Ruhiyyə Aslanova: “Azərbaycan mətbəxi barədə maarifləndirmə vacibdir

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanovadır.

-Təşkilatınızın son fəaliyyətləri barədə məlumat verərdiniz.

- Azərbaycan Maarifçi Gənclər Təşkilatı artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi gənclər arasında bütün sahələrdə maarifçilik işinin aparılmasıdır. Təşkilatımız 20 il ərzində bu sahədə bir çox layihələr həyata keçirib. Layihələr bütün sferadan olan gəncləri əhatə edib. Belə ki, kimsəssiz və valideyn himayəsindən qıraqda qalmış, əlil və fiziki qüsurlu, qaçqın və məcburi köçkün, məhbəsdə olan, region gəncləri bura daxildir.

Azərbaycan Maarifçi Gənclər Təşkilatı bu gün də belə layihələri davam etdirməkdədir. İyun ayında “World VizionHumanitar Təşkilatının maliyyə dəstəyi ilə əlil və fiziki qüsurlu uşaqların əl işlərinin sərgisi təşkil edilib. Layihə çərçivəsində 25 nəfər gəncin əl işləri və rəsm sərgisi “Park Bulvar” AVM-də təşkil edilib. Tədbirdə millət vəkilləri, incəsənət xadimləri də iştirak edərək əlillərlə həmrəy olduqlarını göstəriblər. Sonda gənclərin rəsm və əl işlərinin yarmarkası təşkil edildi.

Qeyd etmək istəyirəm ki, bu il də Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yeni layihələrin maliyyələşdirilməsi barədə müsabiqə elan etmşdilər. Təşkilatımız hər iki müsabiqəyə qoşulmaq üçün layihə ilə müraciət etdi. Sentyabr ayında layihələrin hər ikisi qaliblər sırasında özlərinə yer aldılar. Hal-hazırda layihələr üzrə işlər aparılır.

- Gənclər və İdman Nazirliyi ilə birgə layihəniz hansı mövzuya həsr olunub və hansı tədbirləri nəzərdə tutur?

- Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin adı “Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək”dir. Bildiyimiz kimi , 2013-cü ildə Qarabağın və Azərbaycanın daha yeddi rayonunun Ermənistan tərəfindən işğal olunmasının 20 ili, bəzilərinin isə 21 ili tamam olur. Bu müddət ərzində kiçik yaşlarında doğma torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilmiş gənc nəsil formalaşıb. Azərbaycan dövləti və hökuməti qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlamaqla yanaşı, qaçqın və məcburi köçkün gənclərə xüsusi qayğı ilə yanaşır. Dövlətin qayğısı sayəsində qaçqın və məcburi köçkün gənclər yaxşı təhsil alıb, müxtəlif peşələrə yiyələnib və fəaliyyət göstərdikləri sahələrdə nailiyyətlər əldə edərək doğma Azərbaycanımızın inkişafına öz töhfəsini verirlər. Ata-baba torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkün gənclər hazırda ölkəmizin müxtəlif rayonlarında məskunlaşıblar. Halbuki, onların ata-babaları uzun illər qonşu olmuş, bir-birləri ilə sıx təmasda yaşayıblar. Bu gün qaçqın və məcburi köçkün gənclər öz yaxınlarından, qonşularından, dostlarından uzaqda pərakəndə halda yaşayır, bir-biri ilə sıx təmas imkanından məhrumdurlar. Bu gənclər aralarında olan mənəvi bağların qorunub saxlanmasına və daha da gücləndirilməsinə, bir-biri ilə sıx təmasda olmasına ehtiyac var. Bu gün belə gənclərin bir-biri ilə bölüşmək istədikləri bir sıra məsələlər var: qaçqın və məcburi köçkün kimi keçirdikləri illər, doğma torpaqla bağlı xatirələri, erməni işğalçıları ilə mübarizədə qəhrəmanlıq nümayiş etdirmiş həmyerliləri barədə fikir mübadiləsi. Layihə qaçqın və məcburi köçkün gənclər arasında inteqrasiyanın gücləndirilməsi, onların özlərinin həyat təcrübələri ilə bölüşməsinin bu kateqoriyadan olan vətəndaşlarımızın mənəvi-psixoloji durumunun daha da yaxşılaşmasına töhfə verəcəyinə inanırıq. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var ki, onların da təqribən 30%-ni, yəni 300 mindən artıq hissəsini gənclər təşkil edir. Bu gənclər ata-baba evlərini çox kiçik vaxtlarında tərk etməli olublaro dövrdə sürdükləri həyat tərzi, yaşanan hadisələr, doğma torpaq uğrunda həmkəndlilərinin apardıqları mübarizə barədə yaşlı nəsildən eşidiblər. Layihə çərçivəsində Azərbaycanın işğal olunmuş rayonlarında doğulmuş gənclərin böyüklərindən eşitdikləri unikal hadisələr, ötən 20 ili necə yaşadıqları, doğma torpaqlarının yetişdirdiyi qəhrəmanlar və onların şücaətləri, hazırda cəmiyyət həyatında nə kimi mövqe tutduqları və onların qarşıya nə kimi məqsədlər qoyduqları barədə fikirlərini özündə əks etdirən kitab hazırlanaraq çap ediləcək. Kitabın qəhrəmanları qaçqın və məcburi köçkün gənclər özləri olacaq, onlar öz talelərini danışacaq, həyatda qazandıqları uğurları bölüşəcək. Kitabda işğal altında olan rayonların hər birindən bir neçə nəfər gəncin xatirələri ilə yanaşı, işğal olunmuş rayonların tarixi, coğrafiyası, təsərrüfatı, mədəniyyəti barədə məlumatlar da yer alacaq. İşğal altında olan rayonlarda doğulmuş və hazırda respublikanın müxtəlif rayonlarında yaşayan qaçqın və məcburi köçkün gənclər bu xatirələrdə özünü görəcək, “qəhrəmanın” uğur faktorunu özü üçün də sınayacaq. Beləliklə, bu kitab qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların və inteqrasiyanın güclənməsinə gətirib çıxaracaq. Kitab nəşr olunduqdan sonra burada xatirələri yer almış qaçqın və məcburi köçkün gənclərin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

-Ümumiyyətlə, təşkilatınızın məcburi köçkün və qaçqın problemi ilə bağlı hansı fəaliyyət istiqaməti var?

- Azərbaycan Maarifçi Gənclər Təşkilatının əsas missiyalarından biri də Azərbaycanda qaçqın və məcburi köçkün problemi mövcud olduğu müddət ərzində bu qrupdan olan gənclərlə sıx işləməkdir. Bu layihədən xüsusilə pərakəndə halda hazırda Azərbaycanın müxtəlif rayonlarında yaşayanbir-biri ilə sıx əlaqə saxlaması ya mümkün olmayan, ya da ki nadir hallara təsadüf edən qaçqın və məcburi köçkün gənclər bəhrələnəcəklər. İşıq üzü görmüş kitabda gənclər müxtəlif yerli və beynəlxalq təşkilatlara öz müraciətlərini edəcəklər. Layihəin davamı kimi kitabın digər əcnəbi dillərə tərcümə edilib yayılmasını nəzərdə tuturuq. Mənə elə gəlir ki, bəli, bu gün müxtəlif rəsmi danışıqlarla Qarabağ probleminin həlli yolları haqqında fəaliyyətlər olur. Lakin dünya əhalisinin çox hissəsini gənclərin təşkil etməsi və aparıcı qüvvə olmaları onların sözlərinin də bu problemin həllində kömək olmasına inanıram.

-Fondun dəstəyi ilə bağlı həyata keçirdiyiniz layihədə nələr nəzərdə tutulur?

