NDU ötən ilin hesabatını verib

 

Naxçıvan Dövlət Universitetində Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Sessiyada mövzu ilə bağlı ətraflı məruzə edən  universitetin rektoru, akademik İsa Həbibbəyli  “2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları”, “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi”, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi digər məsələlərin müzakirə olunması barədə məlumat verib. O qeyd edib ki, sessiyada Naxçıvan MR Ali Məclisinin sədri Vasif  Talıbov  2012-ci ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində ötən il regionda digər sahələrlə yanaşı elm təhsilin inkişafından da bəhs etmiş, bu sahədəki prioritet məsələlərə toxunub. 2012-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlu olduğunu vurğulayan rektor bildirib ki, ardıcıl hərtərəfli dövlət qayğısı sayəsində təlim-tərbiyə elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib. Hesabat dövründə universitetdə quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri davam etdirilib. Təbiətşünaslıq kənd təsərrüfatı Pedaqoji fakültələr üçün 5 mərtəbəli müasir tipli tədris korpusu istifadəyə verilib. 2012-ci ildə həyata keçirilən yeniləşmə tədbirlərinin mühüm bir istiqaməti informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi, elektron universitet layihəsinin həyata keçirilməsi, elektron test üsulu ilə imtahanların təşkili ilə bağlıdır. Universitetin beynəlxalq əlaqələri genişlənib, yeni əməkdaşlıq müqavilələri imzalanıb, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi iləNaxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi rəqəmsal multimedia infrastrukturunun yaradılmasıadlı layihənin ilkin razılaşma protokolu imzalanıb, universitet Avropa Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində uğurla iştirak edib. Xarici ölkələlərdə keçirilən elmi tədbirlərdə universitet əməkdaşlarının fəal iştirakı da diqqətəlayiqdir. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin universitetə gəlişi, keçirilən görüşlər beynəlxalq əməkdaşlığın mühüm göstəriciləri sırasındadır. Həyata keçirilən tədbirlər, görülən işlər elmin, təhsilin

tərəqqisi, muxtar respublikanın intellekt potensialının artırılması istiqamətində öz bəhrələrini verməkdədir. Rektor həmçinin universitetin beynəlxalq reytinq cədvəllərində iştirakının təmin olunması, elektron imtahanların əhatə dairəsinin genişləndirilməsi, distant online təhsilin həyata keçirilməsi, dəqiq elmlərin inkişafı sahəsində qarşıda duran mühüm vəzifələrdən bəhs edib.

Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 2012-ci ildə universitetin tədris sahəsində qazandığı uğurlarlarla bağlı məruzə edib. Məlumat verilib ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura doktorantura səviyyələri üzrə kadr hazırlığı həyata keçirilir, eyni zamanda, bakalavr  səviyyəsində 56, magistratura səviyyəsində isə 41 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Türkiyə, İran, Rusiya, Qazaxıstan, Banqladeş, Nigeriya, Cənubi Koreya, Türkmənistan respublikalarından 300-dən artıq xarici vətəndaş da daxil olmaqla universitetdə 4851 nəfər təhsil alır. 2012-ci ildə universiteti 951 nəfər məzun bitirib, 1104 nəfər bu ali məktəbə qəbul olunub. Ötən il universitetdə bir sıra yeni ixtisaslar açılıb, müasir texnologiyalarla təchiz olunmuş yeni laboratoriyalar fənn kabinələri yaradılıb. Universitetdə bakalavr səviyyəsində tədrisin kredit sistemi ilə təşkili məqsədilə islahatlar aparılıb, tədrisin dünya standartları səviyyəsində inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb, tədrisdə müvəffəqiyyət keyfiyyət göstəricilərin artırılmasına nail olunub. Tədris işləri üzrə prorektor universitetdə tədrisdə informasiya-komunikasiya vasitələrinin daha geniş tətbiqi, elektron idarəetmənin yaradılması, tələbə müəllimlərin mobilliyinin təmin olunması məqsədilə həyata keçiriləcək perspektiv planlardan da danışıb. Yığıncaqda Kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, Fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov, İqtisadiyyat kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Dilsuz Qasımov, universitet YAP gənclər təşkilatının sədri, fransız dili ixtisası üzrə II kurs tələbəsi Aytən İsmayılova çıxış edərək sessiyanın qarçıya qoyduğu vəzifələrdən danışıblar.

 

 

Mehriban SULTAN

 

Palitra.-2013.-15 yanvar.-S.10.