“Təhsil sistemi uşaq və gənclərin mənəvi
inkişafında önəmli rol
oynayır”
Məlihə
Əsədova: “Yeniyetmələrin sağlam
düşüncələri ilə həyata
atılmalarını dəstəkləyirəm. Sosial şəbəkələrdə yersiz vaxt keçirməyə
dəyməz. Həyati bacarıqlar gələcək üçün daha
önəmlidir”
Uşaq və gənclərin mənəvi inkişafında təhsilin mühüm rolu var. Onlar təhsil aldığı məktəbdə tədris zamanı dövlətçilik tariximiz, mənəvi dəyərlərimiz, Milli Qəhrəmanlarımız, görkəmli şəxsiyyətlər, ədiblərimiz barədə məlumat alırlar ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır.
Bu gün
orta təhsil müəssisələrində
şagirdlərə məhz bu istiqamətdə
müvafiq dərslər tədris olunmaqla yanaşı, şagirdlər əyani
vəsaitlərlə tanış olmaq üçün müxtəlif abidələrimizi,
muzeyləri ziyarət edirlər. Təbii ki,
bu ziyarət zamanı müşahidələr
onlarda böyük təəssürat
doğurur ki, bu da nəticədə uşaq və gənclərin mənəvi
inkişafına böyük təsir
göstərir. Onu da qeyd edək ki, bu sahədə uğurlar əldə
olunmasında təhsilin və müəllimlərin böyük rolu var. Prezident İlham Əliyev də vurğulayıb ki, indi əsas məqsəd
məhz təhsilin keyfiyyətini yüksəltməkdir: “Müəllimlərin
cəmiyyətdə rolu çox
böyükdür və vacibdir.
Gənc nəslin tərbiyə olunmasında, uşaqların
yüksək bilik almasında müəllimlərin
rolu birincidir. Biz elə etməliyik
ki, bütün
uşaqlarımız yaxşı oxusunlar,
yaxşı bilikli insanlar
olsunlar. Çünki
indiki zamanda savad, bilik əsasdır, həm
vətəndaş üçün, həm
də ölkələr üçün.
İnkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki,
onların uğurları təhsilin səviyyəsi ilə
bağlıdır. Nə təbii
ehtiyatlar, nə mineral
resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dünyanın inkişafı
elmi-texniki tərəqqi
ilə bağlıdır.
Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır.
Bu kadrlar, bu
insanlar ilk addımlarını
məktəblərdə atırlar.
Biz elə etməliyik
ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun”.
Bakı
şəhəri Nəsimi
rayonu Rövşən
Nəsirov adına 111
saylı tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi
Məlihə Əsədova
da bildirdi ki, məktəb, təhsil sistemi uşaq və gənclərin mənəvi
inkişafında önəmlidir:
- Bir müəllim kimi uşaq və gənclərin mənəvi tərbiyəsində
ilk olaraq daxili zənginliyi əsas götürürəm. Buraya milli-mənəvi
sərvətlərimizə olan hörmət, ehtiram, onların dünyagörüşündə xoş bir dəyişikliyə
səbəb olan bütün amilləri misal göstərərdim.
Onlarda gördükləri, seyr etdiklərinə yetərincə
dəyər verə bilmək qabiliyyəti olmalıdır. Burada onların
bizim tarixi abidələrimizlə tanışlığı,
tarixi məkanlarımız
haqqında kifayət qədər informasiyanı
dinləyib dərk etmə qabiliyyəti, cəmiyyətdə özlərini
apara bilmək qabiliyyətinin formalaşmasını
əsas götürərdim.
İstərdim ki, gənclər
öz asudə vaxtlarını səmərəli,
faydalı yerlərdə
keçirsinlər. Hansı ki,
bu onların daxilində müsbət bir çevriliş edərdi. Danışıqlarında, sivil qaydalara
uyğun düşünmələrində,
zamanın nəbzini tutmaqda yardımçı
rol oynayardı.
- Hazırda bu sahədə mövcud vəziyyət sizi qane edirmi?
- Güman edirəm ki, bu cür
faydalı məkanlar kifayət qədərdir. Sadəcə
nəinki gənclər
arasında, eləcə
də məktəblilər
arasında da bu təbliğat güclü olmalıdır.
Məktəblilər çayın axarına
bənzəyirlər. İlk öncə maraq dairələri nəyə güclü olursa, sonralar da ona doğru
can atırlar. Odur ki, məktəblilər, eləcə
də gənclər arasgnda sarlam həyat devizini mühkəmləndirmək lazımdır.
Məktəblərdə artıq belə
bir dərnəklər
fəaliyyətə başlayıb.
Məsələn bizim məktəbimizdə
rəsm, rəssamlgq, şahmat, rəqs və idman dərnəklərinin
fəaliyyətə başlaması
məni sevindirir.
-Sizcə belə dərnəklər
onların mənəvi
inkişafında, istedadlarının
üzə çıxmasında
hansı rolu oynaya bilər?
- Bilirsiniz, şagirdlər özlərini sağlam mühitdə kəşf edə bilərlər. Öz potensial imkanlarını, əyləncə kimi baxdığı hər hansı bir idman növü ya da digər
sahədə uğurlar
qazana bilərlər.
