Cəmiyyətdə kitab oxumaq istəməyənlərin sayı artır 

 

XXI əsrin texnologiya əsri olmasının bir sıra üstünlükləri var. Azərbaycanın da son illər texnoloji inkişafı kifayət qədər diqqəti cəlb edir və hazırda ölkəmiz bu cəhətdən bir çox ölkəni geridə qoyub. Söhbət texnologiyadan düşmüşkən, Azərbaycanın ilk peykinin orbitə buraxılacağı günün yaxınlaşdığını da qeyd etmək lazımdır. Təbii ki, ölkəmizin texnologiya sahəsindəki inkişafı müsbət haldır. Lakin texnoloji inkişaf fonunda bu gün cəmiyyətdə kitab oxuyanların sayının azalması da müşahidə olunur ki, mütəxəssislər bunun səbəbini internetdə axtarırlar. Belə ki, “istənilən məlumatın internetlə asanlıqla tapılması” deyimi yazılı ədəbiyyata olan həvəsi də “söndürüb”. Amma bu məsələ ilə bağlı dövlətdə səbəb axtaranlar yanılırlar. Çünki ölkədə fəaliyyət göstərən kitabxanaların sayına, həmçinin bu istiqamətdə hökumətin həyata keçirdiyi siyasətə nəzər yetirdikdə kitaba olan laqeydliyin səbəbini oxucuda axtarmalı oluruq.

 

Şərait var, oxumaq istəyənsə...

 

Hələ 1920-ci ilə qədər Azərbaycanda kitabxanalar barmaqla sayıldığı halda, sovetlərin hakimiyyətə gəlişinin ilk 5-6 ayında ölkədə kitabxanaların sayı 61-ə, 1940-cı ildə isə 139-a çatdırılmışdı. Müstəqillik dövrünə nəzər saldıqda isə görürük ki, qısa zamanda bu istiqamətdə xeyli işlər görülüb. Azərbaycan hökumətinin son illər kitabxana fəaliyyətinə göstərdiyi diqqət də bu sahədə olan inkişafın nümunəsidir. Prezident İlham Əliyev 2010-cu il aprel ayının 20-də “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncama əsasən, “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” istifadəyə verilib ki, proqramın icrası müddətində kitabxanaların və burda çalışanların fəaliyyətində müsbət dönüş yaranıb. Hazırda ölkə ərazisində 12 mindən çox kitabxananın olması isə bu fikri daha da gücləndirir. Bu kitabxanaların hər birində azı 3 nəfərin işlədiyini nəzərə alsaq, bu, 40 minə yaxın işçi, böyük bir mütəxəssis ordusu deməkdir ki, Dövlət Proqramı çərçivəsində 40 min nəfərin iş şəraitinin yaxşılaşdırılması, əməyinin dəyərləndirilməsi, onların peşə hazırlığının yüksəldilməsi, həmçinin, Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, onun müasir informasiya texnologiyaları ilə təchiz edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı iş aparılıb. Bununla yanaşı, bu sahədə ən böyük addımlardan biri kitabxanaların fonduna daxil olan kitabların hamısının latın əlifbası ilə yenidən işıq üzü görməsidir ki, bu da kiril əlifbasının yaratdığı çətinliyi aradan qaldırdı.

Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərə Mədəniyyət və Turizm Nazirliyinin 2020-ci ilədək nəzərdə tutulan konsepsiyasının hazırlanması da daxildir. Qeyd edək ki, layihədə kitabxanaların modernləşdirilməsini təmin etmək, ölkənin bütün ərazisini səmərəli şəkildə kütləvi kitabxanalar şəbəkəsi ilə əhatə etmək, kitab mədəniyyətinin inkişafı və s. məsələlər öz əksini tapıb. Bu sahədəki mənzərəyə diqqət yetirdikdə oxumaq istəyənlər üçün bütün şəraitin yaradıldığını görmək olur. Lakin əsas məsələ də elə oxumaq istəyənlərin sayındadır. Son illər bu istəkdə olanların sayının azalması narahatlıq doğuran məqamlardandır. Düzdür, bu gün ölkə əhalisinin savadlılıq səviyyəsi əvvəlki illərlə müqayisədə böyük faizlə irəliləyib. Həmçinin, bu gün cəmiyyətdə “oxutmuram əl çəkin” deyənlər də tapmaq olmaz. Amma əsas məsələ bütün azadlıqların və hüquqların qorunduğu cəmiyyətdə kitabdan “qaçanların” çoxalmasıdır.

