“Vətənə peşəkar mütəxəssis
kimi qayıtmaq istəyirəm”
“Gənclər təhsil
aldığı ölkələrdə bir-biri
ilə davamlı əlaqə saxlamalı, bacardıqca ölkəmizi
təbliğ etməlidirlər”
Bu gün xaricdə təhsil alan bir çox azərbaycanlı gənc var ki, onların yüksək ixtisaslı gənc kadr kimi Vətənə dönməsi və burada müvafiq qurumlarda çalışması ölkəmizin həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Hazırda xaricdə təhsilini müxtəlif dərəcələrdə davam etdirən gənclərimiz var. “Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı layihəsinin növbəti müsahibi Türkiyənin Giresun Universitetində iqtisadiyyat üzrə magistratura təhsili alan Aysel Həşimovadır.
-Mən 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına orta məktəbi bitirmişəm. Həmin ildə, yəni 2009-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisat fakültəsinin maliyyə ixtisasına daxil olmuşam. 2013-cü ildə universiteti bitirmişəm. Universitetin dördüncü kursunda ALES imtahanına hazırlaşdım və eyni vaxtda Bakı Türk Anadolu liseyində 3 ay türk dili dərslərinə gedib TÖMER sertifikatı aldım. May ayının 12-də Türkiyənin İstanbul şəhərində Ales imtahanından müvəffəqiyyətlə keçmişəm. Hazırda Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən Giresun Universitetində iqtisadiyyat üzrə magistratura təhsili alıram.
- Mövcud təhsil sistemi sizi qane
edirmi? Təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Buradakı təhsil məni çox qane edir. Təhsil sistemləri
arasında təbii ki, fərq var
və oxuduğum universitetin təhsil sistemindəki müsbət
hallardan yararlanmağa
çalışıram. İxtisasımla bağlı dərslərdə
iştirak edirəm, müəllimlərin tövsiyə
etdiyi kitabları alıb oxuyuram.
- Orada təhsil alan azərbaycanlı
tələbələrlə əlaqələriniz necədir?
Azərbaycanlı tələbə olaraq orada ölkəmizin
tanıdılması istiqamətində
hansı addımlar atırsınız?
- Burada çoxlu sayda azərbaycanlı tələbələr təhsil
alır. Beynəlxalq Əlaqələr, İqtisadiyyat,
Tibb və s. digər fakültələrdə
təhsil alan
azərbaycanlı tələbələr
var. Həmin tələbələrlə
biz Giresun Azərbaycanlı
Tələbələr Topluluğu
yaratmışıq. Davamlı olaraq
Azərbaycanda qeyd edilən önəmli günlərlə bağlı
tədbirlər təşkil
edirik. Bu tədbirlər sırasına
20 Yanvar, Xocalı faciəsi, Novruz bayramı, 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü,
28 May Respublika Günü
və s. daxildir.
Ən
son tədbirlərimizdən biri kimi Xocalı
soyqırımını anma
mərasimində toplanmışdıq.
Daha sonra Novruz bayramında
da azərbaycanlı tələbələrlə tədbir
keçirdik. Mənim fikrimcə,
biz hansı ölkədə
yaşamağımızdan asılı olmayaraq belə tədbirləri təşkil etməliyik.
Çünki bu tədbirləri
təşkil etməyimiz
həm biz gənclərin
tariximizi unutmasına imkan vermir, hər
zaman yaddaşımıza
həkk olunur, həm də bununla yaşadığımız
ölkənin tanımasına
şərait yaratmış
oluruq. Ona görə də
gənclər təhsil
aldığı ölkələrdə
bir-biri ilə davamlı əlaqə saxlamalıdırlar. Bacardıqca ölkəmizi
təbliğ etməlidirlər.
Belə tədbirlər olduqda istər-istəməz digər
xalqın nümayəndəsi
də bu tədbirin məqsədi, hansı ölkə ilə bağlı olduğu barədə maraqlanır, məlumat alır. Bu da
ölkəmizin təbliğinə
imkan verir. Biz gələcəkdə də belə tədbirlərin keçirilməsinə
çalışacağıq.
- Asudə vaxtlarınızda
nə ilə məşğul olursunuz?
- Dərsdənkənar vaxtlarımızı
səmərəli keçirməyə
çalışırıq. Adətən qrup yoldaşlarım bizi şəhərin gözəl
və tarixi yerləri ilə tanış etməyə dəvət edirlər. Biz deyirəm,
çünki oxuduğum
qrupda daha üç azərbaycanlı
tələbə təhsil
alır. Şəhərin tarixi yerlərini ziyarət edirik, burada çox maraqlı yerlər var və ziyarətçilərə
xoş təsir bağışlayır.
- Sizin təhsil aldığınız sahə
bu gün iqtisadi inkişaf yaşayan ölkəmiz üçün önəmlidir.
Sizcə
bu, ölkəmizdə
iqtisadi inkişafa hansı töhfələr
verə bilər?
-Təhsil aldığım
sahə həm dünyada, həm də ölkəmizdə daim inkişaf yaşayan və önəmli bir sahədir. Ümumiyyətlə, bir ölkənin
inkişafında iqtisadiyyat
mühüm əhəmiyyət
kəsb edir. Əgər bir ölkənin iqtisadi inkişafı yoxdursa, onun inkişaf etmiş ölkələr sırasına
çıxması, hansısa
böhrandan xilas olması qeyri-mümkündür.
Məsələn, ötən illərdə
dünyada baş verən iqtisadi böhran zamanı məhz iqtisadiyyatı güclü olan ölkələr qalib gəldilər. Bu baxımdan Azərbaycan da iqtisadiyyatı sürətlə inkişaf
edən bir ölkə olaraq bu böhrandan üzüağ çıxdı.
Hətta
bir sıra dünya ölkələri
belə, bizə bununla bağlı həsəd aparır, dəfələrlə bu reallığı qeyd edirdilər. Həqiqətən də bu gün
ölkəmizin iqtisadiyyatı
davamlı inkişaf edir. Azərbaycan dünyanın inkişaf
etməkdə olan ölkələri sırasındadır.
Bunun üçün bu sahədə güclü,
savadlı gənc kadrlara ehtiyac var. Mən də bu sahədə daha professional gənc kadr olmaq istəyirəm.
Gələcək iş
həyatıma hələlik
Türkiyədə başlamaq
istəyirəm. İstəyirəm ki, tam peşəkar bir iqtisadçı kimi formalaşım.
Vətənimizə də məhz
savadlı, peşəkar
mütəxəssislər kimi
qayıdaq. Peşəkar kadrları, mütəxəssisləri
olan ölkə isə hər zaman ucalmağa layiqdir.
Nigar Abdullayeva
Palitra.-2014.-2 aprel.-S.6.