Prodüser Gildiyasının yaranması ilə böyük bir şəbəkə birləşdi”

 

Müşfiq Hətəmov: “Hazırda kinonun Azərbaycan dövlətçiliyinin təbliğatında rolu əvəzsizdir”

 

 Arayış :

 

Müşfiq Hətəmov 6 may 1969-cu ildə anadan olub. 1976-1986-cı illərdə orda təhsil alıb, 1986-cı ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyoru fakültəsinə daxil olub. 1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor aktyor sənətini tədris edib. 2000-ci ildə təsis etdiyi “MM” MMC- 100-ə yaxın konsert televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olub. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasına rəhbərlik edir. M.Hətəmov Azərbaycan Prodüserlər Gildiyasının sədridir.

 -Ötən il yaratdığınız Prodüserlər  Gildiyası məqsədlərinə çata bilirmi?

- Prodüserlər Gildiyası sovetlər birliyi dağılandan sonra bu istiqamətdə yaradılan yeni qurumdur. Prokatın, kinoteatrların işləməməsi Azərbaycan prodüser məktəbinə çox böyük zərbə vurdu. Şükürlər olsun ki, bu problem artıq aradan götürülür. Dünyada kinonun inkişafı əsasən prodüserlərin üzərindədir. Onlar həm yaradıcılıq, həm istehsalat, həm maliyyə sahəsini özündə birləşdirə bilən şəxslərdir. Bu gün Azərbaycan kinosunun problemini həlli yollarını sənətkarlardan çox  prodüserlər bilirlər. Ona görə ki, onlar film istehsal edəndə qanunlarda olan bəzi boşluqları, bütün texniki vəsaiti, kadr problemlərini daha yaxından hiss edirlər. Biz heç bir şey kəşf etməli deyilik. Prodüserlər Gildiyasını yaratmaqda əsas məqsədimiz bu insanların özlərində hiss etdikləri problemləri həll etməyin yollarını tapmaqdır. Bu gün bizim prodüserlərimiz var, kinoya vəsait ayırırlar. Amma gördükləri işdən stimul almırlar. Azərbaycan Prodüserlər Gildiyası ötən ilin birinci yarısında respublikanın 14 aparıcı prodakşn studiyasının birləşməsi nəticəsində təsis edildi. Əsas məqsəd isə özəl dövlət studiyalarının birgə əməkdaşlığını təmin etmək idi.  İlkin addımımız o oldu ki, xarici ölkələrdən texnika mütəxəssis gətirilməsini minimuma endirdik. Əgər bir prodakşnda texnika digərində mütəxəssis varsa, biz onları bir araya gətirməklə həm maliyyənin ölkə daxilində qalmasına, həmçinin şirkətlərin işləməsinə şərait yaratdıq.  Çünki şirkətlərarası mütəşəkkil əlaqənin qurulması milli kinonun inkişafına təkan verəcək amillərdəndir. İlk dəfə olaraq Prodüser Gildiyasının yaranması ilə böyük bir şəbəkə birləşdi.

-Gildiya bu yaxınlarda tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib.  Müsabiqə barədə ətraflı məlumat verə bilərsinizmi? 

- Bəli, doğru qeyd etdiniz, Azərbaycan Prodüserlər GildiyasıGeniş baxıştammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Layihə Azərbaycanda prodüser kinosunun inkişafı istiqamətində atılan növbəti addımdır.  Geniş baxıştammetrajlı bədii film üçün ssenari müsabiqəsinin keçirilməsində Azərbaycan Prodüserlər Gildiyasının məqsədi yaradıcılıq istiqamətindən, janr ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək verməkdir. Milli kinoya tamaşaçı marağını gücləndirmək, bütün dünyada önəmli yer tutanprodüser kinosuanlayışını ölkəmizdə tətbiq etmək gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. 14 təsisçi tərəfindən bir kommersiya, digəri müəllif filmi formatına uyğun ssenari seçiləcək. Burada yeni yanaşma ondan ibarətdir ki, 14 şirkətin üzvü ssenarinin seçilməsində   filmlərin istehsal prosesində iştirak edəcək. Texniki təchizat, mütəxəssislərin cəlb edilməsi, post prodakşn s. mərhələləri həyata keçirəcəklər.  Müsabiqədə “co-production” layihələrə (xarici şirkətlərlə birgə çəkiləcək filmlər) xüsusi önəm verilir.Geniş baxıştammetrajlı bədii film üçün ssenari müsabiqəsinə hər kəs, istənilən janrda bədii film ssenarisi təqdim edə bilər. Ssenarinin müəlliflik hüququ onu müsabiqəyə təqdim edən şəxsə məxsus olmalı, digər fiziki hüquqi şəxslərə aidiyyəti olmamalıdır. Ssenarinin hər hansı istehsalat mərhələsində olması istisna edilir. Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə tammetrajlı bədii film ssenarisinin tritmenti martın 10-a qədər Azərbaycan Prodüserlər Gildiyasına göndərilməlidir Martın 25-də ikinci mərhələyə keçən ssenarilərin adları açıqlanacaq. İkinci mərhələnin yekunları mayın 10-da bəlli olacaq.

-Prodüserlər Gildiyasının sədri kimi, sizcə, Azərbaycan reallığında prodüserin qarşısında hansı vəzifələr dayanır?

