Bilikli uşaqlar böyütməliyik”

 

Ragıb Sarı:“Vəzifəmiz uşaqlarda sürətli bir zehni inkişafı təmin edərkən onlara qeyri-adi rəqəmsal bacarıqlar qazandırmaqdır”

İnsan təfəkkürünün inkişafında beyində riyazi əməliyyatların aparılmasının xüsusi rolu var. Bu kimi əməliyyatlar uşaq yaşından aparılanda daha effektli olur və beləcə, uşaqlar yüksək mənəvi inkişafa çatırlar. Elə “Menar- Azərbaycanda Zəkanın İnkişaf Proqramı” da bu baxımdan fəaliyyət göstərir. “Menar” ın koordinatorubaş mütəxəssisi Ragıb Sarı qəzetimizə müsahibəsində proqram haqqında ətraflı məlumat verdi.

- “Menar- Azərbaycanda Zəkanın İnkişaf Proqramı”nın əsas vəzifəsi nədən ibarətdir?

- Mental Hesablama Proqramı ötən əsrin 80-ci illərində ilk dəfə Yaponiya və Çində tətbiq edilib. Türkiyədə isə 2008-ci ildə yaradılıb. Azərbaycanda bir il yarımdır ki, fəaliyyətə başlayıb. Vəzifəmiz uşaqlarda sürətli bir zehni inkişafı təmin edərkən onlara qeyri-adi rəqəmsal bacarıqlar qazandırmaqdır. Bununla riyaziyyat qorxusunu insanların həyatından tamamilə silmək və yeni nəsilləri əqli səviyyəsi artmış, daha kamildaha parlaq beyinlərə sahib fərdlərlə gücləndirməkdir. Türk dünyası xalqları adətən hər hansı texnikanın istehlakçısı olur. Biz istəyirik ki, türk xalqları yeni texnikalar yaratsınlar. Bilikli uşaqlar böyütməliyik ki, dünya ilə yarışmaq bacarığı əldə etsinlər. Ona görə də məqsədimiz cəmiyyətdə Menar Mental Hesablama proqramının, uşaqların inkişaf prosesində bir tələbat olduğu düşüncəsini yaratmaqdır. Hazırda “Menar” ın Bakıda Sahil, Nərimanov, Yasamal, Qaradağ, Binəqədi, Səbail, Əhmədli, regionlarda isə Sumqayıt, Gəncə, Şəmkir şöbələri fəaliyyət göstərir. Biz Azərbaycanın bütün rayonlarında “Menar” ın filiallarının açılmasını təmin edəcəyik.

- Əsas hədəfiniz nədən ibarətdir?

- Alimlər beynimizin çox az bir hissəsindən istifadə etdiyimizi deyirlər. Eyni zamanda, insan beyninin sağsol yarımkürələrinin fərqli xüsusiyyətlərə sahib olduğunu bilirik. Sol beyin daha analitik, daha məntiqli düşünən akademik beyin olaraq təsvir olunarkən, sağ beyin isə daha yaradıcı, hər şeyi düşünən sənətkar beyin adlandırılır. Bu cür bölgüsükoordinasiya içində işləyən bu iki beynin əhəmiyyətli bir yaddaş gücümövcuddur. Sol beyin mərkəzi təlim sistemimizin, sağ beyindəki geniş səmərəliliyə qarşı səhlənkar olduğu düşünülür. Ümumi beynin inkişafını sürətləndirən AbakMental Hesab Proqramımızla uşaqlarda inkişafı hədəf götürmüşük.

Bir mütəxəssis olaraqMenarbütün gücünü və mənbələrini uşaqların ümumi beyninin inkişafı üçün səfərbər edib. Bu məqsədlə müasir texnologiya, multimedia vasitələri, vizual-audio (eşitmə) materialları misli olmayan bu proqramı inkişaf etdirib.

- Abak Mental Hesablama nədir?

- Abak Mental HesablamaMenar” tərəfindən inkişaf etdirilib, “Menar” mərkəz və filialları tərəfindən tətbiq edilən, uşaqlarda sürətli bir zehni inkişafı təmin edən və onlara qeyri-adi hesablama bacarıqlarını qazandıran xüsusi proqramın adıdır.

Mental Hesablama, Menar Proqramının daha qısa bir ifadəsi olması ilə bərabər, bu proqramın qazandırdığı, hesab maşını, kağız, qələm kimi heç bir vasitədən istifadə etmədən, yalnız insan zehninin gücü ilə hesab əməliyyatını etmək bacarığını da ifadə edir.

