İtaliyada bəstəkar və pianoçu kimi Azərbaycan musiqisini təbliğ edirəm”

 

Kəmalə Əlizadə: “Dövlətin dəstəyi sayəsində bütün incəsənət sahələrində istedadlı gənclərin üzə çıxması və inkişafı sevindirici haldır”

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Kəmalə Əlizadədir.

-Kəmalə xanım, sizin üçün bəstəkarlıq sənəti musiqi dünyasının hansı məqamında yer alıb?

-Bəstəkarlıq sənəti çox çətin, çox məsuliyyətli sənətdir. Bəstəkar daima axtarışda olub, özünü axtarır. Kiçik musiqi formasından tutmuş, iri formalara qədər əsərlər yaradır. Bəstəkar musiqi bəstələməyəndə, mənəvi boşluq hiss edir. Əsərin bəstəsini bitirdiyi vaxt isə xoşbəxtlik duyur və əsər uğurla səsləndikdən sonra daima uğuru hiss etmək istəyir.

-Bu gün bəstələdiyiniz əsərlər sənət yolunuzda hansı izləri yaradır?

-Bəstəkarın yazdığı hər əsər, onun yaranma prosesi, konsertdə səslənməsi, auditoriya tərəfindən yüksək qarşılanması, bəstəkarın sənət yolunda öz izini qoyuro, bundan bəhrələnərək yeni əsərlər yazır, yeni uğurlar qazanmağa çalışır. Bəstəkarın yaratdığı musiqinin səhnədə ifası bəstəkarın yaşaması deməkdir.

-Musiqiyə gəlişiniz və bu sahədə uğurlarınız haqqında...

-Mən ilk əsərlərimi 4 yaşım olarkən yazmışam-rəqs və lay-lay. İlk dinləyicim isə anam Tamilla Əsədova olub. O, Bülbül adına orta ixtisas musiqi məktəbində piano üzrə müəllimədir . Məhs anam musiqyə olan həvəsimi duyub, məni böyük bacım Güneli Konservatoriyaya, bəstəkar Sevda İbrahimovanın hazırliq sinfinə aparib. İlk müəllimim Sevda xanım olub. O, bizim üçünMehriban bacılarmahnısını bəstələdi. Biz bu mahnını radio televiziyada dəfələrlə ifa etmişik. Daha sonra isə Bülbül adına orta ixtisas məktəbinə, piano üzrə Nailə Rəcəbovanın sinfinə daxil oldum fortepiano üzrə bir çox müsabiqələrin laureatı oldum. Məktəbi uğurla bitirdikdən sonra

11 imtahan verib əla qiymətlərlə Baki Musiqi Akademiyasına daxil oldum . Tələbəlik illərində böyük orkestr fortepiano üçün konsert, simfoniya, balet suitası, kvartet, prelüdlər, kamera suitası s. əsərlər yazmışam. Aspiranturanı bitirdikdən sonra İtaliyada bəstəkar Antonio Cacomentinin sinfində bəstəkarlıq kursunu keçmişəm. Əsərlərim İtalyada, Hollandiyada, Çində, Yaponiya ABŞ-da uğurla səslənib. Keçən il İtaliyada əsərlərim iki kitaba daxil edilib. “Senza leggioadlı kitaba Pssakaliya adli kamera orkestri üçün yazdığım əsərim Antologia di cori Brescianiadlı kitaba xor üçün yazılmış əsərim daxil edilib.

2006-cı ildən İtaliyada bəstəkar pianoçu kimi konsertlər verib tamaşaçıları dünya bəstəkarlarıyla yanaşı, Azərbaycanın dahi bəstəkarları olan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikovun əsərləri ilə tanış edir Azərbaycan musiqisini təbliğ edirəm. Konsertlərin sonunda öz əsərlərimi ifa edirəm.

-Sizin fikrinizcə, hansı incəsənət sahəsində gənclərin inkişafı yüksək səviyyədədir?

- Doğrusu, bütün incəsənət sahələrində gənclərin inkişafını görürəm. Dövlətin qayğı dəstəyi sayəsində bütün incəsənət sahələrində istedadlı gənclərin üzə çıxması onların yüksək səviyyəyə çatması sevindirici bir haldır...

-Bəstələdiyiniz əsərlərdə üstün tutduğunuz mahiyyət nədədir?

-Səmimilik.

-Sizin həyat yoldaşınız italiyalı bəstəkardır. Bir az tanışlığınız haqqında...

-2006-cı ildə İtaliyan səfirliyi tərəfindən təqaüdə layiq görüldümdahi tenor L.Pavarottinin doğulduğu Modena şəhərində Oratsio Vekkii adına konservatoriyada bəstəkar Antonio Cakomettinin sinfində bəstəkarlıq staj kursları keçdim. Yoldaşım da həmin professorun tələbəsi idi. Birlikdə çoxsaylı proyektlərdə iştirak etmişik. 2007-ci ildə İtaliya-Azərbaycan əməkdaşlığının 15 illiyinə həsr olunmuşConcerto del 40 simo parallelo” adlı konsert, M. Maqomayev adına filarmoniyada uğurla səsləndi. Konsert haqqında reportaj dəfələrlə İtalyanın televiziya kanallarında yayımlanıb. “Streghe” adlı uşaq operası, teatrkinolara yazdığımız musiqi və sairə proyektlərdə birgə iştirak etmişik.

Azərbaycanın İtaliyadaki səfiri cənab Vaqif Sadıxovun rəhbərliyi ilə, ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş gecəni yoldaşım Stefano Muskaritoloyla birlikdə İtaliyanın Modena şəhərindəki San Karlo adlı teatırda təşkil etmişdik. Yoldaşımla sənət və həyat yolum buradan başladı.

-Ömrünüzün bu gənc çağında notların səsi sizə nəyi tərənnüm etdi?

-Çox şeyi... Sözlə ifadə olunmur.

-Azərbaycanın təhsilli vətəndaşı olaraq cəmiyyətin inkişafına baxışınızı bilmək istərdik.

- Müasir Azərbaycan Respublikasının istənilən sahələrində olduğu kimi , musiqi sahəsində də dinamik inkişaf artiq göz gabağındadır. Mən bir Azərbaycan vətəndaşı olaraq, hər an xalqımızın qədim mədəniyyəti ilə fəxr etmişəm .

Bu gün Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın incəsənət sahəsində olduqca dəyərli və vacib işlər görməsi mənə qürur verir. Mədəniyyət sahəsinin inkişafına yönəlmiş dövlət proqramının mükəmməl qaydada təşkil olunmasının nəticəsində, Azərbaycan musiqisinin, xalqımızın qədim muğam sənətilə yanaşı Azərbaycan bəstəkarlarının əsərlərinin dünya ictimaiyyətinə çatdırılması , respublikamızda keçirilən beynəlxalq festival və müsabiqələrinin keçirilməsi nəticəsində, gənclərimizin incəsənətə marağının artırılmasına gətirib çıxarır.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-24 sentyabr.-S.13.