Gənc azərbaycanlı musiqiçi Sankt-PeterburqdaSevgi şərbəti” operasına dirijorluq edib

 

Sankt-Peterburqun Mixaylovski İmperator Opera Teatrında Qaetano DonisettininSevgi şərbəti” (“L`elisir d`amore”) operasının premyerası olub.

Tamaşaya Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edib.

Əyyub Quliyev bildirib ki, İtaliya və Rusiyanın tanınmış sənət və teatr xadimlərinin iştirak etdikləri tamaşanın quruluşçu rejissoru Fabio Sparvoli, quruluşçu rəssamı Mauro Karozi, rejissor assistenti Barbara di Lyeto, kostyum üzrə rəssam Odette Nikoletti, işıq üzrə rəssamlar Viniçio Keli, Luidji Benedetti, rejissor assistentləri Olqa Çiçilanova, Sergey Şepelev, musiqi rəhbəri Daniele Rustionidir. Əsas rolların ifaçıları - beynəlxalq müsabiqələr laureatı Dmitri Karpov, Yevgeni Axmedov, Boris Pinxasoviç, Hamburq Opera Teatrının solisti Katerina Tretyakova, Yuri Monçak, Svetlana MoskalenkoViktoriya Voytenkovadır.

Tamaşa anşlaqla keçib. Operanı böyük maraqla izləyən tamaşaçılar ifanın sonunda dirijor və solistləri ayaqüstə alqışlayıblar.

1833-cü ildə əsası qoyulan Mixaylovski Opera Teatrı Rusiyanın qədim tarixini və mədəni ənənələrini özündə yaşadan böyük sənət məbədlərindən biridir. Dirijor Əyyub Quliyev 2013-cü ildə ilk dəfə olaraq P.Çaykovskininİolanta” operasına dirijorluq etmək üçün həmin teatra dəvət olunub.

Bu teatr mövsümündə Əyyub Quliyev, həmçinin C.VerdininTraviata” operasını idarə edəcəkdir. Eyni zamanda, simfonik dirijor kimi qastrol səfərində iştirak edən dirijor aprelin 3 və 5-də Safonov Akademik Filarmonik Orkestri ilə birgə silsilə konsertlədə çıxış edəcək. Həmin konsertlərdə dahi rus bəstəkarı S.ProkofyevinRomeoCülyetta” baletindən nümunələr və bəstəkarın instrumental əsərləri səslənəcək. Konsertlərdə solist qismində Pianoçuların Beynəlxalq Qəbələ Müsabiqəsinin “Qran-pri” mükafatçısı İlya Maksimov (İngiltərə) iştirak edir.

Təhminə

Palitra.-2014.-4 aprel.-S.13.