İzlərdə qan ləkəsi

 

Türk və erməni xalqları hər zaman qonşu olublar. Dost bildiyimiz ermənilər acgöz olduqları üçün həmişə torpaqlarımıza göz dikiblər. Erməni vandalizminin əsas məqsədi o olub ki, türkləri qırıb onları yer üzündən silsinlər. Onların mübarizə üsulu isə üzə gülüb arxadan vurmaqdır.

Tarix boyu onlar əvvəl güvən qazanıb, sonra kələk qurublar. Ermənilərin soyqırımı siyasəti XX əsrin ortalarında da, sonlarında da davam edib. Bu soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyon insan qaçqın düşüb, minlərlə insan qətlə yetirilib.

Bu tarixi faktlar haqqında bir çox yazılar yazılıb, filmlər çəkilib, şəhid düşmüş qəhrəmanlarımızın şərəfində abidələr ucaldılıb. “İzlərdə qan ləkəsi” əsəri də məhz erməni işgəncələrini, amansızlığını bədii boyalarla əks etdirən əsərdir. Əsərin müəllifi Telman Haqverdiyevdir. Haqverdiyev Telman Şaban oğlu 1945-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub. Gənc yaşlarından bədii yaradıcılığa böyük maraq göstərib, şeir, hekayə, povest və məqalələr yazıb. “Abidələr tarixin sirdaşıdır”, “Daşların hekayəti”, “Bədii-kütləvi işin təşkili və metodikası”, “Gədəbəy: Ulu yurdun yaddaşı”, “Gədəbəy həqiqətləri”, “Gülləbatmaz”, “Şeytan tələsi” adlı kitabların müəllifidir. O, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Müəllimlər İnstitutunun dosentir.

Əsərdə ermənilərin azərbaycanlıların başına gətirdiyi fəlakətlər, onların xalqımıza qarşı olan düşmənçilik mövqeyi göstərilir. Burada baş verənlər əsasən Gədəbəy rayonunda cərəyan edirtarixi faktlara əsaslanaraq bədii-publisistik boyalarla canlandırılıb. Adı çəkilən şəxslər də tarixdə olduğu kimi saxlanılıb. Burda elə bəşəri problemlərə toxunulur ki, bu faktların qarşısında sakit dayanmaq olmur. Əsər iki bölmədən ibarətdir. Birinci bölmədə Gədəbəyin Söyüdlü kəndində baş verənlər əksini tapır və 1917-1920-ci illəri əhatə edir. Ermənilər “Böyük Ermənistan” qurmaq xülyasındadırlar. Onlara havadarlıq edən qruplaşmalara qarşı yerli əhali canından, qanından keçərək mübarizə aparır, son damla qanınadək vuruşur. Bu reallıqlar təkcə Gədəbəydə deyil, Azərbaycanın bir çox bölgəsində baş verib. Bütün bunların baş verməsi heç də onların güclü olduğunu göstərmir. Bu ona görə baş verirdi ki, onların Rusiya, Fransa kimi havadarları var idi və ermənilər bu güclərə güvənərək torpaqlarımıza hücumlar edir, uşaq, yaşlı, qadın, kişi demədən qarşılarına çıxan hər kəsi öldürürdülər. Ev-eşiklərini talan edirdilər. Onlar Söyüdlü kəndinə də hücum edib bir gecədə 15 nəfəri öldürdülər. Döyüşlərdə öldürülən ermənilər də olurdu. Bunu “müsəlman vəhşiliyi” adlandırır, guya qisas almaq üçün yenidən hücum edirdilər. Ancaq ən az ermənilərin qəddarlığı qədər dəhşətli olan hallardan biri isə o idi ki, bizdən olan bəzi satqınlar da onlara köməklik edir, pul qarşılığında ermənilərə silah satmaqdan çəkinmirdilər. Atamanov belələrindən idi. O, Slavyanka kəndində yaşayan ən varlı şəxs hesab olunurdu. Atamanovun məqsədi ancaq pul qazanmaq idi. O, deyirdi ki, kimin kimi öldürməsinin mənə dəxli yoxdur. Ona görə də, həm türklər, həm də ermənilərlə münasibət yarada bilmişdi. Kəndin ağsaqqallarından olan Hacı kişi Muxtarla birlikdə Atamanovdan silah almaq üçün onun kəndinə yollananda öz gözləri ilə onun satqınlığının şahidi olur. Erməni Vazgensilah üçün orda idi. Ermənilər növbəti mənfur planlarını həyata keçirməyə hazırlaşırdılar. Elə olur ki, ermənin silahla dolu olan arabası aşır, özü də ağır yaralanır. Ancaq Muxtar insaflı olduğu üçün ermənilərin vicdansızlığına eyni vicdansızlıqla cavab vermir. Erməni bu zaman Allaha yalvarmağa başlayır. Əsərin bu hissəsində ermənilərin dara düşən zaman necə dəyişdiyini, yaltaqlandığını, canlarını xilas etmək üçün hətta öz yoldaşlarını belə sata biləcək xarakterdə olduqlarını görə bilirik. Demək olar ki, əsərin sonuna qədər bunun şahidi oluruq. Hadisələrdə ən çox iştirak edən şəxslərdən biri Gülləbatmaz Məmmədalıdır ki, bu ləqəb ona elə-belə verilməyib. O, doğurdanda erməni güllələrinə tuş gəlsə də, hər dəfə canını sağ-salamat qurtara bilirdi.

