç, quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliçdir. Həmin gün ikinci seansda Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Müharibə” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Ayın 22-də teatr A.LindqreninBalacadamda yaşayan Karlson”, Dario Fonun “İtalyansayağı xoşbəxtlik”, ayın 28-də Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”, H.CavidinŞeyx Sənan”, 29-da isə B.Marvinin “Yatmış gözəl” və C.Cabbarlının “Aydın”, tamaşalarını nümayiş etdirəcək.

Teatrın kollektivi mövsümün ilk qastrol səfərini Həştərxandan başlayacaq. Belə ki, truppa sentyabr ayının 30-dan oktyabr ayının 2-ə dək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabr ayının 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın “Ana qaz”, L.Nurenin “Müharibə” və P.ZüskindinKontrabas” tamaşaları ilə çıxış edəcək.

2013-cü ilin sonuna kimi teatrda iki yeni tamaşanın təqdim olunacağı müjdəsini verib: “Onlardan biri Əli Əmirlinin ”Hasarın o üzü" pyesi, digəri Nicat Kazımovun quruluş verdiyi A.Şaiqin “Danışan gəmi” pyesidir. Növbəti ilin yeni tamaşalarının təsdiqi isə noyabr ayında olacaq". “Hasarın o üzüpyesi mövzu baxımından Azərbaycan ədəbiyyatında, dramaturgiyasında bir ilk hesab edilir. Tamaşanın quruluşçu rejissoru B.Osmanov, bəstəkarı Siyavuş Kərimidir. Onu da qeyd edək ki, gələn ilin iyun ayına qədər nəzərdə tutulan pyeslər səhnələşdirilsə tamaşaçıları çox maraqlı pyeslər gözləyir. Teatrın aktyorları üçünçox maraqlı rollar düşünülüb.

 

Nigar Abdullayeva

Palitra.-2013.-13 sentyabr.-S.11.