Gənclərin sağlam böyüməsi üçün müxtəlif proqramlar qəbul edilir

 

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və HB Co.LTD -nin birgə təşkilatçılığı ilə Binəqədi rayonu üzrə orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar - müsabiqəyə start verilib.

Seminar-müsabiqə çərçivəsində ilk açılış tədbiri Binəqədi rayonu 276 saylı orta məktəbdə keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov qonaqları təqdim edib, tədbirlər çərçivəsində Binəqədi rayonu üzrə 32 məktəbi əhatə edəcək 7 seminarın keçiriləcəyini bildirib, tütün, alkoqol və digər zərərli vərdişlərin gənclərin sağlamlığına müxtəlif dərəcəli ziyan vurduğunu qeyd edib. Tədbirdə çıxış edən NarkomaniyayaNarkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov dövlət tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb, narkomaniyanın böyük bəla olduğundanbu istiqamətdə respublikamızda Dövlət Proqramının qəbul edildiyindən və icrasından danışıb. Sonra çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gənclərin asudə vaxtının səmərəli təşkilinin vacibliyini qeyd edib, gəncləri tütün, alkoqol və digər zərəli vərdişlərdən uzaq olmağadaha çox yaradıcılıqla məşğul olmağa səsləyib. O, gəncliyin sağlam əsaslar üzərində böyüməsinin vacibliyini qeyd edib.

Tədbirin təşkilatçılığına görə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirən HB Co.LTD - nin baş direktoru Hikmət Butayev gəncləri tütün, alkoqolnarkomaniya kimi sosial bəladan uzaq olmağa səsləyib. O qeyd edib ki, gəncliyin üzərinə böyük bir məsuliyyət - işğal altında olan torpaqlarımızın azad edilməsi düşürbuna görə də gənclər sağlam böyüməli və məsuliyyətli olmalıdırlar. Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin nümayəndəsi Buludxan İsayev orta məktəblərdə bu sahədə planlarının hazırlanması və icrasından danışıb. O tütün, alkoqolnarkomaniyaya qarşı mübarizədə məktəbin ailə ilə birgə çalışmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Binəqədi rayonu üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırıb, “Tütünalkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, baxmayaraq ki, dünya miqyasında narkotiklərin qarşısının alınmasına milyonlarla dollar vəsait xərclənir, təəssüf ki, bu bəlaya düçar olan şəxslərin sayı artır. “Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin üzləşdiyi problemlər və əsasən də keçid dövrü ölkəmizdə də bu bəlanın yayılmasına gətirib çıxardıb. Gənclərin sağlam böyüməsi üçün dövlət müxtəlif proqramlar qəbul edir” - deyə o bildirib.

Gələcəyin sağlam gənclərdən ibarət olmasının vacibliyini qeyd edən Aygün Əliyeva qeyd edib ki, narkomaniya, tütünalkoqola aludəçiliyin qarşısının alınması işinə təkcə dövlət deyil, eləcə də cəmiyyət və bütün sosial institutlar öz töhfələrini verməlidirlər. O Binəqədi rayonunda bu istiqamətdə sosialhumanitar layihələrin davam edəcəyini qeyd edib.

Sonra tədbir layihənin informatorları olan Nahidə Mahmudova və Şəhriyar Səmədzadənin təqdimatında tütünalkoqolun insan sağlamlığına zərəri haqqında müxtəlif slaydların göstərilməsi ilə davam edib.

İlkin

Palitra.-2014.-9 aprel.-S.7.