Qəribəsi budur ki, bolşeviklərin yaratdığı qırğınlar inanclar görə idi. Bolşeviklərin inanclarını qəbul etmədiklərinə görə, əlli milyona qədər insan qətlə yetirilib. “Müsavat” partiyasının hakimiyyətə gəlişi isə bolşeviklərlə qarşıdurmalara səbəb olurdu. Erməni birləşmələri rusların gücündən istifadə edərək buradaArarat Respublikası” yaratmışdılar.

Əsərin ikinci hissəsindəki hadisələr də Gədəbəydə baş verir. Bu zaman artıq bolşeviklərin hakimiyyətə gəlməsi, əhali ilə rəftarları fonunda baş verən hadisələr təsvir olunur. Sözsüz ki, bolşevik hakimiyyəti yerli əhali tərəfindən narazılıqlara səbəb olurdu. Onlara qarşı vuruşan qaçaqlar da tapılırdı, ancaq bolşeviklər onları tutub yerindəcə öldürürdülər. Öldürülən bu şəxsləri isə “qolçomaq” adlandırırdılar. Bu hökumətin tərkibi ruslar, ermənilər və gürcülərdən ibarət idi. Onlar burada savadsızlığın ləğvinə çalışırdılar. Oğlanlarla qızların bir yerdə təhsil almaları yerli əhali tərəfindən milli-mənəvi dəyərlərə zidd hadisə kimi qəbul olunurdusa da, təhsil uşaqların gələcəyi üçün önəmli idi. Çünki onlar öz hüquqlarını bilməsələr bu rejimin qurbanı olacaqdılar. Mirzə Teymur bunu yaxşı anlayır və yerli camaatı savadlandırmaq üçün dərs keçirdi. Daşnaksütun partiyası isə bunun qarşını almağa çalışır, dərs keçilən yerlərə od vururdu. Kənddə olan yeganə müəllim Mirzə Teymur idi. Bütün çətinliklər onun boynuna düşürdü. O, bir sıra yuxarı təşkilatlara müraciət etdikdən sonra 1926-cı ildə Mahmud Qəmrəli, Mircəlal Paşayev, Orucəli Məmmədov təyinatla buraya göndərildi. Onlar insanlara təhsil vermək üçün əllərindən gələni edirdilər.

Kəndlərdə vəziyyət get-gedə pisləşirdi. Kolxoz təsərrüfatı yaratmaq adı ilə kəndlilərin var-yoxları əllərindən alınır, özləri isə “kulak” adlandırılırdı. Əhali təsərrüfatlarda işləyir, əmək haqqı isə məhsul yığımından sonra verilirdi. Kişilər zorla cəbhəyə aparılır, getməyənlər “Vətən xaini” adlandırılırdı. Gülləbatmaz Məməddalının da oğlu cəbhəyə aparılmışdı. Arvadı Balaxatın oğlunun ayrılığına dözə bilmirdi. Odur ki, hazırlaşıb cəhbəyə yollanır. Çətinliklərdən keçərək axtarıb oğlunu tapır. Geri qayıtdıqda artıq hər kəs ona qəhrəman kimi baxırdı. T. Haqverdiyev əsərdə Balaxatın ananın simasında mərd, qorxmaz qadın surəti canlandırıb. Qəhrəman, namuslu ana, qadın obrazlarına xalqımızın qədim qəhrəmanlıq dastanı olan Kitabi Dədə Qorqudda, ondan sonra yaranan bir çox əsərlərdə də rast gəlirik ki, bütün bunlar Azərbaycan qadınının əsl simasıdır.

Ölkədə vəziyyət bir az düzələn kimi ermənilər yenə bir mənfur plan hazırlayır, dinc əhalini gülləbaran edirdilər. Onlar hətta bunun üçün fond da yaratmışdılar. Alban kilsələrinə gedir, alban xaçının əvəzinə kilsəyə erməni xaçı asırdılar. Ermənilər 1990-1994-cü illərdə Gədəbəydə bir çox qanlı hadisələr törətmişdilər. Onların məskunlaşdığı kənd Başkənd idi. Bu ərazidə müxtəlif döyüşlər gedirdi. Bu vaxt Gülləbatmaz Məmmədalının nəvəsi Atəş Kərimov da bura gəlmişdi və artilleriya xidmətinin rəisi idi. Onun komandanlığı altında ordu daha da ruhlanırdı. Nəhayət, uzun mübarizədən sonra Başkənd dağıdıldı. Onlar ermənilərə qalib gəlsələr də, itkiləri də olurdu. Ancaq ölənlər qəhrəmancasına vuruşduqdan sonra şəhid olurdular. Ermənilərin təxribat üçün Azərbaycan ordusuna göndərdiyi casuslar da öz işini görürbunun qarşılığında pul alırdılar. Bütün bu təxribatlara, oyunlara, vandalizmə baxmayaraq Gədəbəyin igid oğulları sona qədər vuruşaraq öz torpaqlarını qoruyaraq bir qarışını belə, ermənilərə vermədilər.

 

Günəş Şirvanskaya

Palitra.-2014.-29 aprel.-S.13.