Jurnalistlər həmkarlar təşkilatında
birləşsələr müəyyən güzəştlərdən
faydalanacaqlar
Bu gün
ölkədəki jurnalist təşkilatları
içərisində Azərbaycan Jurnalistlərinin Həmkarlar
İttifaqı (JuHİ) öz
fəaliyyəti ilə seçilən təşkilatlardandır.
Müsahibimiz Azərbaycan Jurnalistlərinin
Həmkarlar İttifaqının (JuHİ)
sədri Müşfiq Ələsgərlidir:
- Jurnalistlərin Həmkarlar
İttifaqınını mövcud durumu necədir və
hansı nailiyyətləriniz var?
-
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) 1997-ci ildə
təsis edilib, 2000-ci ildə dövlət qeydiyyatına
alınıb. Fəaliyyətimizin ilkin dövrlərinə, yəni
2000-ci ildən 2003-cü ilə qədərki dövrə nəzər
salanda görünür ki,
JuHİ həmin dövrün ən aktiv 3 jurnalist təşkilatından
biri olub və ölkədə medianın, söz
azadlığının inkişafı üçün
çox ciddi əhəmiyyətli işlər görüb. Həmin
dövrdə JuHİ Azərbaycanda yeganə QHT idi ki, 4 beynəlxalq
təşkilatın (Beynəlxalq Jurnalistlər Federasiyası,
Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu,
Beynəlxalq Söz Azadlığı Mübadiləsi-İFEX
və Beynəlxalq Mətbuat İnstitutu) həm üzvü, həm
də Azərbaycan üzrə təmsilçisi idi. Bu baxımdan qabaqcıl media təcrübəsinin
öyrənilib Azərbaycanda tətbiq edilməsi, Azərbaycan
jurnalistlərinin beynəlxalq qurumlara inteqrasiya edilməsi,
jurnalistlərin haqlı mövqelərinin müdafiə edilməsi
yönündə çox uğurlu fəaliyyət həyata
keçirilmişdi. Sonradan JuHİ bu təmsilçiliklərin
bir qismini başqa jurnalist təşkilatlarına
ötürdü, çünki eyni bir təşkilatın
paralel olaraq 4 təşkilatda aktiv olması kifayət qədər
çətin idi. Həmçinin, bu təşkilatların
bir qisminin, JuHİ-nin fəaliyyət sahəsinə,
sözün həqiqi mənasında çox az aidiyyəti
var idi. Yəni, demək istəyirəm ki, JuHİ öz təyinatından,
yəni həmkarlar ittifaqı təyinatından daha çox
söz azadlığının müdafiəsi ilə məşğul
olan bir QHT funksiyasını yerinə yetirirdi. Bu baxımdan nə qədər məşhur
olmasına və fədakarcasına çalışmasına
baxmayaraq, fəliyyətinin 2003-cü ilə qədərki
dövründə JuHİ-nin həmkarlar təşkilatının
inkişafında az əhəmiyyəti olmuşdu. 2003-cü
ildən etibarən JuHİ öz fəaliyyətində nisbətən
dönüş etdi. Biz jurnalistlərin həmkarlar hərəkatının
inkişafından məhz bu mərəhələdə bəhs
edə bilərik. Bu dövrdə
də fəaliyyətimizdə ciddi uğurlar əldə
edilib...
- Əgər mümkünsə, fəaliyyətinizdə
dönüş etməyinizin səbəbinə də
aydınlıq gətirərdiniz...