-Digər layihəmiz isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Fond müsabiqə barədə elan verdikdə müsabiqənin prioritet mövzuları ilə tanış olarkən Azərbaycan mətbəxinin tanıdılması mövzusu mənə maraqlı gəldi. Bildiyimiz kimi, Azərbaycanın qədim və çox zəngin mətbəxi var. Lakin mənim ideyam Avropada Azərbaycanın ancaq ət məhsullarından daha çox istifadə edən bir mətbəxinin olması barədə düşüncələrinə bir az başqa cür yanaşmalarını təbliğ etməkdir. Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan mətbəxi xörəklərin, onların hazırlanması üsullarının, süfrəyə təqdim olunması qaydalarının ahəngdar vəhdəti olub maddi mədəniyyət nümunələrimizdəndir. Son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sağlam qidalanma xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Məlum olduğu kimi, Azərbaycan mətbəxində yağlı xörəklər, heyvan mənşəli qidalar geniş yayılıb. Lakin Azərbaycan mətbəxinin, milli qida mədəniyyətimizin əsas özəlliklərindən biri - ət və yağlı yeməklərin süfrəyə, onların insan orqanizminə mənfi təsirinin qarşısını alan müxtəlif qidalarla - narşərab, lavaşana-turşu, qatıq, ayran, ovduxs. ilə təqdim edilməsidir.

Dünya əhalisinin təqribən 5%-i, yəni 300 mln. nəfəri vegetariandır, yəni heyvan mənşəli qidalardan imtina edib. Bəzi ölkələrdə, məsələn, inəyin müqəddəs sayıldığı Hindistan, Birma və Banqladeşdə ondan qida məqsədilə istifadə olunmaması sırf dini amillərlə bağlıdır. Lakin Qərb dünyası, AvropaAmerikada son onilliklər ərzində heyvan mənşəli qidalardan imtina edənlərin sayı artır. Onları buna dini amillər deyil, sağlam qidalanma niyyəti sövq edir. Vegetarianların bir qismi eyni zamanda südyumurtadan da imtina edib. Azərbaycanda da sağlam qidalanmaya maraq son illər artıb və vegeterian mətbəxinə üstünlük verənlərin sayı çoxalıb. Lakin bu ət yeməklərinin orqanizmə ziyanlı, vegeterian mətbəxinin isə xeyirli olması demək deyil. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o damüdrik kəlamı bu yerdə yerinə düşür. Ət xörəkləri qəbul etdikdə də, vegetarian mətbəxinə üstünlük verəndə də orqanizmin normal fəaliyyəti üçün zəruri vitaminlərin alınması mühüm əhəmiyyət kəsb edir.

-Layihənin əsas məqsədi nədir?

- Layihənin ən başlıca məqsədi vegeterian mətbəxin populyarlıq qazandığı və Azərbaycan mətbəxinin sırf ət və yağlı xörəklərdən ibarət olduğu yanlış təsəvvürləri aradan qaldırmaq, vətəndaşları, ilk növbədə gəncləri bu sahədə maarifləndirməkdir ki, bu məqsədlə “Azərbaycan vegeterian mətbəxi” adlı layihə ilə çıxış edirik. “Azərbaycan vegeterian mətbəxi” kitabçası rusingilis dillərinə də tərcümə ediləcək, gənclərdə Azərbaycan mətbəxinin bu cəhəti barədə də aydın təsəvvürlər formalaşdıracaq, gənclərin ölkəmizi müxtəlif ölkələrdə təmsil etdikləri zaman milli mətbəximizin guya ifrat yağlı olması barədə subyektiv fikirlərə qarşı tutarlı arqument olacaq. Kitabça eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərə də onlarda milli mətbəximizin vegeterian xörəklər barədə təsəvvürlərin yaradılması məqsədilə təqdim olunacaq.

 

İlkin AĞAYEV

Palitra.-2013.-25 sentyabr.-S.11.