Dost seçərkən diqqətli olun

 

“Hər zaman bir-birimizə düzgün

nəsihət verə biləcək dostlar seçə bilməliyik”

 

Layihə çərçivəsində müsahibimiz Çin Xalq Respublikasında xarici təhsil alan Kənan Bəşirovdur. Kənan Bəşirov xaricdə təhsil alan tələbə kimi bizimlə öz təəssüratlarını bölüşdü və yeniyetmələrə, gənclərə mənəvi inkişafları ilə bağlı bir sıra məsləhət və tövsiyələrini çatdırdı.

- Öncə özünüz və təhsiliniz barəsində məlumat verərdiniz…

- Təhsilimin bakalavr pilləsini 2007- ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Neft-qaz mühəndisliyi fakültəsində oxumaqla bitirmişəm. Akademiyanı bitirib, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində 1 il müddətində hərbi vəzifəmi yerinə yetirmişəm. 2013-cü ilin sentyabr ayından Çin Xalq Respublikasında “China University of Petroleum”da ( Çin Neft Universiteti) “Qazma mühəndisiixtisasının magistratura pilləsində təhsil alıram.

- Yaşadığınız təhsil aldığınız ölkənin xüsusiyyətləri adət-ənənələri barəsində ətraflı nələri bildirərdiniz? Çinlilərin təhsili, bizə münasibətləri barədə deyərdiniz?

- Yuxarıda bildirdiyim kimi, 2013 yeni təshil ilindən ÇXR- təhsilimi davam etdirirəm. Demək olar ki, mənim ətrafımda olan dostlarımdan bu sualı mənə verməyən yoxdur. Açıq deyim, ilk vaxtlar çətin oldu. Demək olar ki, hər şey fərqlidir. Müəyyən müddət sonra isə hər şey insanın özündən-yerli camaatla münasibətindən asılı olur. Ümumiyyətlə, buranın milləti haqqındasoyuqqanlı olurdeyirlər. Ancaq mən bu sözlə razı deyiləm. Çünki əhalisinə görə dünya lideri olan bir ölkənin əhalisi haqqında konkret söz demək məncə, həqiqətə uyğun olmaz. Mən insanlar haqqında danışanda hər zaman öz ətrafımdan danışıram ki, yenə deyirəm, ümumi olaraq danışmaq düzgün olmaz. Ətrafımdakı insanlar etibarlı, qarşılıqsız hörmət edən, “Haqq”ı bilməsələr , haqqın yanında olur ən əsası, dəqiq olurlar. Maraqlı bir adətlərini danışım. İlk gün bura gələndə axşama doğru havada atəşfəşanlıq olduğunu gördüm.Hər halda, bayramdırdedim. Bu, bir iki-üç gün davam edincə, “Çinə hər gün bayram olurfikirləşdim. Sonradan öyrəndim ki, hər məhəllənin komendantı axşamlar atəşfəşanlıq edibözlərinə görəmənfi enerjini evlərindən, küçələrindən qovurmuş...

- Aldığınız xarici təhsilin önəmi barədə deyərdiniz? Ürəyinizcədirmi?

- Bu gün Azərbaycanda ali təhsil dedikdə, bizim sahə ilə bağlı daha çox, ADA, Qafqaz Universiteti, Baki Ali Neft Məktəbi yada düşür. Mən özüm bakalavr təhsilimi Azərbaycanda aldığımdan bunun şahidiyəm. Ancaq bu gün xaricdə təhsil alan bir tələbə kimi deyə bilərəm ki, xaricdə təhsillə müqayisədə fərqimiz çoxdur bu fərqi yox etmək üçün biz hələ çox çalışmalıyıq. Burada isə müəllimlərin tələbələrlə münasibəti, verdikləri təhsil fərqi tələbə iləsovet prinsipiilə deyil, sinifdə müəllim-tələbə, çöldə dost sair bu haqda çox müsbət prinsiplərə əsaslanır. Ən son olaraq isə sənə günün 24 saatında mobil telefonun zəng etmək üçün şərait qurmasıdır. Universitetdə keçdiyimiz hər dərsin öz laboratoriyası olur ki, bu da nəzəriyyədən çox, praktikaya üstünlük verildiyini göstərir.

- Xaricdə təhsil Azərbaycanı təmsil etmək baxımından gənclərə, tələbələrə nələri tövsiyə edərdiniz?

- Fikrimcə, xaricdə təhsil almağa gedən hər bir gənc tələbənin təhsillə yanaşı millətini, Vətənini, bayrağını düzgün təmsil etməsidir. Burda hər bir millətdən tələbələr olduğu üçün çox asanlıqla sənin Vətənin haqqında müsbət və ya mənfi fikirlər yaranır. Bu cür hadisələri düzgün şəkildə analiz etməli, bir az sonranı düşünməlidir. Çində təhsil almaq istəyən tələbələrə isə tövsiyəm budur ki, burda təhsilinə davam edən və ya bitirib hal-hazırda Azərbaycanda olan dostlarla görüşüb müəyyən məsləhətlər alsınlar. Çin mədəniyyətini nəzəri olaraq az da olsa öyrənsinlər. Sosial şəbəkələrdə aktiv olan bir sıra belə tələbəmiz var. Düşünməsinlər ki, belə tələbələrimiz və ya məzun olmuş tələbələrimiz yoxdur. Kifayət qədər say göstərmək olar.

- Gənclərin və yeniyetmələrin mənəvi inkişaf etmələri və zamanın tələbinə uyğun formalaşmaları üçün hansı tövsiyələriniz ola bilər?

- Açığı, bu sual bir az mənim üçün çətin oldu. Amma bacardığım qədər cavablayacam. İnsanlığın İftixar Tablosu olan Peyğəmbərimizdən bir hədisi xatırlatmaq yerinə düşərdi. İnsan dostunun dini üzrədir. Elə isə hər biriniz, kiminlə dostluq edəcəyinə diqqət etsin”. Dost sözünün mənası da nəsihət edən deməkdir. Ona görə bu gün gənclərimizin ətrafında kimlərin olmasına diqqət etməlidirlər. Hər zaman bir-birimizə düzgün nəsihət verə biləcək dostlar seçə bilməliyik. Günümüzün ən yaxın dostlarından olan sosial şəbəkələrdən isə düzgün qaynaqlardan düzgün məlumatlar öyrənməklə istifadə etməyi bacarmalıyıq. Bu gün günümüzdə kifayət qədər sağlam düşüncəli savadlı gənclərimiz çoxdur. Bu gənclərə nəzər yetirsək elm, təhsildən kənar, çox gözəl mənəvi atmosferə malikdirlər. Bu da onların heç zamanın tələbinə uyğun formalaşmasına mane olmur əksinə, zamanla rəqabət edən həmin o gənclərdir.

- Təhsil aldığınız univeristeti bitirdikdən sonra Vətəndə, yoxsa oxuğunuz ölkədə qalmaq istəyirsiniz?

- İnşallah, təhsilimi sağ-salamat bitirib öz ölkəmə dönməyi planlayıram. Amma hər şey dəyişə bilər - magistr pilləsindən sonra doktoranturanı da burda oxumaq istərdim. Azərbaycanda universitetdə müəllim kimi fəaliyyətimi davam etdirmək gələcək planımın bir hissəsidir. Bunu universitetə sənədlərimi göndərəndə qeyd etmişdim. Amma hər şeyi gediş göstərəcək.

 

İlkin AĞAYEV

Palitra.-2014.-15 aprel.-S.11.