Sabah gəncliyimizə dönüb baxanda fəxr ediləsi fəaliyyətimiz olmalıdır”

 (2-ci hissə)

 

- Keçirdiyiniz tədbirlər sırasında ən kütləvi tədbir kimi dünyanın ən böyük məscidində Xocalı ilə bağlı tədbiriniz və İndoneziya cəmiyyətinin böyük diqqətini cəlb edən İndoneziya dilində nitqiniz oldu. Bu təşəbbüs necə yarandı və indoneziyalılar bunu necə qarşıladılar?

- Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istənilən ölkədə strateji məkan, əlverişli zaman və əhalinin diqqətini cəlb edə biləcək yerli dildə səlis nitq söyləmək kimi göstəricilərdən məharətlə istifadə etmək lazımdır.

Bəli, çox doğru vurğuladınız ki, qeyd olunan tədbir Xocalı soyqırımının İndoneziyada tanıdılması istiqamətində ən kütləvi tədbir kimi yadda qaldı. İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünün anım mərasiminə həsr etdiyim nitq İndoneziya cəmiyyətinin çox böyük marağına səbəb oldu.

Tədbir üçün cümə gününü təsadüfən seçməmişdim, çünki dəfələrlə bu məsciddə olmuşdumbilirdim, camaat namazları burada çox böyük izdihamla keçirilir. Məhz buna görə də tədbirdən öncə bir neçə dəfə məscidin rəhbərliyi və imamları ilə görüşərək onlara Xocalı soyqırımı haqqında məlumat verirdim və beynəlxalq təşkilatların öncə İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 2012-ci ildə İndoneziyanın Palembanq şəhərində qəbul etdiyi qətnamələri və bu tədbirdən öncə İndoneziya Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie ilə görüşümüz zamanı Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı haqqında səslənən kəskin bəyanatları əsas gətirdim və onların razılıqlarını ala bildim.

"İstiqlal" məscidində cümə və camaat namazları zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak edirdilər. "İstiqlal" məscidində cümə namazı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş on minlərlə adama geniş məlumat verdim və onları Azərbaycanın haqq işinə dəstək olmalarına və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb, dua etmələrinə çağırdım. Tədbir Xocalı soyqırımına həsr edilmiş ən kütləvi tədbirlərdən biri kimi yadda qaldı.

Məscidin rəhbərliyindən aldığım məlumata görə, camaat namazları zamanı "İstiqlal" məscidində təxminən 120 min insan iştirak edir. Tədbirdə İndoneziya dilində söylədiyim nitq, xüsusilə, erməni vəhşilikləri, yerli müsəlman əhalinin soyqırımına məruz qalması və öz tarixi torpaqlarından qovulması, ermənilərin bütün məscidləri dağıtması və Qarabağda azan səsinin kəsilməsi kimi ifadələrim indoneziyalıları çox sarsıtdı. Cümə namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər mənə yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pislədilər və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildirdilər.

- Azərbaycanın inkişafı da çox güman ki, İndoneziyanın ölkəmizə olan marağının artmasına səbəb olub. Ümumiyyətlə, ölkənin uğurlu inkişaf xətti seçməsi və gələcəyi üçün hansı proqnozları verərdiniz?

- Bu gün Azərbaycan artıq regionda söz sahibinə çevrilərək öz müstəqil siyasətini aparır. Regionda Rusiyaİran kimi enerji nəhəngləri olmasına baxmayaraq, Azərbaycan Avropa üçün etibarlı tərəfdaş seçilərək, nəhəng Rusiyanın enerji siyasətinə alternativ yaradır. Azərbaycanın müstəqil siyasəti, bütün beynəlxalq təşkilatlarda öz müstəqil səsinin olması və azad söz sahibi olmasına hər birimiz çox sevinməliyik. Mən Azərbaycanın seçdiyi xarici siyasət kursunun düzgünlüyünə əminəm. Azərbaycan dünyada balanslaşdırılmış siyasət yeridərək, heç bir bloka qoşulmurqonşu ölkələrdən fərqli olaraq öz müstəqil siyasətini aparır...

Yuxarıda qeyd etdiyim kimi, ölkəmizin xaricdə tanınması cəhətdən çox böyük dəyişikliklər baş verib. Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin qısa müddətdə regiondadünyada qazandığı uğurlar və ev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlərin, forumların və konfransların keçirilməsi ilə əlaqəlidir. Bu baxımdan, Prezidentin gənclər siyasətini də xüsusilə vurğulamalıyam. Çalışmaq istəyən gənclər üçün ölkədə hər cür şərait yaradılır. Gənclərin istənilən perspektivli layihəsinə dövlətimiz dəstək verir. Gənclərin xaricdə təhsil alması üçün dövlət təqaüdlər ayırır. Ölkədə təhsilin və səhiyyənin inkişafı üçün ölkə büdcəsindən və Heydər Əliyev Fondundan külli miqdarda sərmayələr yatırılır.

Biz Azərbaycan gəncləri - ölkənin gələcəyi olaraq, görülən bütün işlərə öz töhfəmizi verməliyik. Sabah gəncliyimizə dönüb baxanda fəxr ediləsi fəaliyyətimiz olsun!

Ulu öndər Heydər Əliyevin dili ilə desək, “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

 

Tural Tağıyev

Palitra.-2014.-4 aprel.-S.6.