- Sizin metodologiyanız necədir?

-Menar Abakdan istifadədə iki əl texnikasını mənimsəyilər. Elmi tədqiqatlarla ortaya çıxan simptomlara görə sağsol beynin birlikdə müqavimətinin balanslaşdırılmış inkişafı uşaqların əqlini, qarışıq hesabları edə bilmək bacarığını gücləndirir. Həmçinin daha da uzun müddətli mərkəzləşmə ilə diqqəti artırır, yaddaş və xəyalqurma, hesablama bacarıqlarını inkişaf etdirir.

Menar” tələbələrin fərdi tələbatlarına görə xüsusi ilə layihələşdirilmiş dərs materialları və fərdiləşdirilmiş tədris metodu ilə hər bir tələbənin öz sürətində irəliləməsi ehtimalını təmin edən əvəzedilməz bir proqram təqdim edir.

- Bu proqramı həyata keçirmək üçün əsas hansı vasitələrdən istifadə edirsiniz?

-Menar Abak Mental Hesab proqramı, informatika texnologiyasının istifadə olunduğu kompyuterelektron ekran təchizatlı müasir yerlərdə təqdim edilir.

Proqramın özünə məxsus kitabları vardır. Bundan başqa tələbələr onlayn platformaya əsasən oyun və yarışmalarla bol vərdişetmə ehtimalına sahibdirlər. Bunlarla bərabər, proqram şəkil və say kartları kimi müxtəlif vasitələrdən istifadə edir.

Təqdimatlar kompyuterelektron ekran vasitəsi ilə həyata keçirilir. lövhə və üstünə asılaraq istifadə edilən böyük abak proqramın ən funksional vasitələri arasındadır. Təqdimatdan sonra böyük abak üzərində nümunələr hazırlanır.

Tələbələrin ən əhəmiyyətli vasitəsi 5 muncuq düzülmüş Menar tələbə abakıdır və böyük abak üzərində hazırlanmış nümunələrdən sonra tələbələr öz abaklarından istifadə edərək kitablarından çalışmalar edirlər.

Barmaqların muncuqları hərəkət etdirməsi nəticəsində, toxunma hissi, gözbeyin koordinasiyasında sürətli bir əqli inkişaf prosesi yaşanır. Prosesin müəyyən mərhələlərində, tələbələr abaklardan istifadə etmədən, tamamilə əqli ilə əməliyyatetmə təcrübələrini inkişaf etdirəcək çalışmalar edirlər. Onlara inanılmaz hesab bacarıqları qazandıran bu çalışmalar əqli dəqiqliyi artıran rəqəmsal krossvordlarla zənginləşdirilib.

Eyni zamanda, proqramın məzmununda tələbələrin sistemli olaraq baxdıqları qısa videolar vardır və tələbələr bunları qiymətləndirir və hadisələri şərh edirlər. Bu çalışmalar onların müşahidə etmə, hadisələri və əlaqələri qavrama və dərs alma qabiliyyətini gücləndirərkən, şifahi ifadə bacarıqlarını da inkişaf etdirir.

Elmi bazisə əsaslanan və uğurları sübut olunmuş bu zəngin, rəngli və bir o qədər də əyləncəli proqram sayəsində tələbələr sürətli və güclü bir beyin inkişafı prosesindən keçirlər.

- Bir uşağın Menar Proqramına başlaması üçün ən uyğun yaş hansıdır?

- Proqramımıza başlamaq üçün ən uyğun yaş, uşaqların 0-9 arasındakı rəqəmləri tanımağa başladığı vaxtdır. Əsasən bağça uşaqları bu bazisi əldə edirlər. Hər nə qədər beyin inkişafı üçün ümumi prinsip “Nə qədər tez başlayarsa, o qədər yaxşıdır” olmasına baxmayaraq, 6 yaşdan aşağı olan uşaqlar üçün Abak Mental Hesablama Proqramına başlamazdan əvvəl çox hissəsi ilə, rəqəmlərlə əlaqədar bir hazırlıq işi aparılmalıdır. Proqramımız ümumi olaraq 4-12 yaş arası uşaqlarda beynin inkişafını sürətləndirmək üçün planlaşdırılıb.

- Proqram uşağın əqli gücünü artırmaqda necə kömək edə bilər?