 

“İnternetin inkişafı oxucu kütləsinin azalmasına doğru hərəkət edir”

 

Vəziyyəti daha yaxından öyrənmək üçün paytaxtın kitabxanalarına baş çəkdik. Ölkənin ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına kitabxanada yaradılan şəraiti, ordakı fəaliyyəti doğrudan da qənaətbəxş hesab etmək olar. Belə ki, Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Müxtəlif oxucu kateqoriyasına xidmət göstərən oxu zalları yaradılıb. Dövri mətbuat zalı 67 oxucuya xidmət göstərmək iqtidarındadır. Zalda 4 illik jurnal və 5 illik qəzetlər saxlanılır. Azərbaycan və rus dillərində 152 adda qəzet, 47 adda jurnal mövcuddur. Tələbələrə xidmət göstərən zal 280 oxucu üçün nəzərdə tutulub. Ədəbiyyat əsas etibarilə Fondların Mühafizəsi Şöbəsindən alınır. Köməkçi Fond bölməsində 6367 nüsxə ədəbiyyat qorunur. 2082 nüsxə Azərbaycan, 4285 nüsxə isə rus dilindədir. Bununla yanaşı, 1999-cu ildən etibarən kitabxanada informasiya texnologiyalarından istifadəyə start verilib. Bu istiqamətdə 2000-ci ildə kitabxanada internet zalı yaradılıb və 2003-cü ildən başlayaraq kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb. Lakin onu da öyrəndik ki, kitabxanaya müraciət edənlərin əksəriyyəti tələbələrdir, istifadə olunan kitablar da dərslik kitablarıdır. Bədii, tarixi və ya digər yönlü kitablardansa istifadə faizi aşağıdır.

Paytaxtın digər kitabxanası-Xəlil Rza Ulutürk adına kitabxananın fondunda isə daha çox bədii və elmi kitablardır. Amma oxumaq üçün bura müraciət edənlərin sayı da o qədər ürəkaçan deyil.

Maraq obyektlərimizdən biri də kitab satılan mağazalar oldu. Üz tutduğumuz mağazanın satıcısı Dilarə xanım bildirdi ki, oxucu sayı çox olmasa da, bu tamamilə yox demək deyil: “Bəzi günlər 20-25 kitab satılır. Bəzən az olur. Son zamanlar gənclərin kitaba olan marağı artıb. Amma daha çox rusdilli alıcılar çoxluq təşkil edir. Gənclər arasında ingilis dilində olan kitabları alanlar da var.” Satıcının sözlərinə görə, yerli ədəbiyyata maraq azdır: “Ən çox alınan dünya ədəbiyyatıdır. Bəzi insanlar isə kitabın üz qabığına, dizaynına görə seçirlər. Onlar bunu kolleksiya toplamaq xatirinə edirlər”.

Qeyd edək ki, son zamanlar Azərbaycanın müasir yazarları dedektiv janrlara üstünlük verir ki, bəzi ekspertlər kitab oxuyanların az olmasına səbəb kimi bu amilə diqqət çəkirlər. Onlar hesab edirlər ki, başqa dildə ədəbiyyat oxuya bilməyən oxucu kütləsi axtardığını Azərbaycanın müasir yazarlarının kitablarında tapmadıqda həvəsdən düşür.

