Elektron imtahantəhsildə ciddi islahatlara doğru

 

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali MəclisindəNaxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti qarşıda duran vəzifələrmövzusunda 18 oktyabr 2012-ci il tarixdə keçirilmiş müşavirədə muxtar respublikada təhsilin inkişaf strategiyası, prioritet istiqamətlər müəyyənləşdirilib, regionda elm təhsilin tərəqqisi məqsədilə qarşıya mühüm vəzifələr qoyulub.

Müşavirədə qəbul edilən tədbirlər planının IV VIII müddəalarına müvafiq olaraq Naxçıvan Dövlət Universitetində elektron təhsilin təşkili ilə bağlı layihə həyata keçirilməyə başlanılıb. Layihənin elektron təhsilin əhatə dairəsi, icra mexanizmi, semestr imtahanlarının elektron vasitələr test üsulları ilə keçirilməsi, elektron test banklarının hazırlanması, proqramlaşdırma, qiymətləndirmə meyarı ilə bağlı müddəaları uğurla həyata keçirilməkdədir. Naxçıvan Dövlət Universiteti tarixində ilk dəfə olaraq semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə start verilərək təhsilin inkişafı istiqamətində ciddi islahata imza atıldı. Bu istiqamətdə ciddi hazırlıq işləri aparılıb, elektron imtahan keçirilməsi üçün Memarlıq mühəndislik fakültəsində Rabitə informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Qasımovun rəhbərliyi ilə bir sıra üstünlüklərə malik yeni kompyuter proqramı hazırlanıb. Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin universitetin Elektron Təhsil Şöbəsinin təşkilatçılığı ilə imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılıb universitetin rəsmi internet səhifəsində yerləşdirilib. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə sınaq-test imtahanları keçirilib, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları hazırlanıb.

İmtahandan öncə universitetin rektoru, akademik İsa Həbibbəyli tələbəblərə uğurlar arzu edərək bildirdi ki, elektron imtahanın keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya texnologiyalarının tətbiqi, elektron təhsilin həyata keçirilməsi, dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq  baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra imtahanlara start verildi. Rektorluq tərəfindən müəyyənləşdirilmiş universitetin tədris şöbəsinin işçilərindən, gənc müəllimlərindən magitsrantlarından ibarət nəzarətçi heyətin Elektron təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə tələbələr öz nəzəri biliklərini sınaqdan keçirdilər. Nəzarətçilər qeyri-ixtisas imtahanlarında iştirak edərək imtahanların şəffaf obyektiv keçməsini təmin etdilər. Müəyyən olunmuş vaxt ərzində kompyuterin köməyi ilə 50 sualı cavablandıran hər bir tələbə imtahanı bitirdiyini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə edə bildi.                            

İlk elektron imtahanlar başa çatdıqdan sonra imtahanların gedişi və yekunu müzakirə olundu. Rektor, akademik İsa Həbibbəyli bildirdi ki, imtahan nəticələrinin qənaətbəxş olması, ciddi texniki problemlərin olmaması, imtahan qaydalarına ciddi əməl olunması, tələbələrin müsbət rəyləri ilk elektron imtahanların uğurla keçdiyini təsdiqləyir. Elektron Təhsil Şöbəsinin müdiri Hüseyn Qasımov çıxış edərək operativlik, obyektivlik və şəffaflıq, mövzuların tam əhatəsi baxımından elektron imtahanın əhəmiyyətindən danışdı, imtahanların texniki cəhətdən təkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər irəli sürüldü. Tələbələr adından İqtisadiyyat ixtisasının I kurs tələbəsi Şəhla İsayeva, Stomatologiya ixtisası üzrə I kurs tələbəsi Toğrul Abdulla, Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan nigeriyalı tələbə Joseph Olubayo çıxış edərək elektron imtahanın ənənəvi imtahan üsullarından daha əlverişli olduğunu, qiymətləndirmənin tam obyektiv olduğunu bildirərək universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, tələbə həmkarlarına uğurlar arzuladılar.

Qeyd edək ki, elektron test üsulu ilə imtahanların  gələcəkdə bütünlükdə tətbiqi nəzərdə tutulur. 

 

 

Mehriban SULTAN

 

Palitra.-2013.-8 yanvar.-S.10.