Yayda Bakıda I Beynəlxalq Mono Tamaşalar Festivalı keçiriləcək 

 

Mübariz Həmidov: “ASSİTEJ-in üzvü olan ölkələrdə ustad dərsləri keçmək orda tamaşalara quruluş vermək məqsədilə Azərbaycandan da rejissorların göndərilməsi qarşıdakı planlarımızdan biridir

 

Bir neçə il əvvəl Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində Uşaq Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilmiş qurultayında böyük səs çoxluğu ilə üzvlüyə qəbul olunub. Qurultayda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri vəzifəsinə təyin edilib.

Bu hadisəni Azərbaycan teatrı üçün böyük nailiyyət hesab edən Mübariz Həmidov mərkəzin yaranmasından bu müddət ərzində görülən işlərdən danışdı. “2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tarixində ən mühüm hadisə Uşaq Gənclər Teatrlarını birləşdirən Beynəlxalq ASSİTEJ-ə üzv olmaq idi. İdeya Mədəniyyət Turizm Nazirliyindən, konkret olaraq nazir müavini Ədalət Vəliyevdən gəldi. Bildiyiniz kimi, o, teatrla çox bağlı adamdır həmişə müşavirələrdə, iclaslarda qeyd edirdi ki, artıq Azərbaycan teatrlarının nüfuzlu beynəlxalq təşkilatlara üzv olmağının vaxtı yetişib. Biz beynəlxalq təşkilatlarla maraqlandıq. Uşaq Gənclər Teatrlarını birləşdirən Beynəlxalq ASSİTEJ-ə sənədlərimizi göndərdik. Arxiv materiallarını qaldıranda məlum oldu ki, bizim teatr vaxtilə hələ sovet dönəmində, yəni 1960-65-ci illərdə ASSİTEJ-in üzvü olub. O illərdə Zaqafqaziya Gənc Tamaşaçılar Teatrlarının bir neçə dəfə ASSİTEJ-in fəaliyyət proqramları çərçivəsində müxtəlif tədbirləri, treninqləri keçirilib. Hətta hazırda bizdə çalışan aktyorların bir neçəsi həmin tədbirlərin iştirakçıları da olublar. İndi həmin aktyorlar yeni seçilmiş idarə heyətinin tərkibindədirlər. İndiki üzvlük isə tamam başqadır. Dünyanın 85 ölkəsi əgər belə bir təşkilatın üzvüdürsə, Azərbaycan kimi iqtisadi, mədəni cəhətdən iri addımlarla inkişaf edən bir ölkə niyə ASSİTEJ-in üzvü olmasın? Çünki buna bizim bütün imkanlarımız var. Mədəni ocaqlarımız, xüsusən, teatr binalarımız ən yüksək səviyyədə təmir-bərpa yeni avadanlıqlarla təchiz olunub. Bizim kifayət qədər istedadlı aktyorlarımız, rejissorlarımız var. Sənədlərimizi göndərəndən sonra çox qısa müddətdə bizə məktub gəldi ki, Fransada keçirilən ASSİTEJ-in növbəti qurultayında böyük səs çoxluğu ilə Azərbaycan quruma üzvlüyə qəbul olunub. Bizim teatrı ASSİTEJ-in Azərbaycanda Milli Mərkəzi elan ediblər. Bu deməkdir? Bununla Gənc Tamaşaçılar Teatrının dünyaya açılan pəncərələrinin sayı daha da artdı. Onu da qeyd edim ki, biz ASSİTEJ-in Milli Mərkəzi olaraq yeganə ölkəyik ki, ilk toplantımızı ASSİTEJ-in prezidenti İverta Hardinin iştirakı ilə keçirdik”.

 

Dünyanın tanınmış teatr rejissorlarını dəvət etməklə yeni tamaşanın quruluşlarını onlara həvalə etmək istəyirik

 