- Proqram bir uşağa yalnız möhtəşəm bir hesablama qabiliyyətini qazandırmaq məqsədi ilə deyil, eyni zamanda onun yaradıcılığını, yaddaş gücünü, mərkəzləşmə və diqqət gücünü, qulaq asma, başa düşmə bacarıqlarını və problem həll etmə bacarıqlarını da inkişaf etdirmək üçün planlaşdırılıb. Həyat boyu uğur qazanmaq üçün onları rəqəmlərlə dost etməklə bərabər, digər məqsədimiz onların məktəb çalışmaları və həyatlarında özünə inam hissini yaratmaqdır. Mütəxəssislər, Mental hesablama təlimi zamanı beynin həm sağ, həm də sol tərəfini tarazlaşdıran, AbakMental Abak təliminin, ən yüksək səviyyədə öyrənmə gücünü əldə etmənin açarı olduğuna inanırlar.

Mental hesablanmasını öyrənmək və tətbiq etmək xəyal və yaddaş gücünüinkişaf etdirir. Elmi araşdırmalar, əqli gücünü gücləndirmə ehtimalı məhrum edilmiş uşaqlar, 20 yaşından etibarən beyin güclərində bir geriləmə prosesinə daxil olarkən, əqli gücünü gücləndirən fərdlərin, 70 yaşlarında belə bu güclərini qoruduğunu göstərir. Hər nə qədər elektron hesablama maşınları və kompyuterlər hesablama əməliyyatları mövzusunda insan beyninin funksiyalarını yerinə yetirir kimi görünsə də, Abakı öyrənmək hər uşaq üçün bütün beyin inkişafı baxımından həyati əhəmiyyət daşıyır. Abakdan istifadə etmək, insan anatomiyasının görmə, eşitmə və barmaq təması və hərəkətləri kimi beyin hüceyrələrini hərəkətə gətirən əsas sinir kanallarının koordinasiyasına ehtiyac duyur. Bu təlim prosesində əqli fiziki təmas, məntiqi açıqlama və vizuallaşma olmaqla üç əsas inkişaf mərhələsindən keçirproses birbaşa beynin inkişaf prosesidir. Mövzuya birbu baxımdan baxılır. Səhərlər və yaxud axşamlar müxtəlif yaşlarda olan insanları parklarda, səkilərdə və ya dəniz sahilində qaçarkən və gəzərkən görə bilərsiniz. Bir yerdən başqa bir yerə getmək üçün avtobus, taksi kimi nəqliyyat vasitələri əlimizin altında ikən qaçmaq nəyə lazımdır? Hamımız bilirik ki, bunun məqsədi sağlamlığı qorumaq üçün məşq və ya idmanla məşğul olmaq lazımdır. Bunun kimi Mental hesablama da beyni və əqli qüvvəni sağlam, sakitgüclü edən bir vasitədir.

- Ümumiyyətlə, Menar Proqramının müddəti nə qədərdir? Bu prosesi keçən uşaqlar hansı bacarıqlar əldə edilər?

- Menar Proqramınının müddəti iki ildir. Bol miqdarda çalışma ilə tələbələrin abakı praktik bir şəkildə istifadə

bacarıqları inkişaf edir. Daha sonrakı mərhələ isə abak üsulunu zehinlərə yerləşdirərək, eyni əməliyyatları artıq abak istifadə etmədən, barmaqları ilə zehinlərindəki xəyali abakın muncuqlarını sürüşdürmək yolu ilə daha sürətli bir şəkildə etməyi öyrənməsi mərhələsidir. Mental Hesab bu mərhələnin adıdır. Hər dərsin müəyyən bəzi mərhələləri, inkişafa yönəlmiş əyləncəli çalışmalara ayrıldığı üçün, həftədə bir, ya da iki dəfə aparılmış çalışma iclaslarını tələbələr iplə çəkirlər.

Məktəb, ev və tapşırıqlar arasındakı gündəlik proqramlarını ləngitməyəcək bir şəkildə istəyindən aslı olaraq həftədə bir gün, ya da iki gün keçirilmiş fəaliyyətin zaman baxımından proqramlaşdırılması son dərəcə əlverişli bir şəkildə həyata keçirilir. Beləcə, bu proqrama yiyələnmiş uşaqlarda çox gözəl hesabriyazi bacarıqlar, güclü yaddaş, dəqiq müşahidə qabiliyyəti, güclü mərkəzlənmə, zəngin yaradıcılıq, geniş xəyal gücü artır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-12 aprel.-S.11.