“Bəzi xarici QHT-lərin oyunlarına onların azərbaycanlı əməkdaşları da düşür

 

Vüqar Əhmədov:“Milli təhlükəsizlik maraqlarına cavab verməyən xarici QHT-lərin fəaliyyətinin qarşısı alınmalıdır”

 

Müsahibimiz Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovdur.

 

- Vüqar müəllim, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətini necə qiymətləndirirsiz?

- Düşünürəm ki, Azərbaycan beynəlxalq təşkilatların ölkəmizdə tamhüquqlu fəaliyyəti üçün şərait yaradan ən öndə gedən ölkələrdən biridir. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etmiş, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması və sosial, iqtisadi və mədəni layihələrdə dövlətlə beynəlxalq təşkilatlar arasında uğurlu əməkdaşlıq qurulub. Bir çox beynəlxalq QHT-lər ölkəmizdə nümayəndəliklərini açaraq rahat şəkildə fəaliyyətlərini qurublaronlara dövlət tərəfindən hər zaman dəstək hiss olunub. Əlbəttə, bu gün Azərbaycan dövlətinin gücü kifayət qədər artıb və ölkənin sosial, mədəni və iqtisadi problemlərinin həllində həlledici rola malikdir. Bununla yanaşı, hesab edirəm ki, bir sıra beynəlxalq QHT-lərin də öz təcrübə və proqramları ilə ölkəmizin inkişafına töhfələri müsbət hal kimi qiymətləndirilə bilər.

- Necə hesab edirsiniz, ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq QHT-lərin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Təəssüf ki, olmaz. Çunki bəzən Azərbaycanın milli maraqlarının əleyhinə yönələn fəaliyyəti ölkəmizdə fəaliyyət göstərən bəzi beynəlxalq QHT-lərin işində hələ də görmək olur. Və təəssüf ki, bəzən bu oyuna onların bəzi azərbaycanlı əməkdaşları da düşür. Heç şübhəsiz Azərbaycanda çalışan beynəlxalq QHT-lərin xarici əsilli əməkdaşlarını ölkəmizin milli maraqları düşündürməyə bilər. Ona görə onlar öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərlər. bu fəaliyyətlər öz vətəndaşlarımızın xarici düşmənlərimiz olan ermənilərə xidmət və onlarla hər hansı bir formada əməkdaşlıqdan tutmuş missionerlik fəaliyyətinə qədər təhrik olunması halları ola bilər. Təbii ki, bunlar yolverilməzdir. Xüsusən ölkəmizdə çalışan xarici ölkələrin vətəndaşları bu fəaliyyətlərə görə özlərini çox rahattoxunulmaz hiss edə bilərlər. Amma yanılırlar. Çunki onlar bu fəaliyyətləri ilə ilk növbədə bizim vətəndaşlarımızı təhlükəyə atırlar və buna görə məsuliyyət daşıyırlar. Ona görə istənilən beynəlxalq QHT-də çalışan Azərbaycanlı əməkdaşların birinci məqsədi Azərbaycana, onun inkişafına və milli maraqlarına xidmət etmək olmalıdır. Bunun əksini düşünənlər ABŞ-ın Milli Demokratiya İnstitutunun ölkəmizdəki pozucu fəaliyyətini və aqibətini xatırlaya bilərlər. Ölkəmizin milli təhlükəsizlik maraqları hər şeydən üstün olmalıdır.

- Son günlər, mətbuatda ABŞ-ın Sülh Korpusunun Azərbaycanla müqaviləsinin bitməsi səbəbindən fəaliyyətini dayandırmasına dair məlumatlara rast gəlindi, siz bu qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı nə düşünürsüz?

- Qeyd etdiyim kimi, Azərbaycan hər zaman bu cür beynəlxalq təşkilatların ölkəmizdəki fəaliyyətinə geniş şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü olaraq bütün xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq qurur. Guman edirəm ki, bundan sonra da ölkəmizdə beynəlxalq QHT-lərin fəaliyyəti davam etdiriləcək. Amma biz hamımız yaxşı bilirik ki, heçbütün beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti açıq və şəffaf deyil.

 

Biz hamımız yaxşı bilirik ki, heçbütün beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti açıq və şəffaf deyil. Bunun, son illər ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutunun fəaliyyətində hər birimiz şahidi olduq

 

Bunun son illər ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutunun fəaliyyətində hər birimiz şahidi olduq. İstisna etmək olmaz ki, hələ də Azərbaycanda ölkəmizin milli maraqlarına uyğun olmayan fəaliyyətlə məşğul olan beynəlxalq QHT-lər mövcud olsun. Belə halların heç şübhəsiz qarşısı dövlətimizin müvafiq qurumları tərəfindən alınmalıdır və əgər belə hallar olarsa, onların Azərbaycandakı fəaliyyətinin dayandırılmasını mən doğru qərar hesab edərdim.

 

İlkin AĞAYEV

Palitra.-2014.-12 aprel.-S.7.