-
Burada əslində xüsusi bir məqam yoxdur. Məsələ ondadır ki,
2003-cü ilə qədər ölkədə ümumi media
sahəsində fərqli durum var idi. Yəni, medianın
prioritet problemləri fərqli idi. 90-cı illərdə Azərbaycan
təkcə müstəqillik qazanmamışdı, həm də
yeni iqtisadi formasiyaya daxil olmuşdu. Bu baxımdan media da fəaliyyətini
bu formasiyanın qaydalarına uyğunlaşdırmalı idi. Media totalitar
sovet sisteminin vintciyindən müstəqil, demokratik yönlü müstəviyə
keçməli idi. Amma bu sahədə
ənənə yox idi, ən azı
qanunlar bu mühitə uyğunlaşdırılmalı,
müstəqil, demokratik
media mühiti ənənəsi
formalaşmalı idi.
Bu yöndə fəaliyyət 2003-cü ilə
qədər davam etdi. 1998-ci ildə ölkədə senzura ləğv edildi, 1999-cu ildə yeni media qanunu qəbul edildi, 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, əvəzində mediaya özünütənzimləmə statusu verildi. Nəhayət, 2003-cü ildə
medianın özünütənzimləmə
qurumu olan Mətbuat Şurasının
və paralel olaraq Milli Teleradio
Şurasının yaranması
ilə Azərbaycanda medianın totalitar sovet sistemi ənənələrindən
yeni, demokratik, müstəqil
media müstəvisinə keçməsi prosesi başa çatdı. Bundan sonra bütün
jurnalist təşkilatları,
o cümlədən JuHİ
də fəaliyyətini
yeni dövrün tələblərinə, öz
təməl prinsiplərinə,
birbaşa həmkarlar
təşkilatı prinsiplərinə
uyğun qurmağa
başladı...
- Həmkarlar hərəkatını inkişaf
etdirmək, yoxsa əvvəlki dövrlərdəki
kimi ümumi QHT sferasındakı fəaliyyət
çətindir?
- Missiyamızı həyata
keçirmək üçün
rastlaşdığımız dövrün şərtləri
kontekstindən yanaşsaq,
hər ikisinin ağırlığı, problemləri,
demək olar ki, eynidir. Fəaliyyətimizin ilkin mərhələsi,
artıq qeyd etdiyim kimi, ölkədə
demokratik, müstəqil
medianın formalaşdırılması,
bunun üçün
mühitin yaradılması
dövrünə təsadüf
etdi. O
dövrdə bu ənənə yeni yaranırdı və yeniliyin tətbiq edilməsinin öz çətinlikləri var. 2009-cu ildən
etibarən konfederasiyanın
rəhbərliyi ilə
danışıqlar aparırıq.
Prosesə Mətbuat Şurasının
sədri Əflatun Amaşov da qatılıb. Belə bir
nəticəyə gəldik
ki, konfederasiya da JuHİ ilə
əməkdaşlıqda, bizim
daha təkmil həmkarlar ittifaqına çevrilməyimizdə maraqlıdır.
Əməkdaşlığımız olacaq. Amma öncə
bizim, yəni JuHİ-nin strukturlarını
konfederasiyanın standartlarına
uyğunlaşdırmağımız lazımdır. Yəni, hansı
redaksiyaların ilkin həmkarlar təşkilatları
Mədəniyyət İşçilərinin
Sahə Həmkarlar İttifaqının tərkibinə
daxil deyil, biz həmin redaksiyalarda ilkin həmkarlar təşkilatları formalaşdırırıq.
Sonra bu təşkilatları JuHİ tərkibində birləşdiririk. Yuxarı qurumlarda
da dəyişikliklər
aparırırq, Nəzarət
Təftiş Komissiyasını,
Ali Məclisi, İdarə
Heyətini AHİK standartlarına
uyğunlaşdırırıq. Bu proses başa çatdıqdan sonra,
AHİK-lə JuHİ-nin
münasibətlərini rəsmiləşdirəcəyik.
Beləliklə, jurnalistlərin
sahə həmkarlar ittifaqı olaraq biz
AHİK-də status alacağıq
və jurnalistlər
həmkarlar üzvləri
üçün nəzərdə
tutulan müəyyən
güzəştlərdən faydalanacaqlar.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-8 yanvar.-S.12.