Uşaqların intellektual və mənəvi inkişafı üçün layihələr reallaşdırılır

 

Rahib Rəsulzadə: “Hər il 100-ə yaxın müxtəlif kateqoriyalı əlil uşaqların iştirakı ilə şənliklər təşkil edirik

 

Uşaqların, eləcə də gənclərin fiziki və mənəvi inkişaf etdirilməsi aidiyyəti dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin də diqqətindədir. Artıq, Azərbaycanda bu istiqamətdə profilləşmiş saysız qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. 1990-cı ildən fəaliyyət göstərən “Kainat” Gənclik Mərkəzi də məhz bu istiqamətdə işini davam etdirir. Bu dövr ərzində “Kainat” uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, əyləncə mədəniyyətinin və musiqi zövqünün formalaşması üçün müxtəlif layihələr həyata keçirib.

“Kainat”ın sədri Rahib Rəsulzadə bizimlə söhbətində dedi ki, 1995-ci ildən bəri iki istiqamət üzrə uşaqlar üçün geniş miqyasdaNovruz bayramı” və “Yeni il” şənliklərinin təşkilini həyata keçirirlər: Yerlixarici şirkətlərin, nümayəndəliklərin birbaşa iştirakı ilə bu bayramlar ərəfəsində minlərlə sosial müdafiəyə ehtiyacı olan körpələrin bu layihə çərçivəsində ayrı-ayrı günlərdə tədbirə qatılmaları təmin olunur. Əyləncə dolu şənliyin sonunda hər bir uşaq xüsusi hazırlanmış qutularda bayram sovqatı alır. Uşaqlar üçün maraqlı və sevimli əyləncə mənbəyi olan bu şənliklərdə balaca dostlarımız milli adət-ənənələrimizlə bağlı oyunlarda, viktorinalarda iştirak edir. Proqramların gedişatına Dövlət Kukla Teatrının məzhəkəçiləri, uşaqların sevimli milli nağıl və cizgi filmi qəhrəmanları obrazlarında nəzarət edirlər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündən start götürən “Yeni il” şənliklərində bilik və bacarıqlarını nümayiş etdirməklə, müxtəlif mükafatlara layiq görülürlər. Müasir şou-interpretasiyasında rəqslər və oyunlar, böyüklərin də iştirak etmələri şərti ilə tamaşaçıların diqqətinə çatdırılır. Ümumiyyətlə, bütün kollektivimiz çalışır ki, hədiyyəli-əyləncəli bayram şənlikləri həm uşaqların, həm də böyüklərin zövqünü oxşasın”.

R. Rəsulzadə bildirdi ki, “Kainat” GM yarandığı gündən addım-addım qarşısına qoyduğu məqsədə çatmaq amalı ilə inkişaf etməkdədir: “Mərkəzin azsaylı üzvləri gördükləri işlərdən zövq alırlar. Müstəqil Azərbaycanımızın imkanları genişləndikcə qeyri-hökumət sektoruna da diqqət artmaqdadır. Hüquqi bazanın möhkəmlənməsi, sərbəst və azad fəaliyyət imkanı yeni perspektivlərdən xəbər verir”.

 

İstedadlı məktəblilərə

bacarıqlarını nümayiş

etdirmək üçün şərait yaradılır

Onu da deyək ki, “Kainat” GM bayram şənliklərinə sosial müdafiəyə ehtiyacı olan uşaqların dəvət olunması ilə yanaşı, yerlərdə də xeyriyyə aksiyalarında yaxından iştirak edir. Belə ki, “Kainat” tərəfindən hər il 100-ə yaxın müxtəlif kateqoriyalı əlil uşaqların iştirakı ilə şənliklər təşkil edilir. Şənliklərdə iştirak edən hər bir əlil uşağa xüsusi qutularda qablaşdırılmış yüksək keyfiyyətli şirniyyat dəstləri təqdim edilir.