Odur ki, sağlam düşüncələri ilə
həyata atılmalarını
dəstəkləyirəm. İstərdim ki, internetə
cəlb olunmaqdansa faydalı işlərlə
məşğul olsunlar.
Sosial şəbəkələrdə yersiz vaxt keçirməyə
dəyməz. Həyati bacarıqlar
gələcək üçün
daha önəmlidir.
-Sizin təhsil verdiyiniz şagirdlər arasında
bu dərnəklərdə
iştirak edənlər
varmı? Məktəb tərəfindən
onlara hansı dəstək göstərilir?
- Məktəbimizdə qeyd etdiyim dərnəklər fəaliyyət göstərir. Şagirdlərin bu dərnəklərdə böyük səylə iştirakını görürəm. İnanıram ki, gələcəyin rəssamları, idmançıları, rəqqasları bizim məktəbin istedadlı şagirdləri arasındadır.
-Uşaqların mənəvi inkişafı ilə bağlı dərslərdə hansı mövzulara üstünlük verirsiniz? Bu gün uşaqlar dövlətçilik tariximizi, Mili Qəhrəmanlarımızı nə dərəcədə tanıyırlar?
- Mənəvi inkişafla bağlı bu gün dərsliklərimizdə olan mövzular məni qane edir. Nəzərə alsaq ki, bu gün Azərbaycan dili dərslikləri yalnız qrammatikadan ibarət deyil, burada dostluq, mənəviyyatın inkişafı ilə bağlı bir çox dəyərli materiallar var. Burada həm tariximizlə, keçmişimizlə, nağıllarımızla, Milli Qəhrəmanlarımızla sözün əsl mənasında sağlam vətəndaş olmağın sirləri aşılanmışdır desəm yanılmaram. Çox sevinirəm ki, dərsimizin bir saatı da şagirdlərlə nitqin, zəkanın inkişafına səbəb olan məhz belə mənəvi söhbətlərə köklənib. Bunu alqışlayıram. Milli Qəhrəmanlarımızı tanıyırlar, onlar haqqında maraqlı esselər yazırlar. Demək ki, onlarda dünənimiz, bu günümüz haqqında müəyyən fikirlər formalaşıb.
-Əyani vəsait
kimi uşaqların tarixi
yerlərə səyahətləri təşkil olunurmu?
- Bəli, təşkil olunur. Bu yaxınlarda şagirdlər təşəbbüs irəli sürdülər. İçəri şəhərə, Qız qalasına, Şirvanşahlar sarayına, Miniatür Kitab Muzeyinə getdik. Şagirdlər həmin səfər etdiyimiz yerlərdən çox gözəl məlumatlar aldılar və məmnun qaldılar. Hətta öz səyahət şəkillərinə fəxrlə baxdıqlarını vurğuladılar. Bizə Ülvi Sultanın təşkil etdiyi tarixi məkanlarla bağlı geniş məlumat çox xoş təsir bağışladı. Şagirdlər bu tarixi abidələrə, keçmişimizə bələd olduqca yeni maraqları meydana çıxdı. Bundan başqa Təhsil Nazirliyinin şagirdlər üçün nəzərdə tutulan Qala kəndinə səyahəti də qeyd etmək yerinə düşərdi. Bu cür gəzintilər onların patriot insan kimi böyümələrinə səbəb olan amildir. Biz şagirdlərin şəxsi təşəbbüsü ilə müraciət etdik. “RVS TRAVEL”in tur meneceri Ülvi Sultan çox maraqlı məlumatlar, tarixi məkanların keçmişi barədə dəqiq informasiyalar verirdi və şagirdlərə bu tarixi məkanlarla bağlı xatirə şəkilləri həmin tur tərəfindən təmənnasız hədiyyə olundu və bu şagirdlərimizdə xoş təəssüratlar yaratdı. Eyni zamanda şagirdlər həmin tarixi məkanlarda xatirə şəkilləri çəkdirdilər. Bu şəkillər də onlara hədiyyə olundu. Bu təşəbbüsü 6 və 8-ci siniflərdə dərs dediyim şagirdlərim arasında həyata keçirdim.
- Uşaq
və gənclərin mənəvi inkişafı ilə
bağlı gələcəkdə bu
istiqamətdə hansı tədbirlərin təşkil
olunmasını, gənclərdə marağı artırmaq üçün nələri təklif edərdiniz?
- Şagirdlərin mənəvi inkişafı
ilə bağlı müxtəlif səpkidə layihələrin
yazılmasını təklif edərdim. Hansı ki, şagirdlər özləri bu layihələrin
iştirakçısına çevrilmələrinə cəhd
edib mütaliələrə cəlb
olunardılar. Bədii, tarixi mövzularda, lirik şeirlərin
oxunmasında onları cəlb edərdik. Çünki
daxili zənginlik yalnız səyahətlərlə
kifayətlənmir, dünyagörüşünün
formalaşmasında mütaliə də mütləqdir.
Nigar Abdullayeva
Palitra.-2014.-29 aprel.-S.11.