“Azərbaycan sazın, sözünneftin Vətənidir”

 

Müsahibimiz TRT Bakı təmsilçisi Emrah Timuçin

Yazıcıdır:

 

- 2014-cü ildə TRT Bakı təmsilçiliyinin yeni layihələri nədən ibarətdir?

- Biz 2014-cü ilə böyük həyəcan, böyük arzu və şövqlə başladıq. Azərbaycana 2 il əvvəl müxbir olaraq gəldim. Bu ilin yanvar ayında TRT Bakı təmsilçisi olaraq yeni vəzifəyə təyin edildim. Əlbəttə ki, həyəcanlı idim, istəkli idim, arzusunda idim. İlk hədəfimiz rəngarəng verilişlərin sayını artırmaqdır. Hazırda dörd yeni layihə üzərində çalışırıq. Bu proqramlardan biri, xüsusilə azərbaycanlılar üçün çox maraqlı olacaq. Çünki azərbaycanlılara həsr olunmuş proqramdır. Verilişin adı “Röya kimidir. Bu proqramda əsas məqsədimiz azərbaycanlıların röyalarını həqiqətə çevirməkdir. Bir azərbaycanlının evinə qonaq olub evin bir otağını hərtərəfli təmir edirik. Maddi tələb olmadan, parketdən tavana qədər və otaq əşyalarını 3 gün ərzində yeniləyirik. Aparıcımız, memarımız, texniki işçi heyətimizdə var.

Qonaq olduğumuz evin sadəcə bir röyasını gerçək etmirik. Bundan başqa evin təmiri bitdikdən sonra Azərbaycanın tanınmış müğənnilərindən birini dəvət edirik. Onu qeyd edim ki, bu verilişin ilk bölümü efirdə yayımlanıb. Verilişin ilk musiqili qonağı da Namiq Qaraçuxurlu olub. Biz qonağı olduğumuz evin həm otağını yeniləyirik, həmçinin arzu etdiyi müğənnini evinə dəvət edirik. Belə ki, evinə qonaq olduğumuz azərbaycanlıların 2 röyasını həyata keçiririk.

Verilişimizin izləyicilərini də unutmadıq. Onlara da bir sürprizimiz var. Verilişin əvvəlində bir məlumat verilir. Məsələn, “Azərbaycanın paytaxtı Bakıdırdeyilir. Proqramın sonunda isəAzərbaycanın paytaxtı haradır?” sualı verilir. Sualın cavabını ilk bilən tamaşaçımızı 5 günlük Türkiyəyə səyahətə göndəririk. Beləliklə, verilişimizin tamaşaçılarının da röyasını gerçəkləşdiririk.

Digər layihələrimizdən biriQürbətdəki elçilərimizadlı proqramdır. Bu proqramdakı məqsədimiz Azərbaycanda uzun illərdir yaşayan Türkiyənin ictimai xadimləri, türk adamları, sənətçiləri Azərbaycanda çalışdıqları müddətdə iki ölkə arasındakı münasibətlərə hansı fədakarlıqlar etdi. Bu, verilişimizin formatıdır.

Bir başqa layihəmiz “Can Azərbaycan”dır. Bu proqramımızda Azərbaycanın çox gözəl diyarlarına, dilbər guşələrinə səyahət edirik. Orada çəkilişlər aparırıq. Bakı, Şəki, Qəbələ kimi bir çox bölgələrdə olan gözəlliyi əvvəlcə Türkiyəyə daha sonra bütün dünyaya çatdırmaq arzusundayıq.

Çox yaxında siyasi proqram hazırlamağı düşünürük. Ən vacib layihələrimizdən biri , Azərbaycanda serial çəkməyi planlaşdırırıq. Bizim proyektlərimiz çoxdur. Buradan azərbaycanlılara deyirik ki, “TRT Avazsizin kanalınızdır. Azərbaycan türkcəsi ilə yayımlanırıq. Onu da qeyd edim ki, bu layihələrimizdə azərbaycanlılar çalışır Azərbaycan türkcəsində efirə verilir.

-TRT Televiziya Radio qurumunun Azərbaycanın telekanalları ilə ortaq layihələri gözlənilirmi?

- İlk öncə onu deyim ki, biz bir “TRT Avazkanalı olaraq özümüzü Azərbaycanın bir kanalı olduğumuzu düşünürük. Çünki 8 dildə efirdəyik. Ancaq efir zamanımızın çoxu azəri türkcəsində verilir. Ortaq layihələrimizdən söz açdınız. Bəli! Azərbaycanın İctimai Televiziyası ilə telekörpü qurduq. Həftənin çərşənbə günüYeni günproqramı ilə ortaq yayında oluruq. Verilişlərimizdə azərbaycanlıları tez-tez qonaq qismində dəvət edirik. Biz ona inanırıq ki, Azərbaycan sazın, sözün neftin Vətənidir. İncəsənət Azərbaycanda çox yüksək inkişaf edib. Biz azərbaycanlıların bu istedadından yararlanmaq istəyirik.

Bundan əlavə, 25 nəfərlik azərbaycanlı həmkarlarımızı çox yaxın zamanda Türkiyədə-paytaxt Ankarada qonaq edəcəyik. 15-20 günlük efir təlimləri aparılacaq. Təcrübə məqsədilə azərbaycanlı həmkarlarımız bizimlə, biz azərbaycanlı həmkarlarımızla efir aparıcılığı, rejissorluq, kamera çəkilişləri sahəsində birgə çalışacağıq. Əsas məqsədimiz Azərbaycan Türkiyə mediası ilə möhkəm bir bağ qurmaq niyyətindəyik.