-Bu gün prodüser cəmiyyətin psixoloji dəyişikliyini hiss etməlidir. Əgər o bunu öncədən hiss etmirsə, demək ondan bir fayda olmaz. Prodüser cəmiyyətin psixoloji, mənəvi tələbini bilməli, kinonun estetikasına xəyanət etmədən  tamaşaçının tələbatını ödəməlidir. Hazırda kinonun Azərbaycan dövlətçiliyinin təbliğatında rolu əvəzsizdir. İncəsənətin heç bir digər sahəsi dövlətçiliyin təbliğində bu qədər rol oynaya bilməz. Kino bir sənətdir burda insan psixologiyasına təsir daha güclüdür.

-Bu gün Azərbaycana film çəkmək üçün gəlmək istəyən çoxlu qüvvələr var. Onlardan necə yararlanmaq olar?

- Bizim əsas problemimiz onları qarşılaya, onların tələblərinə cavab verə bilməməyimizdir. Əgər biz o xidmətləri qura bilsək, Azərbaycana böyük sərmayələr gələ bilər. Çünki Azərbaycan məkan, təbiət etibarı ilə pavilyona bənzəyir. Bunun üçün texniki bazamız yaxşılaşdırılmalıdır. Bilirsiniz ki, cənab Prezident tərəfindən kinonun inkişafına aid dövlət proqramı imzalanıb. bundan irəli gələrək proqramın həyata keçirilməsi üçün işlər görmək texniki bazamızı, kadr hazırlığımızı, müasir dövrün tələblərinə uyğun olaraq kinostudiyanın statusunun formalaşdırılması, özəl şirkətlərin bizimlə müştərək işlər görməyini təmin etmək lazımdır. Bizdə çox gözəl studiyalar var ki, onlara təkan vermək lazımdır. inandırıram ki, əgər biz bunu edə bilsək, Azərbaycan dünya kinosunda tanınmış, qəbul edilmiş bir məkana çevriləcək. Amma bunu düzgün istifadə etmək üçün çox böyük zəhmət tələb olunur. 

-Kinomuzda gənclərin işlərini necə qiymətləndirirsiniz?

-Bilirsiniz ki, Mədəniyyət Turizm Nazirliyinin həyata keçirdiyi çoxsaylı layihələrin hesabına  son beş ildə kinoya yeni nəsil gəldi. Bu uşaqlar potensialları olduğunu sübuta yetirdilər. Amma mən onu da demək istəyirəm ki, istedadlı olmaq  peşəkar olmaq deyil. Bizim çox istedadlı gənclərimiz var, amma onların bəzilərinin peşə problemi var. Aktyor sənətini bilmək, aktyorlarla işləmək böyük bir məktəbdir. Bunu bilmədən rejissorlar aktyorlarla işləyə bilməzlər. İşləsələr uğurlu nəticə olmur. Biz bunu tədricən həll etməliyik.

-Siz uzun illər yerli filmlərin yayım işini həyata keçirmisiniz. Hazırda çəkilən filmlərin yayım işini necə qiymətləndirirsiniz?

- Mən əvvəllər Bakı Mədəni Maarif Texnikumunda rejissor aktyor sənətindən dərs deyirdim. 1997-ci illərdə başa düşdüm ki, bu işlə dolanmaq çətindir. Bir tərəfdən kinodan ayrılmaq istəmirdim. Sonra mən Rusiya şirkətləri ilə əlaqələr yaratdım. Bu əlaqələr hərdən alınırdı, hərdən yox. Mən təklif edirdim ki, “Məhəllətipli kommersiya filmlərinin olması bizə lazımdır. Ondan başlaya-başlaya yüksək film çəkməliyik. Bu faktı müsahibələrimdə dəfələrlə qeyd etmişəm, 1993-94 - illərdə ruslar hind filmlərinin ssenarisini götürür, adlarını dəyişir, hadisələri Rusiyaya uyğunlaşdırıb  ucuz filmlər istehsal edirdilər. özlərinə haqq qazandıraraq deyirdilər ki, “Biz bunu çəkə-çəkə yaxşı filmə doğru getməliyik. Film özü pul qazanmalıdır”. İndi biz çalışmalıyıq ki, “Azərbaycanfilmçəkdiyi filmlərin hesabına gəlir əldə etsin. Buna imkanımız da var. Sentyabr ayından etibarənAzərbaycanfilm”in son beş ildə çəkdiyi filmlərNizami” Kino Mərkəzində nümayiş olunur. Amma biz “Nizamiilə paralel olaraq başqa kinoteatrlarda da filmlərin reklamını həyata keçirməyə başlayacağıq. Gələcəkdə  çalışacağıq ki, filmin çəkiliş boyu reklam işləri ilə   məşğul olaq. Bu həmin film haqda əhalinin məlumatlı olmasını təmin edəcək. Dünya praktikasında film çəkiləndən sonra onu reklam etmək o qədər qəbul edilmiş hal deyil. Amma sizə deyim ki, vaxtilə Azərbaycanda kassa gəliri gətirən filmlər çəkilib. Onları film adlandırıb adlandırmamaq isə başqa söhbətin mövzusudur.

 

 

Nərmin MURADOVA

 

Palitra.-2013.-10 yanvar.-S.12.