Sosial şəbəkələrin sosial problemləri

 

Aydın Xan Əbilov: “Sosial şəbəkələr böyük həyata hazır olmayan gəncləri həm təhlükə altına ala bilir

 

İnformasiya-kommunikasiya texnologiyalarının şəxsi ictimai həyata təsir imkanları yüksələn xətlə inkişaf edir. Lakin bunun müsbət olmaqla yanaşı, mənfi fəsadları da artıq ortaya çıxmaqdadır. 10 il bundan qabaq əhalinin internetdən istifadə edə bilməməsi ya etməməsi narahatçılığı var idi. Artıq bu baxımdan demək olar ki, heç bir problem qalmayıb. Lakin indi əhalinin internetdən sui-istifadə etməsi narahatçılğı yaranıb. Demək olar ki, əksəriyyət üçün internet deyəndə ilk ağıla gələn sosial şəbəkələrdir. Əksər gənclər öz həyatlarını sosial şəbəkələrsiz təsəvvür edə bilmir. Xüsusən, mobil telefonların internetə çıxış imkanı asanlaşdığından sosial şəbəkələr daha çox insanların həyat amalına çevrilib.

 Bəzən saatlarla kompyuter qarşısında əyləşən bir gəncin valideynləri baxanda elə bilirlər ki, övladları ciddi bir işlə məşğul olur. Amma əslində onun bu məşğuliyyətinin heç bir müsbət nəticəsi yoxdur. Bir çox hallarda bu kimi situasiyada valideynlərlə övlad arasında anlaşılmazlıq yaranır. Buna bir misal çəkək. Çoxdandır tanıdığım bir ziyalıya qonşusu tələbə qızının saatlarla internetdən ayrılmadığını deyib ondan xahiş edib ki, qızına başa salsın ki, bu yoldan çəkinsin. Həmin ziyalı qıza qədər öyüd-nəsihət veribsə, faydası olmayıb. Qız deyib ki, ona toxunmasınlar, “Facebook”suz qala bilməz.  Belə gənclər özlərini virtual dünyanın ən ağıllı adamları sayırlar. Əslində isə buməşğuliyyətlərionlar üçün heç bir perspektiv vəd etmir.

Sosial şəbəkələrin daha bir mənfi cəhəti ailələrin dağılmasına səbəb olmasıdır. Düzdür, sosial şəbəkələrdə tanış olub ailə quranlar çoxdur. Amma bəzən sosial şəbəkələr ailələrin dağılmasına da yol açır. Göründüyü kimi, sosial şəbəkələr elə sosial problemlər meydana çıxarır.

 

 Valideynlər üçün təklif var

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fandreyzinq şöbəsinin mütəxəssisi, hüquqşünas Günel İbrahim sosial şəbəkənin, ümumiyyətlə, internet istifadəçiliyinin tam tərəfdarı olan bir insandır. Amma o, sərf edilən zamanı deyil, aldığı məlumatları, qurulan dostluqları, paylaşdığı fikirləri daha çox ölçür: “Məncə, internet dostluğun azadlığın yeni məkanıdır. O ki qaldı neqativ hallara, düşünürəm ki, bunların hamısına yalnız bir cavab var, günahı internetdə axtarmaq lazım deyil. İnternet, sosial şəbəkələr yalnız şəraitdir. Qeyri-qanuni, qeyri-əxlaqi mənəvi hərəkətləri şəraitdə deyil, hərəkətləri edən insanda axtarmaq lazımdır. Seçimi hər zaman insan edir. Seçimimiz nəticəsində bizim xarakterimiz formalaşır. Mən internet səbəbilə ayrılan cütlüklərdən daha çox ezamiyyətdən sonra ayrılan cütlüklər haqqında bilirəm eşidirəm. Yəni yaradılmış şəraitdən insan öz düşüncə keyfiyyətləri ilə istifadə etməlidir. Bunda internetin, ezamiyyətlərin günahı yoxdur”.

Həmsöhbətimizin fikrincə, gənclərin müəyyən problemlərlə bağlı yaradılmış azad situasiyada doğru qərar vermələrinə yalnız yalnız mənəvi tərbiyə, keyfiyyətli düşünmə kömək olacaq: “Bu spektrda daha çox verilişlər, mətbuat, təlimlər ailə dəstək olmalıdır. Evdə internet istifadəsilə bağlı problemlər yaşayan valideynlərə məsləhət edərdim ki, gəncləri mütləq qeyri-hökumət təşkilatlarına yazdırsınlar. Əminəm ki, istifadə məqsədi niyyətində ciddi dəyişkənliklər baş verəcək”.

