KİVDF İmişlidə regional
konfrans keçirib
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İmişli rayonunda “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçrilib. Konfransdan öncə tədbir iştirakçıları İmişli rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra
rayonda müasir
memarlıq üslubunda inşa
edilmiş Heydər Əliyev Mərkəzi
ilə tanışlıq olub. Mərkəzin
konfrans zalında baş
tutan tədbirdə İmişli
rayon ictimaiyyəti, yerli
media oraqanlarının, vətəndaş
cəmiyyəti institutlarının təmsilçiləri, həmçinin,
ümumrespublika yayımlı KİV-lərin
rəhbərləri iştirak ediblər. Konfransı açıq elan edən
İmişli Rayon İcra Hakimiyyətinin başçısı
Vilyam Hacıyev əvvəlcə tədbirin
mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb . Rayonda gedən abadlıq-quruculuq işləri
barədə danışan V.Hacıyev deyib:
“Bu gün
İmişlidə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayonumuz
illik xərclərini artıq öz büdcəsi hesabına ödəyir və
mərkəzi büdcədən dotasiya
almır. Məlumat üçün bildirim ki, rayonun
büdcəsi 25 milyon manatdan
artıqdır”. İcra
başçısı təhsil, səhiyyə, mədəniyyət
sferalarında əldə olunan uğurlardan da danışıb:
“Sənaye, kənd təsərrüfatı sahəsində
də böyük nailiyyətlər əldə
olunub. İşsizlik problemi demək olar ki, tam həllini tapıb”.
İcra başçısı media ilə qarşılıqlı əməkdaşlığa
da mühüm önəm
verdiklərini vurğulayıb. Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli bu
formatda konfransın media
ilə yerli icra
hakimiyyəti orqanları arasında əməkdaşlığın
inkişafına böyük töhfə verdiyini qeyd edib: “Bundan öncə
də bu qəbildən olan
tədbirlər Bakının müxtəlif rayonlarında, regionlarda keçrilib.
Əsas nəticə isə odur ki, media ilə yerli icra hakimiyyəti
orqanları arasında qarşılıqlı əməkdaşlıq
dərinləşir, inkişaf edir”. Vüqar Səfərli
Azərbaycanda medianın inkişaf tarixi, Prezident yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti
barədə də iştirakçılara geniş
məlumat verib: “Prezident İlham
Əliyevin müvafiq fərmanı ilə
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mediaya
ən yüksək səviyyədə göstərilən
dövlər qayğısının növbəti təzahürü
oldu. Bu gün KİV-in
inkişafında fond vacib
rol oynayır”. Mətbuat
Şurasının sədri Əflatun Amaşov
da İmişlidə son
illərdə dinamik inkişaf
müşahidə olunduğunu diqqətə
çatdırıb. Bununla yanaşı, o, cəmiyyətin həyatında medianın
oynadığı rol barədə də
iştirakçılara geniş məlumat
verib. Azərbaycan Milli
Televiziya və Radio
Şurasının sədi Nuşirəvan Məhərrəmli
isə qeyd edib ki, bu gün
həyatın hər hansı sahəsini mediasız təsəvvür
etmək mümkün deyil.
O, İmişlidə gedən abadlıq-quruculuq
işlərinin mediada
işıqlandırılması barədə fikirlərini
iştirakçılarla bölüşüb.
“İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə Prezident
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı
ilə keçirilən bu səpkili
tədbirlərin mühüm önəm
kəsb etdiyini bildirib.
O, Azərbaycanda digər sahələr kimi
medianın da sürətli inkişaf yolunda olduğunu qeyd edib. Daha sonra
tədbir qarşılıqlı diskussiya
şəklində davam etdirilib.
Fuad
Palitra.-2014.-12 aprel.-S.5.