Müasir əsərləriyüngül ədəbiyyatadlandıran Kitab Klubunun rəhbəri Elxan Rzayev isə hesab edir ki, ciddi ədəbiyyata keçid üçün bu lazımdır: “Oxucuların daha çox yüngül ədəbiyyata maraq göstərməsi o qədər qorxulu deyil. Çünki bu bir növ oxucunu tərbiyələndirir. Amma inanıram ki, yaxın zamanlarda ciddi ədəbiyyat da genişlənəcək”. Onun sözlərinə görə, 2005-ci ilə nisbətən son dövrlər kitab oxuyanların sayında artım müşahidə edilir: “Buna bir tərəfdən yüngül ədəbiyyat səbəb olsa da, təqdirəlayiqdir. Ən çox oxunan kitablar arasında isə Milli kitab mükafatına təqdim edilən əsərlərin ilk onluğu QanunnəşriyyatınınƏn yeni ədəbiyyatseriyasından çap olunan əsərlərdir”. E.Rzayev bildirib ki, Azərbaycan oxucusunun 3/1 hissəsi rusdilli, qalanları isə doğma dildə oxuyanlardır. O hesab edir ki, internetin inkişafı oxucu kütləsinin azalmasına doğru hərəkət edir. Onun sözlərinə görə, ölkədə texnologiyanın inkişafı sürətlə irəliləsə , hələ elektron kitabların azlığı da müşahidə olunur.

 

Ekspert internet ya E-bookların azlığı kimi əsasları kitab oxumaq istəməyənlərin bəhanəsi hesab edir

 

Məlumat üçün deyək ki, “Elektron kitabelektron kitabların saxlanması oxunması üçün istifadə olunan aparat vasitəsidir. Çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompyuterdir. Buna E-book da deyilir. Həcmi 16Mb olan elektron kitab fləş-yaddaşın köməyilə qurğuda saxlanılır. Bu da 3200 mətn səhifəsini ya 10-a qədər ortahəcmli kitabı saxlamağa imkan verir. İlk dəfə 1971-ci ildə professor Maykl Hart milyonlarla ABŞ dollarına başa gələnQutenberq layihəsi”ni realizə etməyə başlamaqla, tarixdə ilk dəfə olaraqQutenberq layihəsiadlı ilk elektron kitabxananı yaradıb. Elektron kitabxananın ilk mətnləri elə Hartın özü tərəfindən kompyuterin yaddaşına daxil edilib. “ABŞ-ın müstəqillik bəyannaməsi konstitusiyası”, Qanunlar haqqında bill”, “İncilTövratHartın elektron kitabxanada ilk nəşrlər olub. 1992-94-cü illərdə ABŞ-da Avropada ilk dəfə olaraq elmi əsaslar üzərində elektron kitabxanaların yaradılması işinə start verildi. Bunun ardınca Rusiyada alternativ kitabxanalar meydana gəlməyə başladı. Azərbaycanda isə ilk elektron kitabxana yaratmaq təşəbbüsləri 80-ci illərin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri laboratoriyasının əməkdaşları tərəfindən irəli sürülüb. İlk dəfə bu laboratoriyada musiqi alətlərinin elektron kitabxanası yaradılıb. Son zamanlar isə kitabxanalara alternativ olaraq elektron kitabxanaların yaradılmasında xeyli irəliləyişlərə nail olunub. “Qanunnəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə qəzetimizə açıqlamasında bildirib ki, kitabxanalara alternativ olan elektron kitabxanaların olması yaxşı haldır, lakin bu da oxucu kütləsinin artmasına səbəb olmayacaq: “Bakıda kitab oxucularının 80 faizi rus dillidir. Bu, kitab bazarında, kitab dükanlarında aparılan sorğunun nəticəsidir. Baxmayaraq ki Azərbaycan dili dövlət dilidir, bütün dövlət yazışmaları Azərbaycan dilində aparılsa da, təhsil ocaqları bu dildə təhsil versə , bu dildə kitab oxuyanlar azdır. qədər acınacaqlı olsa da, bu faktdır. İnternetin inkişafı da kitab tapmayan, yaxud kitabı internetdən oxumaq istəyən oxucuların sayının artmasına səbəb olmur. Çünki oxumaq istəyən azdır. Eyni zamanda adi kompyuterdən kitab oxumaq tibb digər səbəblərdən istənilən effekti vermir”. Ş.Xuduoğlu hesab edir ki, internet ya E-bookların azlığı kimi əsaslar sadəcə bəhanədir. Onun fikrincə, cəmiyyətin özündə kitaba maraq azalıb.

 

 

Asif NƏRİMANLI

 

Palitra.-2013.-29 yanvar.-S.11.