O bildirdi ki, bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə heyətinin növbəti iclası keçirilib gündəlikdə duran məsələlər haqqında danışılıb. ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin 2012-ci il oktyabr-dekabr aylarındakı fəaliyyəti haqqında ətraflı məlumat verən prezidentin sözlərinə görə, bu müddət ərzində Milli Mərkəz beynəlxalq əlaqələrini gücləndirmək, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadilələri təşkil etmək məqsədi ilə bir sıra müqavilələr imzalayıb. “Biz teatrımızın gənc aktyorlarının inkişafını daha da genişləndirmək üçün müxtəlif ölkələrdən tanınmış teatr mütəxəssislərini dəvət etməklə ustad dərsləri təşkil edəcəyik. Bundan başqa, dünyanın tanınmış teatr rejissorlarını dəvət etməklə yeni tamaşanın quruluşlarını onlara həvalə etmək istəyirik. ASSİTEJ-in üzvü olan ölkələrdə ustad dərsləri keçmək orda tamaşalara quruluş vermək məqsədilə Azərbaycandan da rejissorların göndərilməsi qarşıdakı planlarımızdan biridir. Bu mübadilə prosesi olacaq. Yəni belə çıxmasın ki, Azərbaycan teatrının heç nədən xəbəri yoxdur. ASSİTEJ-in prezidenti İverta xanım da bildirib ki, bu gün Azərbaycan teatrlarından öyrənilməli şeylər çoxdur. Azərbaycanda elə peşəkar rejissorlar var ki, onları dünyanın istənilən ölkəsinə tamaşalar hazırlamaq məqsədilə göndərmək olar inanıram ki, uğurlu ortaya çıxacaq. Artıq 2013-cü il üçün mərkəzin planı artıq təsdiq olunub. Plana görə, fevral ayında Kalmıkiya Milli Teatrının Bakıya qastrol səfəri baş tutacaq. İmzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə görə teatr uşaqlar üçün ayın nağılı”, böyüklər üçün isə İtalyan dramaturqu Karlo QaldonininMehmanxana sahibəsitamaşalarını nümayiş etdirəcəklər. Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2 tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcəkdir. Bundan başqa gələn ay BRİTİSH COUNCİL-un təşkilatçılığı ilə teatrın aktyorları işıqçıları ilə ustad dərsləri keçiriləcək. Qeyd edim ki, BRİTİSH COUNCİL Mədəniyyət Turizm Nazirliyi ilə mədəni əməkdaşlıq çərçivəsindəTeatr əməkdaşlığılayihəsini gerçəkləşdirir. Gənc Tamaşaçılar Teatrı, Akademik Dram Teatrı, Yuğ Teatrı, Pantomima Teatrı Rus Dram Teatrı kimi dövlət özəl teatrları ilə əməkdaşlığı əhatə edəcək layihənin əsas məqsədi bir qrup gənc aktyor texniki heyətin (işıq, səs) bacarıq peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir. Layihə çərçivəsində ilk təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən 4-6 fevral tarixlərində teatrımızda Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma dizaynerləri üçün keçiriləcək”. Mərkəz sədri bildirdi ki, bundan başqa planına mart ayında kollektivin Şri-Lankada keçiriləcək Mono Tamaşalar Beynəlxalq Festivalında iştirakı Beynəlxalq Teatr günü münasibətilə ümumtəhsil məktəblərindəMən teatr haqqında danışmaq istəyirəmmövzusunda bədii qiraətçilərin baxışının keçirilməsi, aprel-may aylarında ASSİTEJ-in baş katibi, xorvatiyalı rejissor İvisa Simiçin quruluş verəcəyi A.TolstoyunBuratinonun sərgüzəştləritamaşasının hazırlaması, iyun-iyul aylarında Bakıda I Beynəlxalq Mono Tamaşalar Festivalının həyata keçirilməsi, sentyabr ayında Rusiya Federasiyası Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrına qastrol səfərinin planlaşdırılması ukraynalı rejissor Tatyana Şevçenkonun quruluş verəcəyi Astrid LindqreninDamda yaşayan Karlsontamaşasının hazırlanması, ASSİTEJ-Polşa Mərkəzinin 5-12 oktyabr 2013-cü ildə Varşavada keçiriləcək Uşaq Gənclər Teatrları Beynəlxalq Festivalında teatrın kollektivinin iştirakı, noyabr ayında teatrın Kalmıkiya Respublikasına qastrol səfəri edəcəyi barədə məsələlər daxil edilib. “İş planında il ərzində ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə heyətinin iclaslarını keçirmək, mərkəzin üzvlərinə ingilis dili kursları təşkil etmək, ASSİTEJ-Azərbaycan Milli Mərkəzi respublikada fəaliyyət göstərən teatr studiyaları, teatr dərnəkləri ilə əlaqələri yaratmaq, onlara hərtərəfli elmi-praktik köməklik göstərmək, seminar, dəyirmi masalar, rəy sorğuları təşkil etmək, mərkəzin fəaliyyəti ilə əlaqədar broşur hazırlamaq, uşaq gənclər teatrı sənətinin inkişafında təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər cəlb etmək kimi mühüm məsələlər daxil olunub. Bu dəfəki idarə heyətinin iclasında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinə yeni üzvlər qəbul edildi. Elə həmin gün onlara üzvlük vəsiqələri təqdim olundu”.

 

 

Nərmin MURADOVA

 

Palitra.- 2013.- 30 yanvar.- S.13.