 

Azərbaycanda İnternet Şurasının yaradılmasına böyük ehtiyac var

 

 Yeni Yazarlar Sənətçilər Qurumunun sədri, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri Aydın Xan Əbilov bizimlə söhbətində dedi ki, sosial şəbəkələr dünyada olduğu kimi, Azərbaycanda da çox sürətlə inkişaf edir: “Hər dövrün öz tələbi, öz diktəsi, öz texnologiyaları var. Bu texnologiyalara uyğun da insanlar öz həyatını qurur müəyyən yaşayış işlərini öyrənirlər. XXI əsrin diktəsi informasiya texnologiyalarıdır onların insan üçün yaratdığı yeniliklərdir. Bu yeniliklərdən biri sosial şəbəkələrdir”.

Onun sözlərinə görə, Azərbaycanda kompyuterləşmə virtuallaşma başlayanda bundan daha çox gənclər istifadə edirdi: “Böyük əksəriyyət daha çox intim məsələlər, əyləncə, idman, eləcə bir qədər maşınlar sahəvi məsələlərlə bağlı saytlara daxil olurdu. Hələ 10 il bundan qabaq çoxlu forumlar var idi. Eyni zamanda elə insanlar var idi ki, öz bloqlarını yaradırdılar. Bu forumlarda insanlar çox böyük diskussiya polemikalar edirdilər. Amma sosial şəbəkələr yaranandan sonra insanlar bunun öz həyatlarının virtual variantı olduğunu anladılar. Ona görə buna uyğun olaraq sosial şəbəkələrdə genişlənmə başladı. Bu virtual dünyanın bir hissəsi qeyri-ciddi məsələlərə həsr olunursa, digər hissə siyasi, iqtisadi, elmi digər sahələri əhatə edən məsələlərlə bağlıdır. Sözsüz ki, virtual həyatda da real həyatda olduğu kimi, böyük problemlər var. Ona görə biz buna artıq hazır olmalıyıq”.

A.Əbilovun fikrincə, sosial şəbəkələr böyük həyata hazır olmayan gəncləri həm təhlükə altına ala bilir: “Sivil ölkələrdə belədir ki, televiziyada kriminal xəbərlər uşaqlar yatandan, saat 11-dən sonra efirə verilir. İnternetdə isə bu məlumatlar hər zaman açıqdır. Hələ psixologiyası düzəlməmiş uşaq saytlara girib o materiallardan istifadə edirsə, sözsüz ki, problemlərlə qarşılaşır”.

O təklif edir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da dövlətin özünün cəmiyyətin müxtəlif aktiv şəbəkələrinin iştirakı ilə internet konsepsiyası olmalıdır: “Bu konsepsiya müəyyən mənada insanlara yol göstərməlidir. Lazım olanda bəzi şeyləri qadağan etməlidir, bəzi şeyləri isə təşkil etməlidir. Yeni nəslin sosial şəbəkələrdən yararlanması istifadə etməsinin qədər xeyirli ya zərərli olması ilə bağlı dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da diskussiyalar gedir. Bunun üçün artıq müəyyən mexanizmlər işlənib. Bunlardan biri uşaqların ya tələbələrin internetdən ən azı şüurlu surətdə ayrılması üçün məktəb saatları, dərsdən kənar məşğələlər, idman yarışları, mədəni-kütləvi tədbirlərin təşkilidir. Çünki istər-istəməz uşaq bu tədbirlərdə fəal iştirak edəndə virtual aləmə vaxtı az qalır. Amma bizdə görək, bu mümkündürmü? Biz uşaqlara gənclərə deyirik ki, sosial şəbəkələrə daxil olma . Amma əvəzinə Azərbaycan gəncinə veririk? Bu baxımdan Azərbaycan resursları qədər ciddidir? Amerikadan tutmuş Avropaya qədər virtual gəzən, həmyaşıdları ilə söhbət edən Azərbaycan gəncinə qədər ciddi, intellektual, kreativ resurslar təqdim edirik ki, onların internetə daxil olmasını qadağan edək”.

A.Əbilov Azərbaycanda İnternet Şurasının yaradılmasına böyük ehtiyacın olduğunu düşünür: “Şura birbaşa Prezidentin yanında olmalıdır. Belə olmasa, bu cür ciddi bir məsələ ilə bağlı hər hansı bir görmək olmaz. Konseptual olan məsələləri cəmiyyətimizin, dövlətimizin qarşısında qoya bilmərik”.   

 

 

FUAD

 

Palitra.-2013.-23 yanvar.-S.12.