Milli Kurikulum təhsilimizə verir?

 

Kurikulum termininin Azərbaycan rus dillərində  ekvivalenti yoxdur, lakin bu söz  beynəlxalq təhsil  ədəbiyyatında geniş istifadə olunur. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

 Milli Kurikulum təhsilin pillələrində tədris olunan fənlər arasında əlaqələrin ardıcıllığın təmin edilməsi, fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi yeniləşdirilməsi, təlim texnologiyalarının çevikliyi interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi stimullaşdırılmasının təmin edilməsinə yönəlib.

Bizdə kurikulum əsasında hazırlanan dərsliklərə keçid 2008-ci ildən başlandı. Bu sahədə çox yeni olduğumuzdan hansı ölkələrin təcrübəsindən istifadə edirik həmin dərslikləri yazan müəlliflər bu işin öhdəsindən mükəmməl şəkildə gələ bilirlərmi? Milli Kurikulum özünü doğruldurmu? Mövzunu ekspertlərlə davam etdiririk.

 

 Xarici ekspertlər bizim  kurikulumu çox yüksək qiymətləndirirlər

 

 Təhsil Nazirliyinin Dərslik nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyir ki, biz  Ümumi təhsil sistemində dərslik siyasətisənədinə uyğun olaraq Azərbaycanda ümumi təhsilin Milli Kurikulumu əsasında dərslik hazırlığına keçmişik. “Bu sistemə ona görə keçdik ki, təhsilin məzmununda dünya təcrübəsinə əsaslanaraq irəliyə gedək.  Buna görə dünya təcrübəsini öyrənirik. Amma hamısını tətbiq edə bilmərik, çünki bizim öz modelimiz var. 4 ildir elan veririk bunun əsasında nəşriyyatlar istədiyi müəlliflərlə bərabər tenderdə iştirak edirlər. 3-dən artıq təklif olanda tender baş tutmuş olur. Sonra qiymətləndirmə mərhələsi başlayır”.  Onun sözlərinə görə,  Milli Kurikulum ayrı- ayrı dövlətlərin təcrübəsindən yararlanaraq, amma öz mentalitetimizə uyğun, münasib işlənib təsdiq olunub. Xarici ekspertlər bizim kurikulumu çox yüksək qiymətləndirirlər. Dərslik yazan müəlliflərin əksəriyyəti kurikulumların yazılmasında bilavasitə iştirak edən insanlardır. Kurikulum qeyri-adi sahə deyil ki, sadəcə o daha  çox milli ümumbəşəri dəyərlərin nəzərə alınması, ümumi inkişafı, meyil maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması, tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülükdür. Kurikulumda müəllim dərsə başlayanda əvvəldən bilir ki, hansı nəticələr hasil olacaq. Bu sistemdə şagird subyekt kimi çevik fəaldır. Müəllim isə daha çox təlimçi rolundadır. Təbii ki, çətinliklərimiz olur.  Bütün müəllimlər kurikulumun tələblərinə tam cavab vermir. Əlbəttə,  təkmilləşmək lazımdır”. Onun sözlərinə görə, bu gün dərslik hazırlığına orta məktəb müəllimləri can yandırır. Əvvəllər belə bir düşüncə var idi- dərsliyi ancaq alimlər yazmalıdır. Amma 4 ildən çoxdur ki, bütün dərsliklərimizdə alim var , orta məktəb müəllimi . Hətta bəzilərində heç alim yoxdur. Orta məktəb müəllimləri auditoriyanı, bütün yaş qruplarının dilini, üslubunu daha yaxşı bilirlər. Biologiya, coğrafiya, kimya kitablarında orta  məktəb müəllimləri üstünlük təşkil edir”.   

 

Dərsliklər standartlara cavab vermir

 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, isə bizdə kurikulum sözünü düzgün işlətmirlər. “Kurikulum nədir? Təhsil proqramları deməkdir. Bizdə deyirlər ki, “kurikulum islahatı həyata keçirilir”. Axı “kurikulum islahatı” adında anlayış yoxdur, təhsil islahatı anlayışı var. Kurikulum həmin sənədlərin cəminin adıdır. Yəni, proqramlar, tədris planı, dərsliklər- bunlar hamısı kurikulum adında cəmlənir, amma əvvəl buna təhsilin məzmunu deyirdilər. Burda yenilik odur ki, yeni məzmunda standartlar, bacarıqlar  müəyyənləşdirilib şagirdlərə aşılanmalıdır. Standartlar mücərrəddir,  onlarda qeyri -peşəkarlıq var, onlar yenilənməlidir. Və o standartların tələblərinə dərsliklər cavab verməlidir. Dərsliklər o standartlara cavab vermir, onun tətbiqini müəllif özü bu işləri bilmədiyinə görə eləyə bilməyib.  Dərslik elə yazılmalıdır ki, müəllim onu asanlıqla həyata keçirə bilsin. Müzakirələrin birində dərslik müəllifinə sual verdilər ki, “dərslikdə siz bəzi qaydalar irəli sürürsünüz, onu müəllim haradan, necə  eləməlidir?” Deyir, müəllim özü eləməlidir. Axı bu, düzgün deyil. Azərbaycan təhsilinin kurikulum adı ilə yeniləşməsinə və proqramlar hazırlanmasına ehtiyac yoxdur. Müasirləşən cəmiyyətdə yeniliyi görmək üçün öz kadrlarımızdan istifadə edərək, milli-mədəni dəyərlərimizə əsaslanaraq, dünya təcrübəsini də öyrənərək yeni işlər görə bilərdik. Bu işə professional pedaqoqlar və müəllimlər cəlb oluna bilərdi. Bu gün yeni sistemi başa düşməkdə çətinlik çəkən şagirdlər sonradan daha çox repetitora müraciət edəcəklər.  Bu da gələcəkdə repetitorluğun daha da artmasına şərait yaradacaq. İlkin mərhələdə bir çox təhsil islahatları görüldü. Kurikulum sistemi artıq beşinci ildir ki, Azərbaycanda tətbiq edilir. Amma hələ də Təhsil Nazirliyi görülən işləri öyrənərək işin eksperimental nəticəsini meydana qoymayıb. Əslində nazirlik bunu öyrənməli və əgər nəticəsi müsbətdirsə, davam etdirilməlidir”.

Son 4-5 ildə Azərbaycan təhsilinin məzmun sahəsi dəyişdirilib deyən təhsil eksperti Əlövsət Osmanlı hesab edir ki, bu, dərslərdə, dərs proqramlarında ağırlıq yaradır. “Ən çox çətinlik törədən amillərdən biri də kurikulumdur ki, bu, təhsildə dağılmalara səbəb olur. Üstəlik kurikulum dərsliklərini tərtib edənlərin kurikulumun mahiyyətini bilməməsi həm şagirdlərə, həm də müəllimlərə çətinlik yaradır”.

Ə.Osmanlının fikrincə, yaxşı dərsliyin seçilməsi üçün kifayət qədər alternativ olmalıdır. “Dərsliklərin seçimində yaxşını ancaq onda əldə etmək olar ki, alternativlər olsun. Dünya təcrübəsində də belədir. Gürcüstan, Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir”.

 

 

Nərmin MURADOVA

 

Palitra.-2013.-16 yanvar.-S.12.