Bu gün biz Hollandiyada öz sözümüzü deyə bilirik

 

Elxan Mirhəşimli: “Azərbaycanın qazandığı siyasi-iqtisadi uğurlar, apardığı informasiya savaşı öz müsbət nəticələrini verib

Hər hansı xarici ölkədə soydaşlarımızın bir araya gəlməsi, həmrəyliyi diaspor siyasətinin prioritetlərindəndir. Niderland Krallığında yeni fəaliyyətə başlayanHollandiya Azərbaycan Evinin də əsas məqsədlərindən biri budur. Təşkilatın ofisinin girişində üç rəngli bayrağımızın dalğalanması hər birimizə qürur verir. Qeyd edək ki, “Hollandiya Azərbaycan Evinin sədri Elxan Mirhəşimli 2001-ci ildən Niderlandda yaşayır. Uzun müddətdir ki, diaspor sahəsində çalışan Elxan müəllim qəzetimizə müsahibəsində öz fəaliyyətini bundan sonra təşkilat sədri olaraq daha aktiv aparacağını bildirdi.

 

-“Hollandiya Azərbaycan Evini yaratmaqda məqsəd nədir?

- Məqsədimiz Niderlanddakı azərbaycanlıların yerli xalqa inteqrasiyasını daha da artırmaqdır. Ümumiyyətlə, hədəfimiz hollandlara öz tariximiz, mədəniyyətimiz, milli kimliyimizi tanıtdırmaqdır. Yəni hollandlar görsünlər ki, biz necə millətik. Bizim yeni yaradılmış bir təşkilat olaraq məqsədimiz bütün təşkilatlarla bərabər Hollandiyada Azərbaycan diasporunu sözün həqiqi mənasında birlik həmrəylik şəklində fəaliyyətə gətirməkdir. Bu gün Hollandiyada böyüyən gənclər gələcəkdə bizim yerimizdə olacaqlar. Məqsədimiz həm Hollandiyadakı gəncləri milli-vətənpərvər ruhda böyütməkdir. Bu gənclər daha aktiv işləyəcəklər. Çünki onlar orada təhsil alıblar artıq inteqrasiya olunublar.

- Bu gün Azərbaycandan gedib Hollandiyada təhsil alan gənclərimizə hansı dəstək göstərə biləcəksiniz?

- Bizim hələ təşkilat yaranmamışdan qabaq fikrimiz var idi ki, Azərbaycandan gəlib Hollandiyada təhsil alan gənclərimizə dəstək olaq. Təşkilat yaratdıqdan sonra, biz bu işi planlı şəkildə həyata keçirəcəyik. Biz bu gənclərlə əlaqələr yaradacağıq. Çalışacağıq onlar özlərini Hollandiyada yalnız hiss etməsinlər. Elə, təşkilatı həm ona görə yaratdıq ki, belə gənclərin hər hansı problemləri olanda bizə müraciət etsinlər. Elə tələbələr var ki, bayramlarda, tətillərdə Azərbaycana gedib-gələ bilmirlər. Biz çalışacağıq ki, həmin tələbələr burada yaşayan həmyerlilərimizin evlərində qonaq kimi qalsınlar tətillərini burada keçirsinlər.

- Hollandiyadakı diasporumuz ermənilərə qarşı mübarizədə aktivdirmi?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim ağrılı, bir nömrəli problemimizdir. Ona görə Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı kimi məqsədimiz hər zaman erməni millətçilərinin torpaqlarımızın 20 faizini işğal etməsini, 1 milyona yaxın qaçqın məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşməsini, ermənilərin Azərbaycan türklərinə qarşı tarixin müxtəlif dövrlərində həyata keçirdikləri terror soyqırımı aktlarını hər zaman holland Avropa ictimaiyyətinə çatdırmaqdır.

Bu gün Azərbaycan diaspor təşkilatları tərəfindən ermənilərin Azərbaycana qarşı apardıqları yalan təbliğatların qarşısı alınır. Məsələn, Hollandiyada yaşayan azərbaycanlılar tərəfindən hər il 20 Yanvar, Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq anım tədbirləri keçirilir. Bu il Xocalı həqiqətləri ilə bağlı məlumatlar yerli sakinlərin poçt qutularına atıldı.

Ümumiyyətlə, bu kimi tədbirlərdə bütün vətənsevər dostlarımız bir araya gəlir. İnşallah ümid edirik ki, haqq-ədalət tezliklə yerini tapar bu soyqırımı həyata keçirənlər haqq-ədalət qarşısında hüquqi qiymətini alarlar. Qısa müddətə erməni cəlladları öz cəzalarına çatarlar.

- Ermənilər azərbaycanlılara qarşı hansı yalanlardan istifadə edirlər?

