Parisdə Azərbaycan guşəsi
Parisin möhtəşəm
“Porte de Versaille” sərgi
salonunda “Top-Rese-2013” Beynəlxalq
turizm sərgisi açılıb.
Üç gün davam edəcək sərgidə 151 ölkədən
minə yaxın turizm şirkəti öz imkanlarını nümayiş etdirir.
Beynəlxalq turizm sərgisini Fransanın turizm naziri xanım Silvia Pinel açıb.
Açılış mərasimində Azərbaycan
nümayəndə heyəti
Heydər Əliyev Fondunun hazırladığı
və ölkəmizin
tarixindən, mədəniyyətindən,
incəsənətindən, həmçinin turizm imkanlarından bəhs edən əyani vəsaitləri fransalı
nazirə hədiyyə
edib.
Bundan əlavə,
“Bakı” futbol klubu adından nazirə klubun fəaliyyətindən, Fransa
ilə əməkdaşlığından
bəhs edən müxtəlif hədiyyələr
təqdim olunmuş, Gəncədə keçiriləcək
şərab və üzüm festivalı haqqında məlumat verilib.
Sərgi salonunun 60 kvadratmetrlik sahəsində yaradılan
Azərbaycan guşəsi
öz zənginliyi ilə elə ilk andan iştirakçıların
diqqətini cəlb etmiş və böyük maraq doğurub.
Azərbaycanın tarixindən, zəngin
və qədim mədəniyyətindən, əsrarəngiz
təbiətindən və
turizm potensialından bəhs edən bukletlər, broşürlər,
suvenirlər və digər əyani vəsaitlərin nümayiş
etdirildiyi stendlə yanaşı, “Lens” futbol klubu ilə əməkdaşlıq edən
“Bakı” futbol komandasının ayrıca
stendlə təmsil olunması qonaqların diqqətini cəlb edib.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşı
Rauf Paşayev bildirib ki, ölkəmiz
belə beynəlxalq təşkilatda artıq dördüncü dəfədir
iştirak edir. Elektron yazışmalar
sisteminin tətbiqi sayəsində nazirliyimiz elektron vizanı əldə etmək üçün birbaşa
əlaqə yaratmaq imkanı qazanıb.
Bu istiqamətdə vəziyyət
tamamilə yaxşılaşıb . Yaranan əlverişli şərait
Azərbaycanın bir çox beynəlxalq turizm sərgisində iştirakına imkan yaradıb. Bu sərgidə
ölkəmizi artıq
böyük təcrübəyə
malik olan “AZAL”, “Silk
Ways taravel”, “Billur
Travel”, “Geo Travel”, “Gilan Travel”, “Millenium Travel” və digər turizm şirkətləri təmsil
edirlər.
Nazirliyimiz Fransada keçirilən ən böyük turizm sərgilərindən
olan bu sərgidə
şirkətlərimizlə birgə bir neçə dəfə belə guşə təşkil edib.
Nazirliyin
əməkdaşı daha
sonra deyib : “Artıq Fransa
və digər ölkələrin turizm şirkətlərinin nümayəndələri
ilə görüşlər
keçirmişik. Nazirliyimizə
bəzi piar kampaniyaların nümayəndələrindən
təkliflər daxil olub . Bu təkliflər Azərbaycanın turizm potensialının Fransada və Avropanın digər ölkələrində
inkişafına yönəldilıb.
Əminəm ki, bu sərgi başa çatdıqdan sonra ölkəmizə Fransadan
və Avropadan çoxsaylı turist gəlişi davam edəcəkdir”.
Palitra.-2013.-26 sentyabr.-S.10.