Sağlam həyat tərzi təbliğ edilir

 

Sağlam nəsil yetişdirmək, gələcək üçün fiziki cəhətdən sağlam, pis vərdişlərdən uzaq olan Azərbaycan vətəndaşı formalaşdırmaq hədəfi ölkə daxilində böyük infrastrukturun yaradılmasını təmin edib

 

Müasir dünyamızda baş verən inkişaf, qloballaşma, internetin həyatımıza bu qədər sürətlə daxil olaraq, gündəlik yaşam tərzimizin ayrılmaz hissəsinə çevrilməsinin müsbət və mənfi tərəfləri var. İnformasiya texnologiyalarının inkişafı ilə ayaqlaşmadan irəli getmək, həyatın müxtəlif sahələrində uğur qazanmaq imkansız hala çevrilib.

Amma bununla yanaşı, gündəlik həyatımıza daxil olan müasir inkişafın müxtəlif elementləri özü ilə barəbər bir çox probelmlər də yaradıb. Bu problemlər xüsusilə gənc nəslin tərbiyəsinə, onların cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi yetişməsinə mənfi təsirlər göstərir. Layihə çərçivəsində təqdim etdiyimiz yazı da elə bu problemlə bağlıdır. Qeyd edək ki, bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərdəki qarışıq olaylar sübut edir ki, internetin, sosial şəbəkələrin vasitəsilə gənc nəslə, onların milli-mənəvi dəyərlərinə ciddi şəkildə təsir etməyə çalışan müxtəlif qüvvələr var. Dövlətimizin, xalqımızın gələcəyinin asılı olduğu gənc nəsli bu qüvvələrin təsirindən qorumaq, onları mili-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, əsil vətəndaş kimi yetişdirmək aktual məsələ kimi gündəmdəki yerini qoruyur. Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə ciddi dəyşiklik müşahidə edilir, inkişaf üçün möhkəm təməllər yaradılıb.

 

“Ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz, gəncləri idmana cəlb etməklə bir neçə məqsəd güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz, gəncləri pis vərdişlərdən də çəkindirməliyik”

 

Dövlət başçısının ölçülüb-biçilmiş, hədəfləri əvvəlcədən dəqiq müəyyənləşdirilən siyasəti nəticəsində Azərbaycan bugünkü inkişafa nail olub. Cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan inkişafdan ən çox yararlanan gənclərdir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin gənclər sahəsinə xüsusi diqqət ayırması, bu kontekstdə idmanın inkişafını təmin etməsi gənc nəslin müasir dünyamızın mənfi vərdişlərindən qorunmasında, cəmiyyətə mənəvi cəhətdən kamil və faydalı vətəndaş kimi yetişməsində həlledici rol oynayır. Yəni, bu gün Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı təkcə ölkəmizin dünyadakı müsbət imicinin formalaşdırılmasına, üçrəngli bayrağımızın dünya arenalarında dalğalandırılmasına hesablanmayıb. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək çox mühüm yer tutur. Burada gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq əsas məqsəd kimi həfələnib. Bu məqsədə çatmaq üçün görülən işlər bəhrəsini verməkdədir. Dövlət başçısı bu məsələni belə dəyərləndirib: «Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. Ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz, gəncləri idmana cəlb etməklə bir neçə məqsəd güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz, gəncləri pis vərdişlərdən də çəkindirməliyik». Planlı şəkildə həyata keçirilmiş düşünülmüş siyasətin hədəfə çatması bu sahədə böyük işlərin həyata keçirilməsi ilə mümkün olub. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasət o qədər dəqiqliklə hesablanıb ki, bir hədəfin daxilində bir çox məqsədlərə çatılması nəzərdə tutulubbiz indi-real nəticələr əldə olunandan sonra- bunu daha yaxşı başa düşürük. Sağlam nəsil yetişdirmək, gələcək üçün fiziki cəhətdən sağlam, pis vərdişlərdən uzaq olan Azərbaycan vətəndaşı formalaşdırmaq hədəfi ölkə daxilində böyük infrastrukturun yaradılmasını təmin edib. Bu gün ölkəmizin hər bir bölgəsi idman və digər infrastrukturla təmin olunub. Yəni, idmanı inkişaf etdirmək siyasəti ölkəmizin, onun ayrı-ayrı bölgələrinin inkişafı ilə barəbər şəkildə həyata keçirilib. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Deməli, dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. İdmanın inkişaf etdirilməsi həm dövlətin dünyadakı təbliği, müsbət imici üçün, həm də ölkədə gənc nəslin formalaşması üçün vacibdir. Dövlət başçısının bilavasitə təşəbbüsü ilə yeni-yeni idman arenaları, təlim-məşq toplanışlarının keçirilməsi üçün bazalar, Olimpiya-İdman Kompleksləri tikilərək gənclərin ixtiyarına verilib. Respublikamızın ayrı-ayrı bölgələrində «Gənclər evi»nin inşa edilməsi də bu məqsədə xidmət edir. Dövlət siyasətinin tərkib hissəsi olaraq bu komplekslər bölgələrdə inşa edilir və həmin bölgədə yaşayan gənc nəsli idmanla məşğul olmağa həvəsləndirir. Həm gənclər pis vərdişlərdən uzaqlaşaraq idmana həvəs göstərir və bu da ölkədə böyük idmançı ordusunun formalaşmasını təmin edir. Bu isə öz nəticəsini beynəlxalq yarışlarda əldə edilən uğurlarda, qazanılan medalların sayında və əyarında göstərir. Bu siyasət ölkəmizin bütün bölgələrini əhatə etməklə bu günuğurla davam etdirilir. Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilib. İdman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İlk növbədə ona görə ki, idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib. Ölkəmizdə olimpiya hərəkatının inkişafı birmənalı olaraq Prezidentin adı ilə bağlıdır. Prezidentin MOK xəttilə uşaq və gənclərin problemlərinin ardıcıl olaraq həll etməsi, onların imkan və bacarıqlarını reallaşdırmaları üçün hərtərəfli və geniş şərait yaratması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə həyata keçirilən idman siyasəti yeniyetmələr və gənc nəslin idmana olan marağını artırıb. Respublikamızın demək olar ki, bütün bölgələrində istifadə verilən Olimpiya İdman kompleksləri yeniyetmə və gənclərin sevimli yerinə çevrilib. Bu komplekslərin inşa edilməsinin əsas məqsədlərindən biri də elə yeniyetmə və gəncləri buraya cəlb etmək, onları mənfi və pis vərdişlərdən uzaqlaşdırmaq və gələcək üçün sağlam nəsil yetişdirməkdir. Yəni, idman siyasəti fiziki cəhətdən sağlam, mənəvi cəhətdən kamil vətəndaş yetişdirməyə hesablanıb.

Anar Miriyev

Palitra.-2014.-2 aprel.-S.11.