R. Rəsulzadə dedi ki, “Kainat” GM hər il Azərbaycanda 15 Sentyabr Bilik Günü ilə də bağlı xeyriyyə aksiyasını təşkil edir: “Bu tədbirlərin iştirakçıları əsasən əhalisi erməni işğalı nəticəsində qaçqın düşmüş rayonların təhsil müəssisələrində oxuyan şagirdlər olur. Bu kateqoriyadan olan məktəblilərə də müxtəlif hədiyyələr paylanılır. “KainatGM-in kollektivi tədbirin şən və maraqlı keçməsi üçün xüsusi əyləncə proqramı da hazırlayır. İşğal olunmuş rayonlardan olan istedadlı məktəblilərə bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılır. Bu kimi aksiyaları çox zaman Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil edirik”.

O vurğuladı ki, 15 sentyabr Bilik Günü ilə bağlı tədbirin keçirilməsinin qaçqın və köçkün rayonlarından olan uşaqların sosial müdafiəsinin daha yaxşı təşkil edilməsi məqsədinə xidmət edir.

R. Rəsulzadənin sözlərinə görə, mərkəz uzun müddətdir ki, ölkəmizdə fəaliyyət göstərən bir çox yerlixarici şirkətlərin nümayəndəlikləri ilə əməkdaşlıq edir: “Bu qarşılıqlı münasibətdən irəli gələn birgə fəaliyyətimiz özündə xeyriyyəçilik ruhunu saxlamaqla, Azərbaycanda beynəlmiləl mühitin mükəmməl formasının sübutuna nail olmaqdadır. Belə ki, bu illər ərzində həm “Novruz”, həm də “Yeni il” şənliklərinin təşkili və digər tədbirlərin keçirilməsində bizə dəstək verən “Nurgün” Şirkətlər Qrupuna, “İtochu Oil Exploration” Şirkətinə, “Moody İnternational” firmasına, “İtaldizainQrupuna, “TuranbankKSB-nin rəhbərliyinə dərin minnətdarlığımızı bildirməklə yanaşı, gələcək əməkdaşlığımıza ümidlər bəsləyirik. Güman edirik ki, Azərbaycanda bu formatda fəaliyyət forması daimi xarakter alaraq, əsrlər boyu mövcud olan xeyriyyəçilik ənənələrinin yeni mərhələsinin başlanmasına təkan verəcək. Bu baxımdan biz hamını əməkdaşlığa dəvət edirik”.

Uşaq və gənclərin başqa xalqların dillərini öyrənmələrinin onların mənəvi inkişafında və perspektivli həyatında böyük rolu var. Kainat GM-in uzunömürlü layihələrindən biri də məktəblilərin “Mən fransız dilində danışıram” müsabiqəsidir. R. Rəsulzadənin sözlərinə görə, layihə ilə bağlı mərkəzin nəzdində “İşçi qrup” yaradılıb: “Keçirilən görüşlər, aparılan danışıqlar öz nəticəsini verməkdədir. Belə ki, müsabiqənin təşkili üçün Fransanın Azərbaycandakı səfirliyi və “Total Azerbaijan” şirkəti dəstək olur. Səfirliyin Əməkdaşlıq və Mədəniyyət Attaşesi cənab Lük Obri hazırlıq prosesinə və mərhələlərin səviyyəli keçməsinə hərtərəfli yardım edir. Artıq, müsabiqəyə respublikamızın bölgələrindən də məktəblilər qatılır”.