- TRT Avaz kanalında respublikanın Əməkdar artisti Tünzalə Ağayevanın Azərinin xüsusi verilişləri var. Bəs, türk sənətçilərinə necə, Azərbaycan kanallarında veriliş hazırlamaq təklifləri olunub?

- Belə bir təklif olunursa, əlbəttə ki, biz böyük həvəslə qarşılayarıq. Bilirik ki, Azərbaycana türk sənətçiləri tez-tez dəvət olunur. Hər həftə konsert proqramları təşkil edilir. Həqiqətən , Azərbaycan Türkiyə musiqisi artıq bir-birinə zəncir olaraq bağlanıb.

- Azərbaycanın mədəniyyəti Türkiyədə, Türkiyə mədəniyyəti Azərbaycanda tanınır təbliğ olunur. Layihə çərçivəsində belə mövzulara müraciət ediləcək?

- Belə bir layihə üzərində çalışdıq. TİKA (Türkiyə İş birliyi Kordinasyon Agentliyi) ilə bərabərOrtaq Qarabağlarımızadlı layihə başlatdıq. Çünki Qarabağ Türkiyədə yaşadılır. Qədim zamanlardan Qarabağdan köçən azərbaycanlılar Türkiyədə məskunlaşıblar. Təəssüf olsun ki, bu gün Qarabağ işğal altında olsa da, ancaq Türkiyədə Qarabağ azaddır. Biz ona sevinirik ki, Türkiyədə yaşayan azərbaycanlılar, qarabağlılar qədim mədəniyyətlərini adət-ənənələrini yaşadır, dillərini itirməyiblər. Çox gözəl bir məkandır. Biz TRT heyəti olaraq, Afyonun Bolvadin mahalına səfər etdik. Söz açdığımız qarabağlılar Bolvadin mahalında Kiçik Qarabağ, Orta Qarabağ Böyük Qarabağ qəsəbələrində yaşayırlar. Qəsəbələrində əhali sayı 1000-1500-2000 nəfərdir.

Biz bu haqda necə bir yenilik edə biləcəyimizi düşündük. Azərbaycan Milli Elmlər Akademiyasından Qalib Hüseynlini Türkiyəyə göndərdik. Qalib müəllim orada elmi tədqiqatlar apardı. Qalib müəllimin tədqiqatlarına əsasən, 1800-cü illərdə Qarabağ bölgəsində yaşayan bir qrup əhali Türkiyəyə köç edib, Bolvadin mahalında məskunlaşıblar. Onlar bütün adət-ənənələrini bu günə qədər qoruyub saxlayıblar. Bu gün onların dili azəri türkcəsidir. Hətta, Qalib müəllimimiz onu da qeyd etdi ki, “Biz bəlkə hansısa adət-ənənələrimizi unutmuş ola bilərik. Ancaq onlar bu günə kimi, qədim adətlərimizi yaşada biliblər”.

Bizim layihəmiz orada yaşayan azərbaycanlıları Bakıda görüşdürməkdir. Bolvadin mahalında yaşayan qarabağlı sənətçiləri Bakıya dəvət edib, konsert proqramları təşkil etmək arzusundayıq. Birinci görüşümüzü etdik. İstəyirik ki, bu layihələrimizi davamlı olaraq həyata keçirək.

- Azərbaycan mediasını necə görürsünüz?

- Mən buraya müxbir olaraq gəldim burada azərbaycanlı dostlarımla çiyin-çiyinə çalışdım. Yeri gəldi, bir-birimizə görüntülər verdik. Bunu deyə bilərəm ki, Türkiyədə rəqabət var. Türkiyədə “Son dəqiqəxəbəri olduğuna görə, müxbirlər bir-birini ötməyə çalışırlar, görüntünü birinci vermək istəyirlər. Amma Azərbaycanda bu yoxdur. Burada birlik, bərabərlik, qardaşlıq yüksək səviyyədədir. Hər kəs əldə etdiyi görüntünü, qaçırılan xəbəri bir-biri ilə paylaşırlar. Bu mənim üçün çox fərqli oldu. Mən Azərbaycanda bunu öyrəndim. Birliyi, bərabərliyi, yardımlaşmağı Azərbaycan mediasından öyrəndim. Bəlkə bunun səbəbi “Son dəqiqəxəbərinin Azərbaycanda geniş yayılmamasıdır. Amma həqiqətən, azərbaycanlıları bu barədə təbrik etmək istəyirəm.

- Bakımız haqqında təəssüratlarınızı bilmək istəyirik.

- Bakı mənim üçün xüsusi sevgi bəslədiyim bir şəhərdir. Nəyə görə? Çünki qızım Zeynəb Bakıda dünyaya gəldi. Onun yaş kağızına doğulduğu şəhərin Bakı olduğu qeyd olunub. Bundan ötrü Bakı mənim üçün çox özəldir bundan sonra da belə olacaq. Azərbaycan bizim qəlbimizə işləyib. Mən üç ildir ki, Azərbaycandayam bundan sonra Azərbaycanı unutmayacağam. Azərbaycanın yeri mənim üçün ayrıdır. Bakını çox sevirəm. Gündüzləri ayrı, axşamları ayrı bir gözəlliyi olur. Vəzifəmin müddəti bitdikdən sonra Türkiyəyə necə dönəcəyimi bilmirəm. Əlbəttə ki, Türkiyə ayrı bir yerdir. Amma Türkiyəyə dönərkən, Azərbaycana dair bir çox xatirəm olacaq. Buradan gedəndə çox üzüləcəyimi bildirmək istəyirəm.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-30 aprel.-S.13.