- Ermənilərin azərbaycanlılara qarşı ən böyük yalanı odur ki, onlar gəlib Hollandiyada azərbaycanlı qaçqın kimi qeydiyyata düşürlər. Hələ 2002-ci ildə mən belə bir halla rastlaşdım. Bir holland kiləsinin qəzetində Azərbaycanda olan 1 milyon qaçqın erməni qaçqını kimi verilmişdi. Bir azərbaycanlı kimi bunu özümə heç cür sığışdıra bilmədim. Mən həmin mətbuatla əlaqə saxlayıb öz etirazımı bildirdim. Bu xəbərin erməni yalanlarından biri olduğunu dedim. Ermənilərin Azərbaycan torpaqlarına təcavüz edib, dinc sakinlərimizi öz yurd-yuvalarından çıxarıb qaçqın məcburi köçkün etdiyini vurğuladım. Bundan sonra həmin qəzet növbəti nömrədə təkzib verdi.

Biz “Hollandiya-Azərbaycan Eviolaraq ermənilərin işğalçılıq siyasəti, 20 faizə yaxın ərazilərimizin hazırda erməni işğalı altında olması, Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində müvafiq tədbirlər keçirəcəyik. Fəaliyyətimiz dövründə zaman-zaman yuxarıda qeyd edilən məsələlərlə bağlı dəyirmi masalar, konfranslar təşkil edəcəyik. Hesab edirəm ki, Azərbaycandan kənarda fəaliyyət göstərən hər bir diaspor təşkilatı bu kimi məsələlərdə bir qədər aktivlik nümayiş etdirsə, biz daha çox uğurlara imza atmış olarıq. Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi üçün yorulmadan çalışmalıyıq. Çünki bizim görüləsi işlərimiz hələ çoxdur. Nəyə görə, ermənilər olmayan bir hadisəni soyqırımı kimi qələmə verib, onu az qala dünyanın hər bir yanında tanıda bilir, ancaq biz yaxın keçmişdə, hər kəsin gözü qarşısında Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı hələ tam mənada beynəlxalq ictimaiyyətə çatdıra, onun tanınmasına nail ola bilmirik. Deməli, bunun üçün hələ bizim çox işləməyimiz lazımdır. Yeri gəlmişkən, biz hazırda Xocalı həqiqətləri ilə bağlı kitab üzərində işləyirik.

- Diasporun öz işini daha da gücləndirməsi üçün hansı addımların atılmasına ehtiyac var?

- Düşünürəm ki, diaspor təşkilatları olaraq daha çox işlər görə bilərik. Çünki bunun üçün potensial var. Həmçinin hədəfimiz məlumdur. Sadəcə görülən işlərə dəstək vermək daima işləmək lazımdır. Özü işlər planlı şəkildə olmalıdır, pərakəndə halda deyil. Biz öz problemlərimizi, dərdimizi artıq bilirik. Artıq bağlı qapılar arxasında özümüzün deyib, özümüzün eşitdiyi bəs edər. Hesab edirəm ki, bundan sonra qapıları açıb digər holland təşkilatları qurumlarla çalışmaq zamanıdır. Yəni bu gün biz Hollandiyada öz sözümüzü deyə bilirik. Biz çalışacağıq ki, Hollandiyada mədəni tədbirlər keçirməklə yanaşı siyasi partiyalarla da əməkdaşlıq edək. Elə siyasi partiyalar var ki, hakimiyyətdə deyillər. Amma bilmək olmaz, 5 ildən sonra hakimiyyətə gələ bilərlər. Eyni zamanda yerli xalqla da işimizi aktivləşdirəcəyik. Ümumiyyətlə, diaspor işində fasilə olmadan fəaliyyət göstərəcəyik.

- Ötən illərlə müqayisədə bu gün hollandların Azərbaycanı tanımasında dərəcədə irəliləyiş var?

- Ötən illərlə müqayisədə hollandların bu gün Azərbaycan haqda fikirləri çox dəyişib. Məsələn, 15 il bundan qabaq onlara Azərbaycan adını deyəndən çox da tanımırdılar. Amma bu gün Azərbaycanın qazandığı siyasi-iqtisadi uğurlar, apardığı informasiya savaşı öz müsbət nəticələrini verib. Ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq tədbirlər tanınmamıza çox böyük təsir edib. Bu baxımdan Azərbaycanın Niderland Krallığındakı səfirliyi aktiv fəaliyyət göstərir, diasporumuzla da çox yaxşı əməkdaşlıq edir. Səfirimiz Mirhəmzə Əfəndiyev çox bacarıqlı diplomatdır.

Diaspor təşkilatları da davamlı olaraq Azərbaycanın təbliği istiqamətində təbirlər keçirirlər.

Fuad Hüseynzadə

Palitra.-2014.-1 aprel.-S.7.