Uşaqların mənəvi

inkişafında musiqinin rolu

Uşaqların mənəvi inkişafında musiqimühüm əhəmiyyət kəsb edir. “KainatGM-in ən uğurlu və iştirakçılarının əhatə dairəsinə görə sayılıb seçilən, uzunömürlü layihələrindən biri də ənənəvi Beynəlxalq Uşaq Muğam Festivalıdır. Həmsöhbətimiz deyir ki, ilk illər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) birbaşa maliyyə yardımı ilə hazırlanan bu tədbirin sonralar respublikanın mədəni həyatında böyük əks-sədaya səbəb olmasının şahidi olublar:Kainat” GM uzun müddətdir ki, uşaqların, yeniyetmələrin intellektual səviyyəsinin və mənəvi inkişafına xidmət edən layihələr reallaşdırılması ilə məşğuldur. Layihələrimiz arasında 1 illik, 2 illik, 5 illik layihələr var, amma elə layihələrimiz də var ki, sədasını eşitdiyiniz Beynəlxalq Uşaq Muğam Festivalı artıq 18 ildir ki, həyata keçirilir. KİV in həvəslə işıqlandırdığı Beynəlxalq Uşaq Muğam Festivalının ildən-ilə populyarlaşması ilə yanaşı məzmun cəhətcə də yeni formada hazırlanır. Bu illər ərzində 16 yaşınadək 100-lərlə istedad, muğam həvəskarı festivalın buya digər mərhələlərində öz qabiliyyətlərini nümayiş etdirməklə bu qədim incinin əbədiliyinə xidmət ediblər. Gənc nəslin muğam sənətimizə, folklorumuza münasibətdə əvəzsiz rolu olan bu tədbirin uzunömürlülüyü də məhz bu amildədir. Bu festivalonun əhəmiyyəti haqqında yerlixarici mətbu orqanlarda məqalələrə və rəylərə də rast gəlmək olar”.

Təşkilatın sədri bildirdi ki, müsabiqənin münsiflər heyəti çox demokratik şəkildə təyin edilir: “Müsabiqə beynəlxalq status alan gündən təşkilat komitəsi və bizim münsiflər heyətinin sədri respublikanın Xalq artisti, professor Ağasəlim Abdullayev belə qərara gəldi ki, ayrı-seçkilik olmasın, sonra demokratik bir düzüm olsun deyə hər bir ölkə uşağı onu müşayiət edən münsiflə birgə gəlsin. Bu, beynəlmiləl tərkibli münsiflər heyəti deməkdir. Layihənin uzun müddət davam etməsi də onun düzgünlüyündə, qərəzsizliyində, onun sənətə, səsə verdiyi qiymətdəndir”.

O, nəzərə çatdırdı ki, hər il yeni-yeni istedadlarla mədəni ictimaiyyəti sevindirən ənənəvi Beynəlxalq Uşaq Muğam Festivalları son 5 ildə beynəlxalq formatda fəaliyyətini davam etdirməkdədir: “2013-cü ilin oktyabr ayının 21-də Beynəlxalq Muğam Mərkəzində keçirilmiş final mərhələsinə qatılmış 16 yaşınadək olan ifaçıların çıxışlarını beynəlmiləl tərkibli münsiflər heyəti dəyərləndirildi. Artıq, Azərbaycan daxil olmaqla iştirakçı ölkələrin sayı 10-a (Türkiyə, Əfqanıstan, MƏR, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistan) çatıb. Hər dəfə çağırışımıza səs verən ölkələrin sırasına ilk dəfə olaraq İran və Əfqanıstanın da qatılması bu müsabiqənin yaradıcılıq ahənginə yeni rəng qatdı. Azərbaycan muğam məktəbinə ruhən daha yaxın olan bu xalqların musiqi ifaçılığı da demək olar ki, çox bənzər və qədimdir. 5-ci Beynəlxalq Uşaq Muğam Festivalının iştirakçılarının çoxalması bu layihənin rəqabət gücünün artmasına da təsir göstərir. Bakı-Sumqayıt və Abşeron rayonu üzrə təşkil olunan bu seçimlərdən sonra Azərbaycandan müsabiqəyə qatılmış heyət müəyyənləşib. Belə ki, iştirakçı ölkələrin sayı artdıqca, daxili seçim turlarının qaliblərinin sayı da qismən azalır. Odur ki, festivalın formatına tam uyğun gələn gənc istedadlar finala vəsiqə qazandılar”.

Xatırladaq ki, “Kainatbu yaxınlardaİslam Dünyası gənclərinin (20 yaşadək) klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq Müsabiqə-Festivalı yekunlaşdırıb.

Fuad Hüseynzadə

Palitra.-2014.-4 aprel.-S11.